İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə107/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   166
İşçi səhifələr. 
İşçi kitabları təmsil edən fayl pəncərələrinin aşağı hissəsində yan-yana yerləşmiş və 
üzərilərində 
Sheet1 (Лист1-
Vərəqə1), 
Sheet2 (Лист2
-Vərəqə2), ... və s. yazılmış düymələr 
görəcəksiniz (şəkil 7.). Bu düymələrdən hər biri bir işçi səhifəyə uyğundur. 
Şəkil 7. İşçi səhifə düymələri 
İşçi səhifələr yığımı işçi kitabı təşkil edir. 
Excel XP
-nin daha öncəki variantlarında 
(
Excel
4.0
və aşağısı) yaradılan hər bir fayl yalnız bir işçi səhifədən ibarətdir. Yəni, orada 
Workbook
deyil, yalnız 
Worksheet
yaratmaq mümkündür. 
Excel
-in 
5.0
və sonrakı variantlarında isə məntiq bir az dəyişir və çoxsəhifəli bir iş 
mühitinin yaradılması lazım gəlir. Artıq bir faylın içərisində bir neçə işçi səhifə yarada 
bilərsiniz ki, bunun da çox böyük əhəmiyyəti vardır. 
Excel XP 
- də görəcəyiniz işlər, başqa sözlə, hazırlayacağınız cədvəllər ümumilikdə 
yalnız bir səhifədə görünməyəcək sayda və ölçüdə ola bilər. Məsələn, bir müəssisə müdiri 
kimi müəssisənizin mədaxil və məxaricini aylıq və illik olaraq izləmək istəyirsiniz. Bu 
zaman nə edərsiniz? Deyək ki, bunun üçün standart bir mədaxil/məxaric cədvəli 
hazırlayıb, bunu standart bir forma kimi qəbul edərək hər ay üçün çoxalda bilərsiniz. Bu 
halda 
12
ədəd cədvəliniz olacaqdır. Təbii ki, bu 
12
cədvəli eyni anda kompüterin 
ekranında görmək mümkün deyildir. Əgər bu cədvəllərin hamısını bir səhifəyə 
yerləşdirərsinizsə, bu halda aylar arasında hərəkət etmək üçün səhifə üzərində gəzməli 
olacaqsınız (ekranı hərəkət etdirməklə) və bu da bir xeyli vaxtınızı aparacaqdır. Bu zaman 
daha sadə yol seçə bilərsiniz. Hər aya aid olan cədvəli ayrı işçi səhifəyə yerləşdirməklə, 
12
işçi səhifədən ibarət işçi kitab təşkil etmiş olursunuz. Hətta son olaraq bir də illik cədvəl 
tərtib edə bilərsiniz. İşçi kitabın pəncərəsinin alt hissəsindəki səhifə düymələrinin adlarını 
da Yanvar, Fevral, Mart, ..., Dekabr, İllik deyə dəyişdirə bilərsiniz. Beləliklə bir 
cədvəldən, yəni, bir aydan digərinə keçməyiniz, ya da illik cədvəli görməyiniz daha da 


141 
asanlaşacaqdır. Bir cədvəldən digərinə keçmək üçün uyğun aya aid işçi səhifə düyməsini 
sıxmağınız kifayətdir. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin