İsa Musayev, Mətləb Əlizadə


 Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə16/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   166
 
2.5.4. Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması 
Kompüterdə informasiyanın təqdimatı üçün 2-lik kodlaşdırmadan istifadə edilir. 
Çünki yalnız iki vəziyyətdə ola bilən yüksək etibarlı texniki element mövcuddur. Bu 
element elektromaqnit reledən, maqnitlə işlənmiş səthdən, lazerlə işlənmiş səthdən və 
triggerdən ibarətdir ki, bunlar da yalnız 2 vəziyyətdə ola bilir. Vəziyyətin biri 1-ə, digəri 0-
a müvafiq gəlir. Kompüterə daxil edilən ədədi, mətni, qrafik, səs və video informasiya 2-


20 
lik koda çevrilir. 2-lik kodun rəqəmləri olan 0 və 1-ə eyni ehtimallı iki mümkün hal kimi 
baxmaq olar. Hər işarə 1 bit informasiya daşıyır.
2.5.4.1 Səs informasiyasının kolaşdırılması 
Səs müəyyən tezlikli və amplitudalı sinusoidal dalğadır. Səsin tezliyi herts-lə 
ölçülür. İnsan 20-17000 herts tezlikli dalğaları eşidə bilir. Səsi rəqəmsal kodla ifadə 
etmək üçün səsin müəyyən vaxt kəsiyindəki intensivliyi göstəricisindən
31
, məsələn, 0,001 
saniyədə 48 dəfə və ya 1 saniyədə 48000 dəfə döyünən dalğadan istifadə edilir. 
Səsin keyfiyyət xarakteristikaları aşağıdakılardır: 
-seçim dəqiqliyi və ya səsin kodlaşdırılma dərinliyi
32

-seçim tezliyi və ya diskretləşdirmə tezliyi
33
. 
2.6. İnformasiyanın saxlanması 
Hiss üzvləri vasitəsi ilə əldə edilən informasiya yaddaşa köçürülür və orada toplanır. 
Lakin əldə edilmiş və biliyə çevrilmiş informasiyanı uzunmüddətli saxlamaq
34
və 
nəsildən-nəslə ötürmək üçün müxtəlif daşıyıcılardan: DNK molekulundan (genetik 
informasiya), kağızdan (mətn və şəkil), maqnit lentindən (səs), foto və kino lentlərindən 
(qrafik), yaddaş mikrosxemlərindən, maqnit və lazer disklərindən (kompüterdəki proqram 
və verilənlər) və s. istifadə edilir. 
Mütəxəssislərin fikrincə, müxtəlif daşıyıcılarda saxlanan informasiyanın illik həcmi 1 
eksabayt (
18
10
bayt) təşkil edir. Bu informasiyanın 80%-i maqnit və optik daşıyıcılarda 
rəqəm formasında, 20%-i analoq daşıyıcılarda (kağızda, maqnit lentində, foto-kino 
lentlərində) saxlanır. 2000-ci ildə dünya üzrə adambaşına düşən saxlanan informasiyanın 
həcmi 250 Mbayt təşkil etmişdir ki, buna da hər biri 20 Qbaytlıq 85 milyon vinçester 
lazımdır. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin