İsa Musayev, Mətləb Əlizadə


 Kompüterin təşkili və fəaliyyəti



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə32/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   166
 
3.8. Kompüterin təşkili və fəaliyyəti 
Müasir fərdi kompüterlərin arxitekturası magistral-modul prinsipinə əsaslanır. 
Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul 
təşkili isə magistral prinsipə, yəni qurğulararası informasiya mübadiləsinin şin vasitəsi 
ilə ötürülməsinə əsaslanır. 
Arxitektura dedikdə, kompüteri təşkil edən qurğular, onların qarşılıqlı əlaqələri və 
bu əlaqələrin qurulması qaydaları çoxluğu nəzərdə tutulur. Başqa sözlə, arxitektura 
dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici 
qurğulara müraciət üsulları, maşın əmrləri sistemi, əmrlərdə istifadə edilən verilən 
formatları və s. ön plana çəkilir. 
Kompüterin əsas qurğuları prosessor və yaddasdır. Kompüterin hesablama imkanı 
məhz bu iki qurğunun qarşılıqlı fəaliyyəti ilə təyin olunur. Verilənləri prosessordan 
yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan 
şini, idarə şini və qidalanma (cərəyan) şini. Kompüter qurğularını əlaqələndirən şin 
ümumi şin adlanır. Bundan əlavə, köməkçi şinlər də vardır ki, bunlara da lokal şinlər 
deyilir. 
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır.
Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi bir qurğudur
85
. Dünyada prosessor qədər mürəkkəb qurğu yoxdur. Kompüter 
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi
86
ilə bağlıdır. 
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1 
saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-
85
Pentium 4-də 42 milyon funksional element var. Hər element 0,13 mikrondur. 1 mikron 1 metrin 
milyonda biridir.
86
icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı -
ğının yüksəldilməsi


44 
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi 
başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə) müəyyən 
sayda taktlar ayrılır. Takt tezliyi çox olan prosessor daha sürətli və məhsuldardır. Takt 
tezliyi meqahers (MHs) və qiqaherslə (QHs) ölçülür. 1 MHs 1 saniyədə 1 milyon takta 
bərabərdir. Son 20 ildə takt tezliyi 500 dəfə artırılaraq 5 MHs-dən
87
2,4 QHs-ə
88
çatdırılmışdır.
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu, 
prosessorun bir dəfəyə emal edib ötürdüyü 2-lik mərtəbələrin sayını ifadə edir. 
Prosessorun mərtəbəliliyi 64/36 şəklində yazılıbsa, bu, o deməkdir ki, prosessorun 
verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.
Prosessorun məhsuldarlığı inteqral xarakteristikadır. Çünki bu, tezlikdən, mərtə-
bəlilikdən və arxitekturadan (keş-yaddaşın olub-olmamasından) asılı göstəricidir. 
Prosessorun məhsuldarlığı CD-ROM-dan yüklənən SiSoftware Sandra adlı testləşdirmə 
proqramının köməyi ilə təyin edilir. 
Nisbətən daha cəld yaddaş növü olan prosessor registrləri prosessorun daxilində 
yerləşir. 
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları 
kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir-
birinə qoşan hissə həmin qurğunun interfeysi adlanır. İnterfeysin reallaşdırdığı qayda 
protokol adlanır. Bəzən interfeys dedikdə, qoşqu ilə yanaşı, həm də protokol nəzərdə 
tutulur. Eyni qurğu üçün bir neçə protokol ola bilər. Kompüter daxilindəki rabitə 
kanallarında siqnallar yalnız rəqəm formasında, 1 və 0-ları kodlaşdıran impulslar 
şəklində ötürülür. 
Müxtəlif cür periferiya qurğuları mövcuddur. Fərdi kompüterin periferiya 
avadanlığına: klaviatura, mış, skaner, manitor, printer, plotter (qrafquran), vinçester, 
diskovod, CD-ROM, səsucaldan, şəbəkə çıxışı aiddir. Kompüterin qurğuları şinə 
kontroller və ya adapter vasitəsilə qoşulur. Kontroller və adapterlərin öz prosessoru 
vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir. 
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün 
lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.
87
1978-ci ildə istehsal edilmiş 8086 prosessoru
88
2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru 


45 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin