İsa Musayev, Mətləb Əlizadə


İnformasiyanın yazılıb oxunmasının maqnit prinsipi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə31/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   166
3.6.4 İnformasiyanın yazılıb oxunmasının maqnit prinsipi. Çevik və sərt maqnit 
disklərindəki (vinçesterdəki) yığıcılar ferromaqnitə əsaslanır. Lazımi şəraitdə bu disklər 
informasiyanı 10 illər boyu saxlaya bilir. 
3.6.4.1 Çevik maqnit diskləri. Bunlar plastik kütlədən hazırlanmış korpus daxilində 
quraşdırılmış fırlanan maqnit diskləri idi, informasiyanı bir kompüterdən digərinə 
köçürmək üçün istifadə edilirdi. 
3.6.4.2 Sərt maqnit diskləri (vinçester). Vincester dəmir korpus daxilində bir ox 
üzərində yerləşdirilmiş böyük sürətlə fırlana bilən çoxsaylı maqnit diskləri paketidir. 
Vinçesterin tutumu 150 Qbayta çatır. Yazıb oxuma sürəti saniyədə 133 Mbayt təşkil edir. 
Fırlanma sürəti dəqiqədə 7200 dövrdür. 
3.6.5 İnformasiyanın yazılıb oxunmasının optik prinsipi. CD-ROM və DVD-ROM
kimi lazer diskovodları optik prinsiplə işləyir. CD-ROM 650 Mbayt informasiya tutumuna 
malikdir. Saniyədə 150 Kbayt informasiya oxuya bilir. 52 sürətli CD-ROM-lar adi CD-
ROM-lardan 52 dəfə sürətlə (saniyədə 7,8 Mbayt) oxuyur. DVD-ROM 17 Qbayt həcmə 
malikdir.
3.6.6 Flash-yaddaş. Bu enerjidən asılı olmayan yaddaş növüdür. İnformasiyanı 
mikrosxemə yazır. 
3.7. Aparat platformalarının növləri 
Kompüterlər əsas etibarı ilə kəmiyyət xarakteristikaları
84
ilə bir-birindən fərqlən-
dirilir. Bu xarakteristikalar üzrə kompüterlər 4 sinfə bölünür: mikro kompüterlər, mini 
kompüterlər, iri kompüterlər (maynfreymlər) və super kompüterlər.
Müasir fərdi kompüterlər, noutbuklar, serverlər və işçı stansiyalar mini kompüter 
sayılır. Mini kompüterlərin bir qismi ixtisaslaşdırılmış kompüterlərdir. Məsələn, kassa 
aparatları, avtomobillərdəki kompüterlər, istehsalatda texnoloji xətləri idarə edən kompü-
terlər ixtisaslaşdırılmış maşınlardır. Serverlər irihəcmli informasiya saxlayan və çoxsaylı 
istifadəçilərə xidmət göstərən mini kompüterlərdir. Yüksək məhsuldarlığa malik stolüstü 
kompüterlər işçi stansiya adlanır. Bunlar peşəkar istifadəçilər (proqramçılar) üçündür. 
84
operativ və xarici yaddaşların həcmi, prosessorun sürəti


43 
Fərdi kompüterlər həm peşəkar, həm də peşəkar olmayanlar üçün nəzərdə tutulmuş 
stolüstü mini kompüterdir. 
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı 
sistemlərdir. Bunlar gecə-gündüz fasiləsiz iş rejimində işləyir.
Super kompüter əməliyyat sistemi (ƏS) üçün vahid bütöv maşın kimi təsəvvür 
olunan maşınlar şəbəkəsidir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin