37
ərzində elementar modulların ölçüləri təqribən 100-200 anqstrem, yəni, 0,01-0,02 mikron
təşkil edəcəkdir. Bu o deməkdir ki, elementar hesablayıcı qurğuların
ölçüləri sürətlə
molekul və hətta atom ölçülərinə yaxınlaşır.
Lakin bu səviyyədə klassik fizika qanunları işləmir. Bu səviyyə kvant fizikası
qanunlarının hökmünə tabedir ki, bunların da təbiəti nəzəri səviyyədə hələ axıradək
öyrənilməmişdir.
Bu qurğuların işini təsvir etmək üçün informatikanın klassik obyektləri və metodları
yaramır. Belə ki, Heyzenberqin qeyri-müəyyənlik prinsipinə
əsasən sözü gedən
mikroskopik sistemlərdə ―bit‖ anlayışına analoq tapmaq mümkün deyildir. Yeni qurğular
2-lik rəqəmlər əvəzinə ―dalğa funksiyaları‖ ilə (―kvantlıq bitlərlə‖) iş görəcəkdir.
İnformatika öz inkişafında, müəyyən mənada, ―hesab‖dan ―funksional təhlil‖ə keçid
edəcəkdir. Bu, bir tərəfdən, əsas klassik alqoritmlərin
yenidən düşünülməsinə və
əvəzlənməsinə şərait yaradırsa, digər tərəfdən də süni intellekt problemlərinin həllinə
yaxınlaşdırır.
İri universitetlərin elmi-tədqiqat laboratoriyalarında
və transmilli informasiya
texnologiyaları (TİT) şirkətlərində yeni nəsil hesablayıcı qurğuların element bazasının
yaradılması üzrə əsas istiqamətlərin aşağıdakı bir-neçə variantı üzərində işlər aparılır
77
:
-nüvə maqniti və ya elektron paramaqnit rezonansı prinsiplərinə
əsaslanan element
bazası;
-Pauli və ya Penninq tələlərində yerləşdirilən atom ionlarına əsaslanan element
bazası;
-yüksəkkeçiricilik hadisəsinə əsaslanan element bazası;
-qeyri-üzvi yarımkeçirici sistemlərdə kvant nöqtələrinə əsaslanan element bazası;
-kvant məntiqinin optik simulyasiyasına və ya metal-bioloji hibridə əsaslanan element
bazası.
Bu istiqamətlərin əksəriyyəti ciddi nöqsanlara malik olduqlarından, hələlik
rəqabətqabiliyyətli hesablayıcı qurğuların yaradılmasını qeyri-mümkün etməkdədir. Buna
xarakterik misal olaraq IBM korporasiyasının 1999-cu ildə işləyib hazırladığı molekulyar
element bazası layihəsini göstərmək olar. Belə ki, bu layihənin reallaşdırılmasına 5 il
ərzində 17 milyard dollar xərclənmiş və 5 və ya 7 kvantlıq bitlə əməliyyat apara bilən 7
77
Граничин О.Н., Молодцов С.Л. Создание гибридных сверхбыстрых компьютеров и системное
программирование. СПб., 2006
38
ton
çəkiyə malik, yalnız primitiv məsələləri
78
həll
etməyə qadir olan bir maket
hazırlanmışdı
79
.
Hal-hazırda yeni nəsil kompüterlər üçün element bazasının yaradılması üzrə nisbətən
daha perspektivli istiqamət elektrostatik və ya maqnit tipli qarşılıqlı fəaliyyət əsasında
kvantlı bitllər funksiyasını icra edən bərkcisimli sistemlərdə özünü təşkil edə bilən kvant
nöqtələrindən istifadəyə əsaslanan istiqamətdir.
Dostları ilə paylaş: