İsa Musayev, Mətləb Əlizadə


 Fərdi kompüterlərin aparat təminatı



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə28/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   166
3.3 Fərdi kompüterlərin aparat təminatı 
Müasir fərdi kompüter elektron mikrosxemlər üzərində qurulmuş, ixtiyari növ 
informasiyanın qəbulu, saxlanması, emalı və ötürülməsi üçün yaradılmış sistemdir. 
Sadə istifadəçilər adətən fərdi kompüterlərlə işlədiklərindən, burada əsasən fərdi 
kompüterdən bəhs ediləcəkdir. 
İntel firmasının prosessorları bazasında yaradılmış fərdi kompüterlər daha geniş 
yayılmışdır. 
Son zamanlar çəkisi 2-2,5 kq olan daşınar fərdi kompüterlər - noutbuklar sürətlə 
yayılmaqdadır. 
Aparat təminatı dedikdə, kompüteri təşkil edən və onu şəbəkəyə qoşan bütün 
avadanlıqlar çoxluğu (kompüter ―dəmiri‖ - hardware) nəzərdə tutulur. 
Aparat təminatına, ilk növbədə, prosessor, ana plata və onun əsas mikrosxemləri, 
yəni kompüterin bütöv arxitekturasını müəyyən edən çipsetlər
80
, əsas operativ yaddaşın 
mümkün tipləri, videokart, disk qurğuları, monitor, printer və digər periferiya qurğuları 
aiddir. 
Hər bir fərdi kompüter istifdəçisi texniki vasitələr və onların inkişaf tarixi barədə 
kifayət qədər dərin biliyə malik olmalıdır. 
Fərdi kompüterlərin bütün komponentləri son dərəcə böyük sürətlə təzələnməkdədir. 
Son illərdə stolüstü kompüterlər və noutbuklar üçün çoxnüvəli prosessorlar, yaddaşla, 
video altsistemlə, sərt disklərlə yüksək sürətli iş təmin edən yeni şinlər, qiqabitlik naqilli 
və naqilsiz şəbəkələrlə işləmək üçün inteqrasiya edilmiş kontrollerlər yaradılmışdır. 
78
məsələn, 15-i 5 və 3 kimi 2 vuruğa ayırmaq kimi
79
domino.research.ibm.com/comm/pr.nsf/-pages/rsc.quantum.html?Open&printable.
80
Çipset (chipset) – ana platada mikrosxemlər yığımı olub, prosessorun yaddaşla və xarici qurğularla 
işləməsini təmin edir.


39 
Maye-kristallik monitorlar elektron-şüa borulu monitorları sıxışdırıb bazardan 
çıxarmışdır.
Ev kompüterinin yeni konsepsiyası irəli sürülmüşdür ki, bu da faktiki olaraq, təkcə 
DVD-disklərlə işləməklə kifayətlənməyən, yüksək keyfiyyətli çoxkanallı audiosistemi 
olan, İnternetdən radio televiziya translyasiyalarını qəbul edən, həmçinin, FM və TV-
tünerlərlə təchiz edilmiş mediamərkəzdir
Kompüterin aparat təminatı və onun son nailiyyətləri barədə dərin biliyə malik 
olanlar mənəvi cəhətdən köhnəlmiş texnikanı yaxşı tanıyırlar. 
İntel mikroprosessorunun prinsipial sxeminə: hesab-məntiq qurğusu, idarəedici blok, 
ilkin seçim bloku, registrlər bloku, dekodlaşdırma bloku, keş-verilənlər, şinlər bloku, 
əmrlər üçün keş-yaddaş, giriş və çıxış blokları daxildir. 
Mərkəzi prosessorun iş prinsipini belə təsəvvür etmək olar: emala daxil olan 
informasiya ilkin seçim blokunun idarəsi altında sistem yaddaşından şinlər bloku 
vasitəsilə prosessorun keş-verilənlərinə, əmrlər isə əmrlər üçün olan keş-yaddaşa 
ötürülür. Dekodlaşdırma bloku əmrlərin kodunu açıb, 2-lik koda çevirir və idarəedici 
bloka və keş-yaddaşa icraya göndərir. Hesab-məntiq qurğusu əmrə uyğun əməlləri icra 
edib alınmış nəticələri registrlər blokuna ötürür. Sonra registrlərin məzmunu sistem 
yaddaşına və ya xarici qurğulara ötürülür. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin