partlatdılar. Bu partlayışlar müqavimət cəbhəsi
və Suriya ordusu ilə razılaşdırmadan baş verdi,
233
döyüşçülər elə bildilər ki, İŞİD şəhərdə intihar
hücumlarına başlayıb. Bundan sonra Suriya
ordusu da geri çəkildi. Ertəsi gün İŞİD bir neçə
pikapla və piyada qüvvələrlə şəhərə hücum etdi.
Canlı qüvvə ruhdan düşdüyünə görə güclü
müqavimət
göstərilmədi.
Rusların
və
suriyalıların geri çəkilməkdə olduğuna görə
Fatimiyyun uşaqları da qalıb mühasirəyə
düşməyi uyğun görmədilər, bir yolla özlərini T4
aerodromuna
yetirdilər.
Rauf
o
gərgin
vəziyyətdə
nə
qədər
etmişdisə,
piyada
batalyonunu Biyaratda qalıb bir müdafiə
mövqeyi qurmağa razı sala bilməmişdi. Bütün
döyüşçülər avtobuslara minmiş, sürücüləri
Dəməşqə sürməyə məcbur etmişdilər.
Tədmur şəhəri işğal olundu, İŞİD geri çəkilə
bilməmiş döyüşçüləri və müxalif əhalini qətliam
etdi, görüntülərini internetdə yaydı. Fatimiyyun
uşaqlarından bir neçəsi evlərdə gizlənmişdi.
Ertəsi günə qədər onlarla telefon əlaqəsi
saxlayırdıq. Sonra isə əlaqəmiz kəsildi, hətta
şəhid olduqlarını da öyrənə bilmədik.
Həmin
günlərdə
döyüş
yoldaşlarımdan
birinin şəhadət xəbərini eşitdim. Dəyərli ruhani
olan Seyid Məhəmmədmehdi Haşiminejad bir
234
müddət kəşfiyyatda xidmət etmiş, sonra
Fatimiyyunun tribunal hakimi olmuşdu. O, Büsr
əl-hərir əməliyyatından sonra İrana qayıdıb
təhsilini davam etdirmək qərarına gəlmişdi.
Gedəndə elə getmişdi ki, sanki bir də
qayıtmayacaq. Ancaq bir il ötmədən qayıtdı.
Qəribə mənəvi halı vardı, sanki özündə deyildi.
Uşaqlar onu tanıyıb komandirlərə qayıtdığını
söyləmişdilər. Onu tapıb bölmələrin birinə
rəhbər təyin etmək istəyəndə isə piyada
qüvvələrdən
ayrılmağa
razılıq
verməmiş,
əməliyyat gününə qədər adi döyüşçülərin
yanında qalmağı üstün tutmuşdu. Seyid Həkim
israr etmişdi ki, siz mədəni-tərbiyəvi işlər üzrə
rəis olmalısız. O isə qəbul etməmiş, demişdi ki,
bu
dəfə
piyada
batalyonda
vuruşmağa
gəlmişəm. O, əməliyyat zamanı batalyonla birgə
Tədmura getmişdi. Əməliyyat komandiri orada
Seyid Həkimlə birgə onu qarşılayıb demişdi:
“Məgər sən döyüş yerində olmaq istəmirsən?!
Gəl, kəşfiyyat bölmələrindən birinə başçılıq elə,
piyada qüvvələrin də getmədiyi yerlərə get”.
Ağa Haşiminejad yenə qəbul etməmişdi. Onlar
demişdilər ki, başqa yolun yoxdur, komandirin
əmrinə tabe olmalısan. O da bir müddət fikrə
235
getmiş, sonra on gün möhlət istəyib demişdi:
“On gündən sonra hara desəniz, gedəcəm”.
Seyid Həkim də bundan artıq israr etməmişdi.
Sonralar fikirləşəndə təxmin edirdik ki,
Haşiminejad bəlkə də yuxuda şəhid olacağını
görüb birdən-birə, özü də belə bir şəkildə
qayıtmışdı. O, İŞİD-in Tədmur yüksəkliklərinə
ardıcıl hücumlarından birində beş nəfərlə birgə
şəhadətə qovuşdu. Sonralar həmin yüksəklikləri
ələ keçirəndə dörd şəhidin cəsədini tapdıq,
amma ondan əsər-əlamət tapılmadı.
Şəhərin işğalından sonra qərara gəldilər ki,
Biyarat bölgəsi qorunsun. Bu məqsədlə Salehinin
komandirlik etdiyi yeni bir briqada Dəməşqdən
Biyarata göndərildi.
|