Otuz birinci fəsil
İmam Hüseyn (ə) briqadası
Briqadanın qərargah rəisi idim, amma
vəzifələrimin nə olduğunu bilmirdim. Süleyman
və onun birinci müavini Sədaqət də bilmirdi.
Çoxlu vəzifələr kimi bu vəzifənin də məsuliyyət
və səlahiyyətləri bəlli deyildi, özümüz təcrübə
əsasında öyrənirdik.
Baxırdım ki, görüm iranlı pasdarlar öz
qərargahlarında hansı işləri görürlər. Bildim ki,
arxa cəbhə xidməti, kadrlar bölməsi və digər
çoxlu bölmələr qərargahın nəzarəti altındadır.
Buna görə də, briqadanın müxtəlif sahələrini
247
nizama salmağa çalışdım. Hər kəsin vəzifələrini
müəyyən etdim, əməliyyat bölməsi kimi hələ
rəisi olmayan bölmələr barədə Süleymana
məlumat verdim.
İmam Həsən (ə) briqadasının komandiri Seyid
Əli çox səbirli və sakit adam idi, çox gec
əsəbiləşərdi.
Mülayim
əxlaqına
görə
Fatimiyyunun köhnə və təcrübəli kadrları İmam
Həsən
(ə)
briqadasında
xidmət
etmək
istəyirdilər. Ancaq Süleymanla işləmək asan
deyildi. Onun tələbkarlığı və ciddiliyi hələ
snayper
birləşməsinin
komandiri
olduğu
zamandan Fatimiyyun döyüşçüləri arasında
məşhurlaşmışdı. Snayperlərin otağı həmişə digər
otaqlardan təmiz və səliqəli olurdu. Süleyman
tez-tez əsaslı təmizlik əmri verir, döyüşçülərinə
çətin qayda-qanunlar qoyurdu. İndi də həmin
tələbkarlığı briqadada icra etmək istəyirdi.
Bəziləri razılaşmır, bunu qeyri-mümkün sayırdı.
Çünki snayper birləşməsi 25 nəfərdən ibarət idi,
briqadada isə 600 döyüşçü vardı, özü də könüllü
cihad döyüşçüsü. Çoxları düşünürdü ki,
bunların nazıyla oynamaq lazımdır. Ancaq
Süleyman öz işini görə bildi.
248
Birinci addımda otaqlarda siqaret çəkmək
qadağan edildi. Bəzən gecə saat 3-də qəfil “Qalx”
komandası verib bir-bir otaqlara baş çəkir,
balışların altına baxırdı. Siqaret tapılanda
qaydanı pozanları palçığın içində uzandırıb irəli
sürünməyi əmr edirdi.
Sonra əmr etdi ki, hamı saçını qısaltsın. İlk
olaraq, özü bunu etdi. Ondan sonra İmam
Hüseyn (ə) briqadasının uşaqları saçlarından
tanındılar.
Müxtəlif birləşmələr yaratmaqdan ötrü İmam
Həsən (ə) briqadası kimi təcrübəli kadrlarımız
yox
idi.
Bəzən
bizə
deyirdilər:
“Sizin
briqadanızda məharətli kadr yoxdur. Əgər
əməliyyat olsa, ciddi problemlə üzləşəcəksiz”.
Süleymanla iclas keçirdik, qərara gəldik ki,
iranlı kadrlardan istifadə etmək yerinə özümüz
kadr
yetişdirək.
İstedadları
tanımaqda
Süleymanın xüsusi məharəti vardı. Üç gün bir
adamla oturub-durur, onun hansı işə yaradığını
bilirdi. Seçilmiş döyüşçülərə qərargahın köməyi
ilə təlimlər keçdik və çox tez bir zamanda
məqbul səviyyəyə çatdırdıq.
Batalyon komandirləri təcrübəsiz olsalar da,
çox enerjili idilər. Onlar üçün gecə-gündüzün
249
fərqi yox idi, yorulmadan saatlarla məşq
edirdilər. Axırda onlar da özlərini ideal
səviyyəyə çatdıra bildilər.
Bu batalyon komandirlərindən biri 22 yaşlı bir
gənc idi. Yorulmaz xarakterlərinə və iri cüssəsinə
görə ona “Briqadanın BMP-si” deyirdilər. Seyid
İbrahimlə ortaq dostlarımız olan Məhəmməd
Möhsüni də bir batalyonun komandiri oldu. O,
Seyid İbrahimin şəhadətindən sonra çox narahat
olmuşdu. Mən hər bir yolla, zarafat və ciddi
söhbətlərlə onu sakitləşdirməyə çalışırdım.
Ən yüksək səviyyəyə çatdırdığımız hərbi
birləşmə snayper bölüyü idi. Süleyman briqada
komandiri olduğuna görə bütün snayper uşaqlar
bu
briqadaya
gəlmişdilər.
Ancaq
silah
problemləri vardı. Hər 150 atışdan sonra
tüfənglərin lüləsi dəyişilməli idi. Süleyman
onları yoxlayıb gördü ki, sıradan çıxmışlar.
Ancaq yeni silahlar verilmirdi və uşaqlar həmin
snayper tüfəngləri ilə idarə etməyə məcbur
idilər.
Könüllü piyada qüvvələrdən idman və
müqavimət imtahanı aldıq, lazımi təlimlərdən
sonra hücumçu bölüyü yaratdıq. Onlar sonrakı
əməliyyatlarda yaxşı çıxış etdilər.
250
İmam Hüseyn (ə) briqadasının düşərgəsi
Əzzan təpəsinin yaxınlığında üç quşçuluq
fermasından ibarət idi. Tikililəri verilən büdcə
həddində təmir etməyə çalışdıq. Qışda istilik
problemi yaranırdı. Pəncərələrə sellofan çəkmiş,
zalın iki tərəfində generatorla işləyən soba
qoymuşduq. Çünki bizə verilən dizel miqdarı
kifayət etmirdi. İki qarlı qışı orada keçirdik.
İkinci qışda şəxsi heyətə çarpayı da aldıq.
|