İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə49/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   45   46   47   48   49   50   51   52   ...   67
Abu-baran- 1

Otuzuncu fəsil  
Təll-əl-İmarə əməliyyatı 
İmam Həsən (ə) briqadasının komandiri Seyid 
Əli  məni  briqadanın  qərargah  rəisi  təyin  etdi. 
Əksər  iclaslarda onunla  birlikdə  iştirak  edirdim. 
Təll-əl-İmarə əməliyyat iclasında qərara alındı ki, 
müqavimət  cəbhəsi  Hələb  vilayətindəki  bu 
təpəni  almaq  üçün  səkkizinci  cəhdini  etsin; 
Heydəriyyun Qərasi kəndinə hücum etsin, İmam 
Həsən  (ə)  briqadası  da  eyni  zamanda  əl-İmarə 
təpəsində əməliyyata başlasın. 
Əməliyyat  günü  dostlarımdan  Məhəmməd-
baqirlə birlikdə hücum nöqtəsinə gedib vəziyyəti 


 
240 
araşdırdıq. Oradan əl-İmarə təpəsinə qədər 1 km 
yol  vardı.  Piyada  qüvvələr  təpənin  başına 
çıxmışdılar,  BMP  və  maşınlar  isə  yuxarı  qalxa 
bilmirdilər, düşmənin onları vurma ehtimalı çox 
yüksək idi. 
Məhəmmədbaqirlə  birlikdə  əyilə-əyilə  təpəyə 
qalxdıq.  Səs-küy  olduqca  çox  idi.  Uşaqlar 
oradakı  pərakəndə  evlərin  içində  və  arxasında 
mövqe  seçmişdilər.  Bizə  hər  tərəfdən  atəş 
açılırdı.  Hiss  etdim  ki,  oradakı  döyüşçülər  bir 
qədər  yorğundurlar.  Uşaqların  arasında  nə 
qədər 
gəzdimsə, 
batalyon 
komandirini 
tapmadım.  Onun  cəsur  bir  müavini  vardı. 
Ondan  soruşdum  ki,  batalyon  komandiri 
hardadır?  “Hücum  nöqtəsindədir”  –  deyib  yenə 
atəş açmağa başladı. Onu saxlayıb dedim: “Niyə 
oraya  atəş  açırsan?”  Dedi:  “Məgər  onları 
görmürsən?! Düşmənlərdir”. 
Halbuki  bizim  sol  tərəfimizdə  Qərasi  kəndi 
yerləşirdi  və  Heydəriyyun  oranı  tutmuşdu. 
Onda  bildim  ki,  batalyon  komandiri  müavinini 
əməliyyat 
bölgəsinin 
vəziyyəti 
barədə 
məlumatlandırmayıb.  İclaslarda  deyilənləri  başa 
salıb ondan uzaqlaşdım. 


 
241 
Beş nəfərlə birlikdə bir evə girib düşmənin çox 
yaxındakı  torpaq  istehkamına  atəş  açmağa 
başladıq. Bir müddətdən sonra bildim ki, o evdə 
qalmaq  düzgün  deyil,  çünki  düşmən  hər  an 
minaatanla  vura  bilər.  Qapıdan  da  çıxa 
bilmirdik,  düşmən  pulemyotu  imkan  vermirdi. 
Uşaqların  biri  stulun  üstünə  çıxıb  hündür 
pəncərəyə yaxınlaşdı. Silahının lüləsini çərçivəyə 
qoyub  dayanmadan  atəş  açmağa  başladı. 
Düşmənin  diqqətinin  bu  atəşlərə  yönəldiyi  qısa 
müddətdə evdən çıxıb bir qədər geridə başqa bir 
evə  girdik.  Dərhal  biz  atəş  açdıq  və  o  da  imkan 
tapıb evdən çıxdı. 
Hər  an  evə  doğru  top  mərmisinin  atılacağını 
gözləyirdim,  amma  bu,  baş  vermədi.  Bildim  ki, 
təpənin  başındakı  düşmən  qüvvələrinin  ağır 
silahı  yoxdur;  olsaydı,  o  ana  qədər  dəfələrlə 
istifadə 
etmişdilər. 
Batalyonun 
komandir 
müavininə  dedim  ki,  nə  qədər  gec  deyil, 
ratsiyadan tank və ya pikap göndərmələrini istə. 
Çünki  düşmən  bizim  ağır  silahımızın  olduğunu 
görsə, qorxacaqdı və biz istehkamlarını asanlıqla 
ələ keçirəcəkdik. 
Bir  müddətdən  sonra  suriyalı  bir  sürücünün 
idarə etdiyi tank təpəyə çıxdı, ancaq birinci evin 


 
242 
arxasında  dayandı,  ondan  irəli  getmədi.  Nə 
qədər  yalvardım,  hətta  silah  qaldırdımsa,  irəli 
gedib  özünü  göstərmədi.  İstəyirdim  ki,  getsin, 
döyüşçülər  də  dərhal  arxasınca  irəliləsinlər. 
Ancaq  pulemyot  və  avtomat  səsi  bir  an  da 
dayanmır, hamını çox qorxudurdu. 
Bu zaman öz döyüşçülərimizin idarə etdiyi və 
106 mm çaplı topun yükləndiyi bir pikap təpəyə 
qalxdı,  ancaq  hələ  bizə  çatmamış  düşmən 
mərmisinə  tuş  gəlib  vahiməli  gurultu  qopardı. 
Tez özümüzü yetirdik. Maşın yanırdı. O şəraitdə 
kədərlənməyə imkan yox idi. Qatı tüstü arasında 
maşındakı üç nəfərin cəsədini toplayıb başqa bir 
maşınla geri göndərdik. 
Bu  hadisədən  sonra  uşaqlar  çox  ruhdan 
düşdülər. Axırıncı evin düşmən istehkamı ilə 10 
metr məsafəsi vardı. Uşaqlar yavaş-yavaş oradan 
və  digər  evlərdən  geri  çəkildilər.  Batalyon 
komandirinin  müavini  nə  edirdisə,  uşaqları 
toplaya  bilmirdi.  Axırda  onlara  dedi  ki,  evlərdə 
nə  qədər  sursat varsa,  geri  aparsınlar.  Mən  də  o 
tərəf-bu  tərəfə  qaçır,  qışqırıb  deyirdim  ki,  bir 
yerə  toplaşmayın,  evlərə  girməyin,  ətrafa 
səpələnin.  Axırda  bir  nəfər  qarşımda  dayanıb 
qışqırdı:  “Sən  kimsən  axı?”  Haqlı  idi.  Mən 


 
243 
komandirləri  deyildim  və  şəxsi  heyətin  vəzifəsi 
komandirin əmrinə tabe olmaqdır. 
Bütün  sursatı  bir  BMP-yə  yüklədik.  Yer 
doluncaya  qədər  uşaqlar  da  mindilər.  Düz 
hərəkət  zamanında  sürücü  qeyb  oldu.  Gördüm 
ki,  piyada  qayıdır.  Ardınca  qaçıb  dedim  ki,  gəl 
BMP-ni  də  apar.  Nə  etdimsə,  razılaşmadı, 
deyirdi  ki,  təhlükəlidir,  piyada  getmək  daha 
yaxşıdır. 
Halbuki 
dəstək 
xidmətinin 
uşaqlarından  biri  həmin  təhlükəli  yolu  Hilux 
avtomobili ilə gedib-gəlir, yaralıları daşıyırdı. 
BMP-nin  yanına  qayıdıb  ucadan  dedim: 
“Bunu  heç  kim  sürə  bilmir?”  Hamı  bir-birinə 
baxdı. Bu zaman aralarından bir nəfər çıxıb dedi 
ki,  mən  gedirəm.  Hamı  bu  cümləni  gözləyirmiş 
kimi onun arxasınca yola düşdü. Təxminən hamı 
qayıtdı.  Komandir  müavini  evlərin  arasında 
qalmışdı; bir neçə nəfərlə birlikdə son güllələrini 
atırdı.  Onlar  da  yavaş-yavaş  geri  çəkildilər.  Biz 
təpədən  enəndə  düşmən  silahlıları  evlərin 
damından  bizə  atəş  açırdılar.  Yolda  sığınacaq 
yox  idi,  bacardığımız  qədər  ziqzaq  şəklində 
qaçırdıq.  Güllələr  vıyıldaya-vıyıldaya  yan-
yörəmizdən 
keçirdi, 
hər 
an 
birimizin 
vurulacağını gözləyirdik. 


 
244 
Təxminən  1  km  qaçandan  sonra  hücum 
nöqtəsindəki  torpaq  istehkamımıza  çatdıq. 
Təmiz  paltarda  və  arxayın  şəkildə  dayanmış  ilk 
adamı  görəndə  çox  hirsləndim,  yaxasından 
yapışıb  qışqırdım:  “Siz  burda  nə  edirsiz?  Niyə 
heç  biriniz  təpəyə  çıxmamısız?  Əgər  uşaqların 
başı  üstə  komandir  olsaydı,  o  istehkamı 
almışdıq”. 
Hər  kəs  deyirdi  ki,  mənim  vəzifəm  deyil. 
Yavaş-yavaş  hirsim  soyudu,  bildim  ki,  daha  iş-
işdən keçib. Reallıq bu idi ki, çoxlu komandirlər 
ilk  dəfə  idi  vəzifəyə  təyin  edilmişdilər,  hələ 
vəzifələri  barədə  tam  təlimat  almamışdılar. 
Təxminən  bütün  Fatimiyyun  uşaqları  iş  və 
təcrübə  əsnasında  vəzifələrinin  nə  olduğunu 
öyrənirdilər.  O  anda  görülməli  olan  yeganə  iş 
təpənin  başında  qalmış  BMP-ni  partlatmaq  idi. 
Onu dərhal raketlə vurdular. 
Bu  əməliyyatdan  sonra  Buhus  düşərgəsində 
Sarəllah  birləşməsinin  bir  batalyonu  mənə 
tapşırıldı. Bir müddət şəxsi heyətə təlim keçdim. 
Təzəlikdə  İmam  Hüseyn  (ə)  briqadasının 
komandiri  olmuş  Süleyman  bir  gün  müavini 
Sədaqətlə  birgə  məni  görməyə  gəldi.  Dedilər  ki, 
səni  İmam  Hüseyn  (ə)  briqadasının  qərargah 


 
245 
rəisi  seçmişik.  Dedim  ki,  hələlik  burada 
məşğulam,  gələ  bilmərəm.  Qərara  gəldilər  ki, 
özləri  Sarəllah  birləşməsinin  komandiri  ilə 
danışıb  mənə  icazə  alsınlar.  O  da  etiraz  etmədi 
və mən İmam Hüseyn (ə) briqadasının qərargah 
rəisi oldum. 


 
246 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin