İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə48/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   44   45   46   47   48   49   50   51   ...   67
Abu-baran- 1

İyirmi doqquzuncu fəsil  
Yaraqlıların Həmaya hücumu 
Bir müddətdən sonra silahlılar Həma şəhərinə 
geniş  hücuma  keçdilər.  Rauf  şəxsi  heyəti  ilə 
birgə  Həmaya  göndərildi,  bir  neçə  uğurlu 
əməliyyatla  şəhərin  işğalının  qarşısını  ala 
bildilər. Həmanın yaxınlığında Qumhanə adlı bir 
yaşayış  məntəqəsi  var,  əhalisi  sünnilərdən 
ibarətdir.  Silahlılar  Murikdən  sonra  bu  şəhərə 
yola  düşəndə  əhali  sünni  olduğuna  görə  onu 
döyüşsüz 
ələ 
keçirəcəyini 
düşünürmüşlər. 
Ancaq  şəhərin  kişili-qadınlı,  uşaqlı-böyüklü 
bütün  əhalisi  silahlanıb  onları  şəhərlərinə 


 
237 
buraxmadılar.  Qumhanənin  müqaviməti  mənə 
fələstinlilərin  yaşadığı  Müxəyyəm  məhəlləsini 
xatırlatdı.  Əhli-sünnə  olduqlarına  görə  silahlılar 
elan  etmişdilər  ki,  sizinlə  işimiz  yoxdur,  amma 
icazə  verin  məhəllənizə  girək.  Məhəllə  sakinləri 
isə razılaşmayıb onları buraxmamışdılar. 
Raufun  gözlərində  həmişə  xüsusi  sakinlik, 
soyuqqanlılıq  vardı.  O,  heç  bir  həyəcansız 
minlərlə  insan  qarşısında  çıxış  edə  bilirdi.  Çox 
aktiv  idi.  Həmişə  israr  edirdi  ki,  Dəməşq 
qərargahındakı 
mühüm 
iclaslardan 
sonra 
Fatimiyyun  öz  arasında  da  bir  iclas  keçirsin, 
komandirlər  bir-birinin  planlarından  xəbərdar 
olsunlar.  Şəhadətindən  bir  müddət  qabaq 
Fatimiyyuna nizamnamə hazırlayırdı. O deyirdi: 
“Düzdür  ki,  Fatimiyyun  müxtəlif  briqadalara 
bölünüb,  hər  biri  bir  qərargahın  əmrində 
vuruşur,  amma  öz  aramızda  qanunlarımız 
olmalı,  Fatimiyyun  təşkilatını  daha  da  nizam-
intizamlı etməliyik”. 
Şəhid 
olduğuna 
görə 
hamımız 
çox 
heyfsiləndik. 
Suriyanın 
şərq 
səhralarında 
avtomobil  qəzası  keçirmişdilər.  O,  şəhid  olmuş, 
digər  sərnişinlər  ağır  yaralanmışdı.  Belə  dəyərli 
bir  şəxsi  bəlkə  də  döyüşdə  itirsəydik,  bu  qədər 


 
238 
təəssüflənməzdik.  Qərargahın  qərarına  görə, 
sürücülük  vəsiqəsi  olmayan  sükan  arxasında 
oturmamalıydı.  Ancaq  həqiqət  bu  idi  ki, 
əfqanıstanlılar  İranda  sürücülük  vəsiqəsi  ala 
bilmirdilər. Bizim də sürücülərimizi bu uşaqların 
arasından  seçməkdən  başqa  yolumuz  yox  idi. 
Raufun şəhadətindən sonra Fatimiyyunda qərara 
alındı  ki,  sürücülük  etmək  istəyən  döyüşçünün 
yaşı  23-dən  az  olmamalı  və  müvafiq  imtahanı 
verməlidir. 


 
239 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin