Ислам Дини Терроризмин ялейщинядир



Yüklə 3,39 Mb.
səhifə1/10
tarix01.11.2017
ölçüsü3,39 Mb.
#25107
  1   2   3   4   5   6   7   8   9   10

Yaşar Qurbanov

İSLAM DİNİ

TERRORUN ƏLEYHİNƏDİR

Bakı-2006

Ki­ta­bın möv­zusu lə­nət­lən­miş vəh­şi­li­yin qay­nağı olan ter­ro­run qə­tiy­yən ilahi bir din­lə əla­qəli ol­ma­ması, xü­su­silə İs­lam­da ter­rora yer ol­ma­ması hə­qi­qəti ilə bir­başa bağ­lı­dır. İs­lam di­ni­nin əsas mən­bəyi olan Qu­ran­da və baş­da Pey­ğəm­bə­ri­miz Mə­həm­məd (s.ə.v.) ol­maq­la ta­rix boyu ya­şa­mış bü­tün mü­səl­man rəh­bər­­lə­ri­nin fəa­liy­yə­tin­də, nə­si­hət­lə­rin­də, həm­çi­nin müa­sir dövr alim­lə­ri­nin fət­va­la­rın­da bu hə­qi­qət tam açıq­lığı ilə or­taya çıxır. Bu sə­bəb­lə də ki­tab­da İs­la­mın ter­roru ya­saq­la­dı­ğını və ter­roru, vəh­şi­liyi, bü­tün qeyri-in­sani əməl­ləri, aman­sız­lığı, qəd­dar­lığı ha­ram bu­yur­duğu Qu­ran ayə­ləri işı­ğın­da də­lil­lər ilə or­taya çı­xa­rıl­mış­dır.
ÖN SÖZ
XIX əs­rin əv­vəl­lə­rin­də mey­dana gə­lən və uzun müd­dət tək-tək, seyrək aksiyalar kimi tarixə dü­şən terror keçən əsr­də xüsu­silə də onun sonlarına doğru ağlasığm­az bir sü­rət­lə artaraq öz fəl­sə­fəsi, ideoloqiya­­sı, əxl­aqi də­yər­ləri, “əfs­anə­ləri”, “qəh­rə­m­an­ları”, tə­rəf­­darl­arı, ardı­cıl­­ları, dayaq­ları, tə­l­im gör­­müş dö­yü­şən dəs­­tə­ləri, silah-sursat cəb­hə­x­a­naları olan, müas­ir elmin, texnikanın imkanlarınd­an istifadə etmək­lə bü­tün düny­ada hamı­nın həya­tı, varlığı üçün real təh­­lükə təşk­il edən bü­tün düny­anı daimi gərg­in­likdə saxlayan müd­­hiş bir qüv­vəyə çevrilmişdir. Ter­ror ha­di­­sə­ləri nüma­yiş etdirdi ki, bu gün düny­anın heç bir yerində, hətt­a ən qüd­rətl­i iqtisa­diyyata, elmə, texnikaya malik olan öl­kə­­lər­də belə, insanların terror təh­lü­kəsi­ndən real təmn­atı yoxdur. Terror bu gün sö­zün həqi­qi məna­­sınd­a qlobal təh­lü­­kə­lər sıra­sına daxildir və tama­­milə təbi­i olaraq döv­­lət­lər öz təh­lü­­kəsi­zlik stra­tegiyasını hazır­­layar­kən onu nə­­zər­­də tutur, bə­zən­sə hət­ta təh­lü­­kə­s­izlik stra­tegiyasını büs­­bü­tün terror təhd­idi və ona qarşı sə­mə­rəli müba­rizə vəzi­fə­ləri üzəri­ndə qurur.
İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR
Şübhəsiz ki, butün həmd-sənalar, şükür və tərif Allaha məxsusdur, biz Ona şükür edir və Onu köməyə çağırırıq. Ondan bağışlanma diləyir, nəfslə­ri­mizin şə­rin­dən və əməl­ləri­miz­dəki pis­liklərdən Ona sığınırıq. Allah kimi hidayət etsə, heç kim onu hidayət yolundan azdıra bilməz, Allah kimi hidayət yolundan azdırsa, heç kim onu hidayət edə bilməz. Mən şə­ha­dət edirəm ki, Allahdan başqa iba­də­tə layiq haqq məbud və onun şəriki yox­dur, və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahın xeyir-duası və salamı pey­ğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əsha­bə­lərinin üzərinə olsun.
قال الله تعالى:

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا 


Allah taala buyurmuşdur:

«Ey insanlar! Sizi tək bir şəxs­dən (Adəm­dən) xəlq edən, ondan zöv­cəsi­ni (Həvv­anı) yaradan və onlardan da bir çox kişi və qadınl­ar tö­rə­dən Rəb­­bini­z­dən qor­xun! (Adı ilə) bir-birinizdən (cür­bə­­cür şeylər) istədi­yiniz Allahdan, həmç­inin qohum­­luq əla­qə­ləri­ni kəs­mək­dən hə­zər edin! Şüb­həsi­z ki, Allah sizin üzəri­nizdə gö­zətç­idir!»1;
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməl­lə­rinizi islah edər və günah­la­rı­nızı bağışlayar. Hər kəs Allaha və Pey­ğəm­bə­rinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar»2;
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلا تَمُوتُنَّ إِلا وَأَنْتُمْ مُسْلِمُونَ

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz hal­da (müsəlman kimi) ölün3.
Ən gö­zəl kə­lam Al­lah Kə­la­mı­dır, ən doğ­ru yol el­çisi Mə­həm­mə­din (s.ə.v.) yo­lu­dur.
İs­lam di­nini araş­dı­ran və Al­la­hın Qu­ran­da əmr et­diyi hə­qiqi İs­lam di­nini yax­şı ta­nı­yan ək­sər qərb çev­rə­ləri “İslam” və “ter­ror” kəl­mə­lə­ri­nin bir­lik­də iş­lə­­dil­­mə­si­nin qə­tiy­yən müm­kün ol­ma­dı­ğını, ilahi din­lə­rin heç bir şə­kil­də gər­gin­liyə və aman­sız­lığa yol ver­mə­di­yini bü­tün açıq­lığı ilə eti­raf edir­lər.

Ter­ror əməl­lə­rini hə­yata ke­çi­rən in­san­la­rın xris­tian, mü­səl­man və ya yə­hudi ol­ması bəzi dai­rə­ləri yan­lış qənaət­lərə gəl­məyə sövq edir və on­la­rın ilahi din­­lə­­rin ma­hiy­­yə­­ti ilə əsla uy­­ğun gəl­mə­yən id­­­di­­a­­lar­­la çı­xış et­­mə­­sinə sə­­bəb olur. Ter­­ror­­çu­lar mü­­səl­man olsa belə on­la­rın tö­rət­diyi ci­­na­­­yət­lərə “İs­lam ter­­ro­­ru” de­yilə bil­­məz. Bu sö­z­­lər eyni qay­dada xris­­tian və yə­hu­di­lərə də aid­dir. Ter­ror­çu­lar xris­­tian ol­sa­lar, on­la­rın bu vəh­şi­­li­­yi­­nə “xris­tian ter­roru” və ya yə­hudi ol­sa­lar, “yə­hudi ter­ro­­ru” da de­yilə bil­məz. Gü­nah­sız in­san­ları öl­dür­­mək Al­la­hın bu əməli ba­ğış­la­ması xa­ri­cin­­də­dir və cə­hən­­nəm əzabı ilə nə­ti­cə­lə­nən bö­­yük bir gü­nah­dır. Dinə ina­nan, qəl­bin­də Al­lah qor­xusu olan bir in­san heç bir za­man belə bir şeyi etməz.

Belə bir vəh­şi­liyi tö­rə­dən­lər,- on­lar han­sı dinə mən­­sub ol­duq­la­rını id­dia edir­lər­sə-et­­sin­­lər,- bunu an­­caq di­­nə tə­ca­vüz et­mək məq­sə­­di ilə et­miş ola bilər. On­la­rın məq­sədi dini in­san­la­rın gö­zün­dən sal­maq, in­san­ları din­dən so­yut­maq, din­dar­lara qar­şı nif­rət və təp­ki ya­rat­maq ola bilər. Buna görə də gü­nah­sız in­san­lara qar­şı din adı al­tın­dakı hər bir tə­ca­­vüz əs­lin­də di­nin özünə qar­şı edil­miş bir tə­ca­vüz­dür.

Din sev­gini, mər­hə­məti, sül­hü əmr edir. Ter­ror isə di­nin ək­si­nə­dir, yəni qəd­dar­lıq­dır, qan tök­mək, öl­dür­mək, acı çək­dir­mək, faciə­lər ya­rat­maq is­tə­yir. Buna görə də bir ter­ror ak­tı­nın sə­bə­bini tap­maq is­tə­­yər­kən onun qay­na­ğını din­də və din­dar­lıq­da deyil, din­siz­lik­də ax­tar­maq la­zım­dır. Ter­ror­çu­la­rın han­sı adı da­şı­ması, şəx­­siy­yət və­si­qə­lə­rin­də nə ya­zıl­ması önəm­li deyil. Bir adam gü­nah­sız in­san­ları gö­zünü də qırp­­ma­­dan öl­dü­rür­sə, de­məli, o adam əl­bət­tə ki, din­dar de­yil və müt­ləq din­siz­dir. Be­ləsi Al­lah­dan qorx­­ma­yan, məq­­sə­­di yal­nız qan tök­mək və əzab ver­mək olan bir ca­ni­dir. Bu sə­bəb­lə də “İs­lam ter­roru”, “yə­hudi ter­roru”, “xris­tian ter­roru” kimi ifa­də­lər son də­rəcə xə­talı və kö­kün­dən yan­lış an­la­yış­lar­dır. Çün­ki İs­lam di­nin­də də, di­gər iki ilahi din­də də ter­rora, vəh­şi­liyə, qəd­dar­lığa, aman­sız­lığa heç bir şə­kil­də yer yox­dur. Ək­sinə, “ter­ror” ad­lan­dır­dı­ğı­mız əməl­lər (yəni gü­nah­sız in­san­lara qar­şı iş­lə­nən ci­na­­yət­lər) İs­lama görə, bö­yük bir gü­nah­dır. İs­lama görə, mü­səl­man­lar ter­ror kimi vəh­şi və qeyri-in­sani əməl­lə­rin qar­şı­sını almaq, yer üzünə sülh, ra­hat­lıq və əda­lət gə­tir­mək mis­si­ya­­sını da­şı­yır­lar.



ALLAH FİTNƏ-FƏSADI LƏNƏTLƏMİŞDİR
Al­lah in­san­lara pis­lik et­mək­dən çə­kin­məyi əmr etmiş, zülmü, əzab-əziy­yəti, qəd­dar­lığı, öl­dür­­mə­­yi, qan tök­məyi ya­saq­la­mış­dır. Al­la­hın bu əm­rinə itaət et­mə­­yən­lər isə ayədə ya­zı­lan ifadə ilə desək, “şey­ta­nın yolu ilə ge­dən­lər” kimi tə­rif edil­miş və açıq-ay­dın Al­la­hın ha­ram say­dığı bir yo­lun yol­çu­ları ad­­lan­­­dı­­rıl­mış­lar.

Şüb­həsiiz ki, İs­lam alim­ləri hə­mişə in­­san­­la­rın Al­la­hın doğ­ru yo­lun­dan uzaq­laş­­ma­­sın­dan şi­ka­yət et­miş­lər. Əl­bət­tə ki, bu­nun da yer üzə­­rin­də fitnə-fə­sa­­da sə­bəb ola­cağı qa­çıl­­maz­dır.

Al­lah taa­la bu­yur­muş­dur:
َقال الله تعالى:

ظهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ


«İns­anların öz əl­ləri ilə etdikləri (pis əməl­lər, güna­hlar) üzün­dən quruda və suda fəsa­d (pozuntu) əmələ gə­lər (bəzi yerlər­də quraqlıq, qıt­lıq olar, bə­zi­lə­r­ində zə­rərl­i yağışl­ar yağar, zəl­zələ baş verər, dəni­z­lər­də gəmi­lər batar) ki, Allah (bununla) onlara etdik­ləri­nin bir qismini (etdikləri bəzi güna­hların cəza­sını) daddır­sın və bəlkə, onlar (töv­bə edib pis yoldan) qayıt­sınl­ar»4.

Qu­ra­nın bu möv­zu­dakı ayə­lə­rin­dən bə­zi­ləri be­lə­dir:


قال الله تعالى:

و الذين ينقضون عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأض أولئك لهم اللعنة و لهم سؤء الدار

Al­lah taa­la bu­yur­muş­dur:

«Allahla əhd bağladıqdan sonra onu pozan­lar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb-da­ğı­dan­lar, yer üzün­də fitnə-fəsad salanlar isə lənətə dü­çar olacaqlar. Onları axirə­tin pis aqibəti göz­lə­yir»5;
قال الله تعالى:

كلوا واشربوا من رزق الله ولا تعثوا في الأرض مفسدين


Al­lah taa­la bu­yur­muş­dur:

«...Allahın verdiyi ruzidən yeyin-için, amma yer üzün­də öz həddinizi aşaraq fəsad törət­məyin» 6;
قال الله تعالى:

و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمت الله قريب من المحسنين


Al­lah taa­la bu­yur­muş­dur:

«Yer üzü düzəldikdən sonra orada fəsad törət­məyin. Allaha həm qorxu, həm də is­təklə dua edin. Həqiqətən Allahın mər­həməti yaxşılıq edənlərə çox yaxın­dı7.
Fitnə-fə­sad­la, gü­nah­sız in­san­ları öl­dür­­mək­­lə, üs­yan­la və zülm­lə Yer üzün­də mü­vəf­­fə­qiy­yət qa­za­­na­­caq­la­rını zənn edən in­san­lar çox bö­yük bir yan­­lış­lıq için­də­dir. Çün­ki Al­lah həm də ter­ror və aman­­sız­lıq an­la­mına gə­lən hər cür fitnə-fə­sadı, əza­zil­liyi ya­saq­­la­mış, bu əməl­lərə qur­şa­nan­ları lə­nət­­lə­miş və bir ayə­­sin­də də “Al­lah fitnə-fə­sad tö­rə­dən­ləri sev­məz!”8 deyə bu­yur­­muş­dur.
Küfr, fa­siq­lik və asi­lik xeyir-bə­rə­kə­tin və afi­yə­tin yox ol­ma­sına, bə­la­la­rın dü­çar ol­ma­sına sə­bəb ol­muş­­dur:

قال الله تعالى :

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لأزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ 

Al­lah taa­la bu­yur­muş­dur:



«(Ey camaatım!) Yadı­nıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şü­­kür etsəni­z, sizə (olan neməti­mi) artıra­ca­ğam. Yox, əgər nankorluq etsəni­z, (unutmayın ki) Məni­m əza­bım, həqi­qə­tən şiddətl­idir!"»9;
قال الله تعالى :

وَضَرَبَ اللَّهُ مَثَلا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ


Allah taala buyurmuşdur:

«Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şə­hər əmin-amanlıq və arxayın­lıq için­də idi. Lakin (əha­­lisi) Allahın neməti­ni inkar etdi, Allah da həmi­n şə­hərə (sakinlə­r­inin) etdikləri əməl­lərə görə (yeddi il) aclıq və qorxu bəla­sı daddır­dı»10.
An­caq bu gün də dün­ya­nın hər tə­rə­fin­də ter­ror ha­di­sə­ləri və soy­qı­rım­ları ya­şan­maq­da, gü­nah­sız in­san­lar vəh­şi­­cə­­si­­nə öl­dü­rül­mək­də, süni sə­bəb­lər əsa­sın­da bir-biri ilə düş­­mən edi­­lən cə­miy­yət­lər öl­kə­ləri qana bu­laş­dır­maq­­da­dır. Bir-bi­rin­dən çox fərq­li ta­rix­­lərə, mə­də­niy­yət­lərə və ic­timai qu­ru­luş­lara ma­lik olan öl­kə­lər­də mey­dana gə­lən belə qan­lı ha­di­sə­lə­rin hər öl­kə­­də özü­nə­məx­sus sə­bəb­ləri ola bilər. An­caq tam ay­dın olan mə­sələ bu­dur ki, bu vəh­şə­tin əsl sə­bəb­ləri di­­nin in­san­lara gə­tir­diyi sevgi, say­ğı və xoş mü­na­­si­bətə da­ya­­nan gö­zəl əx­laq­dan kə­nar­­dakı nəs­nə­lər­də giz­lə­nir. Din­siz­li­­yin bir nə­ti­­cəsi ola­raq Al­lah qor­xu­suna ma­lik ol­ma­yan və axi­­rət­də he­sab ve­rə­cək­­lə­rinə inan­ma­yan, bu sə­bəb­lə də “ne­­cə olsa kim­səyə he­sab ver­mə­yə­­cə­­yəm” deyə dü­şü­nən, hər cür in­saf­­sız­­lığı, əx­laq­sız­lığı və vic­dan­sız­lığı asan­lıq­la edə bi­­lən küt­lə­lər ya­ran­maq­­da­dır. Al­lah və din adı al­tın­da or­taya çıxan, am­­ma Al­la­hın lə­nət­lə­diyi gü­nah­ları et­mək üçün təş­kil olu­nan ikiüz­lü in­san­la­rın var­lı­ğına Qu­ran­da da işarə edil­­miş­dir. Bir ayədə “Al­laha and içib” pey­ğəm­bəri öl­dür­­mək üçün plan qu­ran “doq­quz ki­şi­lik dəs­tə­dən” belə bəhs olu­nur:

قال الله تعالى:



و كان في المدينة تسعة رهط يفسدون في الأرض و لا يصلحون .و قالوا تقاسموا بالله لنبيتنه و أهله ثم لنقولن لوليه ما شهدنا مهلك أهله وإنا لصادقون. و مكروا مكرا و مكرنا مكرا و هم لا يشعرون
Al­lah taa­la bu­yur­muş­dur:

«Şə­hər­də doq­quz kişi var idi ki, on­lar Yer üzün­də fitnə-fə­sad tö­rə­dər, əsla yax­şı bir iş gör­məz­di­lər. On­lar öz ara­la­rın­da Al­laha and içib belə de­di­lər: “Biz gecə ona və ai­lə­sinə hü­cum edib öl­dü­rə­cək, son­ra da onun qəy­­yu­muna de­­yə­­cə­yik ki, biz on­la­rın (kim­lər tə­rə­fin­dən) öl­dü­­rül­dü­yünü gör­­mə­mi­şik və biz, hə­qi­qə­tən, doğ­ru da­nı­şı­rıq!” On­lar bir hiy­lə qur­du­lar. Biz isə öz­ləri də bil­mə­dən hiy­lə­­lə­ri­nin cə­za­sını ver­dik»11.
Bu ayədə təs­vir olu­nan ha­di­sə­nin də bizə gös­tər­diyi kimi, bəzi in­san­la­rın “Al­la­hın adı al­tın­da” or­taya çıx­ma­ları, hət­ta “Al­laha and iç­mə­ləri”, yəni on­ları çox “din­dar kimi” gös­tərə bi­lə­cək kəl­mə­lər­dən ya­rar­lan­ma­ları o in­san­la­rın heç də dinə uy­ğun olan bir iş gör­dük­lə­rini gös­­tər­mir. Ək­sinə, be­lə­ləri Al­lah ri­za­sına və din əx­la­qına ta­ma­milə zidd olan iş­lər də görə bi­lər­­lər. Bu mə­sə­lədə əsas me­yar on­la­rın gör­düyü iş­lə­rin ma­hiy­yə­ti­nin nə ol­ma­sı­dır. Əgər on­la­rın gör­düyü iş­lər ayədə də bil­di­ril­diyi kimi, “yer üzün­də fitnə-fə­sad tö­rət­mək və əsla yax­şı iş gör­mə­­mək”dirsə, bi­lin ki, o adam­lar hə­qiqi din­­dar ola bil­məz və on­la­rın məq­sədi də dinə xid­­mət et­mək deyil. Qəl­bin­də Al­lah qor­xusu olan və hə­qiqi İs­lam əx­la­qını an­la­yan bir in­sa­nın aman­sız­lıq, fitnə-fə­sad tə­rəf­darı ol­ması və bu tip əməl­lərə qo­şul­ması qə­tiy­­yən müm­kün deyil. Bu sə­bəb­lə də ter­ror prob­­le­­mi­nin hə­qiqi həl­li yolu real İs­lam­dır. Qu­ran­da bil­di­­ri­lən gö­zəl əx­laq dərk edi­lər­sə, in­san­lar düş­mən­­çi­liyi, da­va­kar­lığı və xaos şərai­tini öz­lə­rinə hə­dəf se­çən qrup­lara tə­rəf­dar ol­ma­ya­caq, on­lar­la bir­lik qur­ma­­ya­caq. Çün­ki Al­lah Qu­ran­da in­san­lara fitnə-fə­sad­dan uzaq ol­mağı əmr et­miş­dir:
قال الله تعالى:

وإذا تولى سعى في الأرض ليفسد فيها و يهلك الحرث و النسل و الله لا يحب الفساد, و إذا قيل له اتق الله أخذته العزة بلإثم فحسبه جهنم و لبئس المهاد


Al­lah taa­la bu­yur­muş­dur:

«(O şəxs sən­dən) ay­rı­lan kimi yer üzün­də fitnə-fə­sad tö­rət­məyə, əkini və nəs­li məhv et­məyə ça­lı­şar. Hal­buki Al­lah fitnə-fə­sadı sev­məz! Ona: “Al­lah­dan qorx!” de­yil­diyi za­man lov­ğa­lıq onu gü­nah tö­rət­məyə va­dar edər. Be­lə­sinə cə­hən­nəm ki­fa­yət­dir. Ora nə pis məs­kən­dir!»12.
Bu ayə­lər­dən də başa dü­şül­düyü kimi, Al­lah­dan qor­xan bir in­sa­nın öz döv­lə­tinə, mil­­lə­tinə, ümu­mən bə­şə­­riy­­yətə ən ki­çi­cik də olsa bir zə­rər to­xun­du­ra­caq hər han­sı hə­rə­­kə­­tə göz yum­ma­sın­dan hət­ta söz gedə bil­məz. Al­laha və axi­rət gü­nünə inan­ma­yan bir in­san isə kim­səyə he­sa­bat ver­mə­yə­cə­yini zənn edə­rək hər cür pis­liyi asan­lıq­la edə bilir. Bu gün də da­vam edən bu bö­yük ter­ror bə­la­­sın­dan qur­tul­maq üçün ilk öncə atıl­ması la­zım gə­lən ad­dım din­­siz­­li­yin və din adı al­tın­da or­­ta­­ya atıl­mış səhv an­la­­yış­la­rın maa­rif­çi­lik yolu ilə ara­dan qal­dı­­rıl­ması və in­san­lara Al­lah qor­xu­su­nun və hə­qiqi Qu­ran əx­la­qı­nın aşı­lan­­ma­sı­dır.

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin