Əlindən, dilindən gələrsə əgər,
Öhdəsindən gəlib əlbət şükr edər.
Allahın ne`mətlərini daha yaxşı tanıma yollarından biri də özümüzü bu ne`mətlərdən məhrum şəxslərlə müqayisə etməkdir. Bu yolla başqalarının məhrumluğunu Allahın bizə necə böyük ne`mətlər əta etdiyini anlayarıq. Ne`mətləri düşünmək Allaha qarşı məhəbbət yaranmasına və insanda ümidvarlıq və şükür halı icad olmasına səbəb olur.
İmam Səccad (ə) “Əbu-Həmzə” duasının başqa bir hissəsində ilahi ne`mətləri açıqlayaraq deyir:
“(İlahi) Mən Sənin ərsəyə gətirdiyin yetim bir uşağam, elm əta etdiyin bir nadanam, hidayət etdiyin bir azğınam, izzət və məhəbbət bağışladığın zəlil və rüsvay olmuş bir şəxsəm, arxayın etdiyin bir qorxağam, tox etdiyin bir acam, susuzluğunu yatırdığın bir susuzam, geyindirdiyin bir çılpağam, ehtiyacını ödədiyin bir fəqir və qüdrət verdiyin qüdrətsiz bir şəxsəm, böyük etdiyin bir kiçilmişəm, şəfa verdiyin bir xəstəyəm”.
Bu ne`mətləri düşünmək insanın ne`mət verənə qarşı məhəbbətini artırmaqla yanaşı onun qəlbində ümid yaranmasına səbəb olur. İnsana bir bu qədər ne`mət əta edən Allah onu səbəbsiz olaraq cəhənnəmə salmaq istəmir. O səadət yolunu insanların üzünə açır, lakin bəndələrin tüğyanı və naşükürlüyü Allahın onlarla saleh bəndələr arasında fərq qoymasına səbəb olur. Buna görə də inad edən şəxslərə əzab verir.
b) Allahın eybləri örtməsini düşünmək: Xalqın gözündən uzaqda batdığımız günahlardan camaatın xəbər tutmaması və bizim rüsvay olmamağımız üçün Allah zəmin yaratmışdır. Bu da Allahın ən böyük ne`mətlərindəndir ki, insana qiymət vermişdir. Bə`zən insan xəlvətdə pis bir iş görür, lakin Allah onun günahını örtür və başqa günahlara mane olur. Əks-təqdirdə insan cəmiyyətdə görünə bilməzdi. Beləliklə, imam Səccad (ə) buyurur:
“İlahi, mənə əta etdiyin ne`mətləri və dünyada örtdüyün eyblərimi unutmayacağam”.
Beləliklə, Allahın məhəbbətini əldə edib onun artması və ilahi əfv və rəhmətə ümidvar olmaq üçün ilahi ne`mətləri hər gün düşünüb, onlar barəsində təfəkkür etmək üçün proqram qurmalıyıq. İlahi məhəbbət, qorxu və ümid heç biri öz-özünə yaranmır. Bu şeylərin əldə olunması üçün çalışmaq lazımdır.
Mübarək ramazan ayında bu işlər üçün özümüzü hazırlamasaq, bundan münasib bir vaxt tapmayacağıq. Əgər bu fürsətlərdən faydalanmasaq, bir gün həsrət çəkib, peşiman olacağıq. Bir də ayılıb görəcəyik ki, başqa bir ramazan da ötüb keçdi, lakin günahlarımızdan tövbə etmədik, özümüz üçün yaratdığımız çətinliklərə əlac tapmadıq; canımızda şö`lələnmiş odlara su səpməmişik, xalqın öhdəmizdə olan haqlarını ödəməmişik, qeybətlər, töhmətlər, yalanlar və başqa günahlarımızı təmizləməmişik.
“İlahi! Bu gün dilimlə Sənin şükrünü edə biləcəyəmmi və ya işlərimdə son həddə çalışmaqla Sənin razılığını əldə edəcəyəmmi? Lakin şükrünü əda etmək üçün nə dilimin qüvvəsi var, nə də Sənin sonsuz ne`mətlərinin müqabilində əməllərimin dəyər var?!”
(“Əbu-Həmzə” duasından bir hissə)
Dostları ilə paylaş: |