Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə66/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   62   63   64   65   66   67   68   69   ...   108

ZİKRİN HƏQİQƏTİ


“Zikr”, yə`ni nə? “Zikr” sözü ərəb dilində müxtəlif mə`nalarda işlənir. Bütün bunların kökü bizim dilimizdəki “xatırlatma” sözündəndir. Əlbəttə, bə`zən müəyyən münasibətlə səmavi kitablar və peyğəmbərlərə “zikr” deyilmişdir. Məsələn, Qur`an Tövrat barəsində buyurur:

Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazdıq: “Həqiqətən Mənim saleh bəndələrim yerə varis olacaqlar.”2

Bir çox ayələrdə Qur`anın özü haqqında da “zikr” sözü işlənmişdir:

Şübhəsiz, zikri (Qur`anı) biz nazil etdik biz onu qoruyub saxlayacağıq.”3

Zikr sözünün səmavi kitablara və ya peyğəmbərlərə aid edilməsi onların xalqa Allahı xatırlatması ilə bağlıdır. Xalq bu kitabları oxumaq və peyğəmbərləri görməklə Allahı düşünür. (Ədiblərin sözünə əsasən səbəbiyyət əlaqəsi vardır.)

Beləliklə, zikr sözünün əsas lüğət mə`nası “düşünmə və xatırlamadır”. Kimisə və ya nəyisə düşünmək bə`zən yalnız qəlbə aid olur. Bə`zən isə zikr qəlbdən əlavə dildə də özünü göstərir. Siz “filan dostumu xatırladım”, “filan hadisə və ya xatirə yadıma düşdü” dedikdə bu xatırlama sizin zehninizə çatmış qəlbi bir iş sayılır. Xatırlama, yad etmə əslində qəlbə aid işdir. Amma o qəlbdən dilə də keçir. Öz dostunuza deyirsiniz: “Sizin xeyir zikriniz oldu”. (Sizin haqqınızda xoş söz deyildi.) Yə`ni qəlbdə düşünməkdən əlavə dildə də onun adı çəkildi. Dil zikri qəlbi düşüncədən doğur. İnsanın zehni hansısa bir işi düşünməzsə, dil bu iş haqqında bir söz deyə bilməz. Buna görə də dil zikri zikrin həqiqəti olan qəlbi düşüncədən danışır. Burada işarə etmək yaxşı olar ki, adi işlərdə həmişə dil zikri qəlbi düşüncə ilə yanaşı olur. Amma çox təəssüf ki, ilahi zikrə gəldikdə, adətən, bizim zikrlərimiz qəlbin iştirakı ilə yanaşı olmur. Bə`zən namaz qılırıq, Qur`an oxuyuruq, lakin öz zehn və düşüncəmizdə qətiyyən Allahı xatırlamırıq. Lakin namazın fəlsəfə və həqiqəti Allahı düşünməkdən savay bir şey deyil. Hətta dua edib Allahdan bir şey istədiyimiz zaman da onu düşünmürük. Bir çoxlarımız namaz qıldığımız zaman bizə bəsirət gözü ilə baxan olsa, qadın, övlad, iş-güc, ev, maşın və məqam kimi bir yığın arzular görər. Biz bu xəyallardan ibarət bir toplumuq. Tamamilə olmayan yeganə şey Allahı düşünməyimizdir.

Lakin zikrin həqiqəti həmin qəlbi düşüncədir. Qur`an buyurur: “Rəbbini qəlbində, ahəstə, yalvararaq və aramcasına yad et.”1

Allahı düşünmək üçün fəryad çəkməyə ehtiyac yoxdur. İnsanın haray çəkərək Allahın adını dilə gətirməsi yaxşı deyil. Bu ayə bizə göstəriş verir ki, Allahın zikri zümzümə ilə və dodaq altında olmalıdır. Əlbəttə, Allahın zikri şüar şəklində olduqda (məsələn azan, təkbir və ya döyüş meydanlarında) ucadan olmalıdır ki, məqsədə çatmaq olsun.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin