Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1,31 Mb.
səhifə27/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Uşaq və axtarışlar


İnsan daim axtarışda olan bir varlıqdır. O, daim sə’y göstərir ki, cəhalətdən qurtulub, öz mə’lumatlarını artırsın. İnsan, xüsusi ilə də uşaq cəhalətdən əzab çəkir. Ona görə də həqiqətlərlə tanış olmaqdan ötrü ata-anasına, müəllimlərə və ətrafdakılara suallar verir. Çünki o öz iste’dadını, hünərini nümayiş etdirmək arzusundadır.

Uşağın ətrafındakılar onun suallarına cavab verməli, iste’dadlarının inkişafı üçün şərait yaratmalıdırlar. Onun suallarından yorulub, danlamaq olmaz. Əksinə, sə’y göstərib səbr və dözümlə uşağa sadə bir dildə, məntiqi cavablar vermək lazımdır. Yayınmaqdan, səhv cavablardan ehtiyatlı olmaq lazımdır. Əgər cavab tapılmırsa, bu e’tiraf olunmalıdır. Yalnış cavablar uşağın zehnini korlaya bilər. Onların iste’dad və bacarığını inkişaf etdirmək üçün onlara özünü nümayiş etdirməyə şərait yaradılmalıdır.

Ata və anaya, tərbiyəçilərə vacibdir ki, müsabiqələrlə, rəqabət yolu ilə uşaqları həvəsləndirsinlər. Sağlamlıq üçün idman növləri faydalıdır. Əl işləri iste’dadı artırır. Üzgüçlük, at çapmaq, atıcılıq, müsabiqələr iste’dadı üzə çıxarıb, fiziki və mə’nəvi sağlamlığı tə’min edir.

Ona görə də valideynlər bu məsələlərə e’tinasız yanaşmamalıdırlar. Öz qüvvələri daxilində övladlarının bacarığının artmasına sə’y göstərməlidirlər.

Dini əsərlərdə sağlamlıq üçün faydalı, eləcə də, insana nicat verən üzgüçülüyün tə’liminə lazımi diqqət yetirilib. Övladlarınıza müdafiə vasitəsi olan atıcılığı öyrədin. Həzrət Peyğəmbər (s) buyurur ki, övladlarınıza üzgüçülük və atıcılıq öyrədin.1

Əlbəttə ki, elə bu iki növlə kifayətlənmək olmaz. Hər dövrün özünə uyğun idman növləri vardır. Amma yuxarıda zikr olunmuş həmin iki növ bütün dövrlər üçün aktualdır.

Demək, dini tərbiyə üsullarından biri istəklərə diqqət, suallara cavab verilməsi və iste’dadların ikişafı üçün şərait yaradılmasıdır. Cəmiyyət, xüsusilə də ata və ana bu məs’uliyyətlərini unutmamalıdırlar.

Ötən ən’ənələri gənclərə qəbul etdirməmək


Bütün hadisələr kimi cəmiyyət də daim dəyişikliklərə mə’ruzdur. Adət-ən’ənələr, münasibətlər, mədəniyyətlər, sənət, texnika daim hərəkətdədirlər. Bu dəyişiklər sür’ətlə həyata keçir. Təqribən otuz ildən bir nəsil dəyişiklikləri ilə yanaşı adət-ən’ənələr, ictimai münasibətlər də sür’ətlə dəyişir. Növbəti nəsildən əvvəlki nəslin mədəniyyətini gözləmək olmaz və bu mədəniyyət yeni nəslə zorla qəbul etdirilməməlidir. Ona görə də ata-ana övladlarından öz uşaqlıq dövrələrinin adət-ən’ənəsini gözləməməlidir. Çünki artıq bir nəsil dəyişilmiş və yeni mühit yaranmışdır.

Gözləmək olmaz ki, övladlar valideynlər kimi geyinsin, onlar kimi bəzənsin, onlarla eyni ictimai münsibətdə olsunlar. Hər kəsin öz səliqəsi vardır. Valideynlər və tərbiyəçilər diqqətli olmalıdırlar ki, keçmişin mədəniyyətini gənclərə zorla qəbul etdirmək olmaz.

Bu məsələdə sübuta ehtiyac olmasa da, Əlidən (ə) bir rəvayətə müraciət edirik: «Ataların adət-ən’ənəsini övladlara qəbul etdirməyin. Çünki onlar sizinkindən fərqli bir dövr üçün yaradılmışdır.

Din tə’limi


Dinin öyrədilməsi diqqətediləsi tərbiyə məs’uliyyətlərindəndir. Əvvəlki hissələrdə deyildi ki, anadan olan uşağın sağ qulağına azan, sol qulağına iqamə deyilsin. Bu uşağı səthi də olsa, ilahi maariflə tanış etmək, qəlbində Allah eşqini cücərtmək üçündür.

Bu qayda uşağın inkişaf mərhələlərinə uyğun olaraq davam etməlidir. İnsan fiziki və mə’nəvi cəhətdən inkişaf etdikcə pillə-pillə ilahi hökmlərlə tanış olmalıdır. İmam Sadiqdən (ə) belə nəql olunur: «Uşaq üç yaşına çatdıqda ilahi maariflə tanış etdirilməlidir. Dörd yaşa yaxınlaşanda peyğəmbərlik maarifi ilə tanış olmalı, beş yaşa çatanda sağ əli soldan ayıra biləndə üzü qibləyə dayanıb səcdə etməli, altı yaşda namaz qılıb, rüku səcdəni yerinə yetirməlidir. Yeddi yaşa çatmış uşağa dəstəmazın zi qaydaları öyrədiləməli, xülasə, doqquz yaşda dəstəmaz namaz tam lim olunmalıdır».1

Diqqət edirsinizmi ki, rəvayətdə dinin öyrədilməsinə necə əhəmiyyət verilir? əlbəttə ki, bu iş ehtiyatla, tədricən, uşağı dindən soyutmadan həyata keçməlidir. Həvəsləndirməklə, asta-asta dini məfhumlar anladılmalıdır.

Digər bir rəvayətə görə yeddi il oyun, yeddi il Qur’an öyrədilməsi, yeddi il də halal və haramın tanıtdırılmasıdır.1

Əlbəttə, rəvayət bu işdə vaxt qoymur, sadəcə işin tədricliyini nəzərə çatdırır. Məsələn, ilk yeddi ildə mümkündür ki, uşaq oynamaqla yanaşı dini biliklərə də yiyələnsin. İkinci yeddi ildə Qur’anı üzünə oxumaqla yanaşı dini elmlərdən də faydalanmaq olar. Qısası bu prosesin tədricən, pillə-pillə inkişafı nəzərdə tutulur.

Belə ki, Peyğəmbərdən (s) bir rəvayətdə buyurulur: «Övladını öpən şəxsə bir savab yazılar, övladını sevindirən şəxsi Allah-təala qiyamət günü sevindirər, övladına Quran öyrədən şəxsin qiyamətdə ata-anası çağırılar, onlara elə libaslar hədiyyə olunar ki, behişt əhlinin çöhrəsi işıqlanar».2

Başqa bir rəvayətə görə Peyğəmbər (s) buyurub ki, övladlarınızı yeddi yaşında ikən namaza vadar edin.3

Bu nöqtə həzrət Fatimənin (s) həyatından xatırlanılır ki, həzrət (s) öz övladlarının tərbiyəsində onların dini elmlərlə tanış olmasına nə qədər əhəmiyyət verib, hətta Qədr gecəsi uşaqları sübhədək oyaq saxlamağa çalışırdı.

Uşaqlara və gənclərə din öyrədilməsi olduqca əhəmiyyətlidir. İlahi maarifi hamıdan asan onlar qəbul edirlər. Ona görə də bu nəsil üçün büdrəmə qorxusu çoxdur. Bunun qarşısını almaq üçün tə’kid olunub ki, öz uşaqlarınıza və gənclərinizə sahib olun, nə qədər ki, azğınlar onların sorağına gəlməyib.1 Bunun səbəbini imam Əli (ə) belə bəyan edib: «Uşağın cavanın qəlbi boş torpaq kimidir».2

Boş torpağı dirildən onun sahibidir. Çalışın ki, uşaqlarınızın qəlbini dini elmlərlə dirildin, onların iman nurunu və fitrətini çiçəkləndirin. Belə olsa, günahdan qorunar, azğınların toruna düşməz.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin