Çoxarvadlılıq bir qadına malik olmaqdan nicat tapmaq amilidir
İslami Şərqdə çoxarvadlılığın bir zövcəyə sahib olmaqdan nicat tapmaqda ən mühüm amili olduğunu söyləsəm, bundan təəccüblənəcəksiniz. Bəli, çoxarvadlılığa icazə verilməsi bir qadına sahib olmaqdan yaxa qurtarmaq üçün ən böyük amil hesab edilmişdir. Bu mənada ki, əgər çoxlu sayda qadınlarla evlənməyə zəruri şərait yaransa və evlənmək istəyən qadınlar sayca kişilərdən çox olduğu zamanlarda həmin qadınların evlənmək haqqı rəsmi şəkildə tanınmasa və kişilər əxlaqi, maddi və cismi baxımdan, qüdrətə malik olsalar, çoxarvadlılığa icazənin verilməməsi nəticəsində məşuqə və rəfiqəbazlıq bir qadına sahib olmağın kökünü kəsəcək.
İslami Şərqdə çoxarvadlılığa baxmayaraq, bütün bunlar azğınlıq və inhiraf üçün hazırlıq və mühərrikə çevrilməmişdir. Eyni zamanda, bir zövcəyə sahib olmaq bütün ailələrə hakim olmuş və kişilərin məşuqəbazlığı hələ qərblilərin onun üçün yavaş-yafaş fəlsəfə yaratması və “kişi təbii cəhətdən çoxlu sayda zövcəyə sahib olmağa meyillidir və bir qadına malik olmaq isə dünyadakı qadağalardan hesab olunur” - deməsinə gətirib çıxaracaq bir həddə yetişməmişdi.
Sizin “bu alimlərin əqidəsinə - kişinin təbii qanunlara
səh:324
baxımından, çoxarvadlılığa meyilli və ictimai qanunlar cəhətindən isə çox arvadlılığın qadağan olunması - əsasən, kişinin bu iki qanunla bağlı vəzifəsi nədir?” kimi bir sual verməyiniz mümkündür.
Kişinin vəzifəsi bu cür düşünənlərin məktəbində aydındır, yəni kişi qanunda bir zövcəyə, əməldə isə bir neçə qadına malik olmalıdır. Birdən artıq qanuni və rəsmi zövcəyə malik ola bilməz, amma ürəyi isdədiyi qədər məşuqəsi olsa, eyib etməz. Onların əqidəsinə görə, rəfiqəbazlıq və məşuqəni olması kişinin şəri və qanuni olan təbii haqqıdır və həmçinin, kişinin ömrünün sonuna qədər bir qadınla kifayətlənməsi bir növ, namərdlikdir.
Bәhsimizin hәqiqi siması
Möhtərəm oxucunun bəşərin çoxlu zövcəyə malik olması məsələsi barəsində bəhs edilmiş və edilməkdə olan mövzunun nə olduğunu dərk etməsi üçün artıq vaxtın yetişdiyini güman edirəm. Məsələ bir zövcəyə, yoxsa, çoxlu sayda zövcəyə sahib olmanın yaxşı olub-olmamasında deyil. Bir zövcəyə sahib olmağın daha yaxşı olmasında heç bir şübhəmiz yoxdur. Bir arvadlıq, yəni ailəyə məxsusluq və zövcələrdən hər birinin ruh və cismi baxımdan bir-birinə aid olması. Evlilik həyatının ruhunu tək zövcəyə malik olmağın təşkil etdiyi və zövcələrin bir-birinə nisbətdə məxsusluğunun daha kamil şəkildə hiss edildiyi aydın və məlum məsələdir.
İki yol ayrıcında qalmış bəşərin məqsədi bir zövcəni, yoxsa, bir neçə zövcəni seçmək deyil. Bu cahətdən, bəşər üçün bəyan edilən məsələ ictimai zərurətlər, xüsusən, evliliyə ehtiyaclı və hazır qadınların nisbi sayının kişilərdən çox olması nəticəsində bir zövcəyə sahib olmağın əməldə xətər və təhlükə ilə üz-üzə gəlməsidir. Mütləq şəkildə bir zövcəyə sahib olmaq məsələsinin bütün ailələrə şamil olması məsələsi əfsanədən başqa, bir şey deyil. Qarşıda iki yoldan birini seçmək lazımdır:
Ya zövcələrin sayca çoxluğunun rəsmi olaraq tanınması, ya da məşuqəbazlığın yayılması məsələsi. Başqa bir ifadə ilə desək, evli kişilərdən bir qisminin bi neçə zövcəyə malik olması
səh:325
vasitəsi ilə - bu, hökmən, kişilərin on faizdən artığını təşkil etməyəcək - ərsiz qadınların ər və ev-eşik sahibi olmasına və ya məşuqəbazlığa geri dönməyə səbəb olacaq. Çünki ikinci halda, hər bir məşuqə bir neçə kişi ilə irtibat və münasibətdə ola biləcəyi səbəbi ilə evli kişilər haradasa, çoxarvadlı olacaqdır.
Bəli, bu, bir neçə zövcəyə sahib olmaq məsələsinin həqiqi simasının bəyan edilməsidir. Amma Qərb üslubunun təbliğatçıları onun həqiqi siması barədə danışmağa hazır deyillər və məsələnin həqiqətini də demək istəmirlər. Onlar açıq-qşkar məşuqəbazlığı müdafiə edərək qanuni zövcəyə sahib olmağı kişinin əl-qolunun bağlanması və ona bir maneə hesab edirlər. Onlar bir zövcənin belə çox olduğunu düşünürlər, qaldı ki, bir neçə zövcəyə sahib olmağı dəstəkləyələr. Belə şəxslər ləzzəti izdivac şərtləri ilə məhdudlaşmayan azad münasibətlərdə axtarır, amma öz danışıq və söhbətlərində özlərini sadəlövh insanlara bir zövcəyə malik olmağı dəstəkləyən kimi göstərirlər. Məsumcasına kişinin vəfasız olmasının deyil, onun bir zövcəyə sahib olaraq qadına sadiq və vəfalı qalmasının tərəfdarı olduğunu vurğulayırlar.
İyirminci әsrdәki kişilәrin hiylәlәri
İyirminci əsrin kişiləri ailə hüquqlarına aid olan əksər məsələləri aradan qaldıra və azadlıq və bərabərlik kimi qəşəng adalarla qadınları qəflət yuxusunda yatızdıra, onlara vermiş olduğu vədələri yerinə yetirməkdən yayına və öz istəklərinin ardınca gedərək onu daha da artıra bilmişdir. Amma bu arada çoxarvadlılıq məsələsi kimi hansısa bir məsələ bu qədər gündəmdə olmamış və müvəffəqiyyət əldə etməmişdir.
Mən həqiqətən də, bəzi İran yazıçılarının əsərlərini gördüyüm zaman, onların sadəlövh, yoxsa, qafil olduğunu başa düşə bilməkdə şəkk edirəm. Həmin yazıçılardan biri çoxarvadlılıq barədə öz nəzərlərini bu şəkildə ifadə edir: “Hal-hazırda inkişaf etmiş ölkələrdə ər və arvadın münasibətləri qarşılıqlı hüquq və vəzifələrə söykənir və qadınlar tərəfindən coxarvadlılığı onun istənilən forma və şəkli ilə (daimi və müvəqqəti) qəbul etmək və hansısa bir qadın rəqibi ilə ərini paylaşmaq çox çətin bir məsələdir.”
səh:326
Mən bu məsələ ilə bağlı həmin şəxslərin həqiqətdə, belə təsəvvürə malik olduğunu, yoxsa, özlərini qəflətə vurduqlarını başa düşə bilmirəm. Görəsən, onlar doğrudan da, çoxarvadlılıq ilə əlaqədar olan məsələnin cəmiyyətdən qaynaqlan bir problem və çətinlik olduğunu və onun bütün evli kişi və qadınlar üzərində məsuliyyət və vəzifə əmələ gətirdiyini, eyni zamanda, həmin problemin həlli üçün çoxarvadlılıqdan daha yaxşı bir həll yolu olmadığını anlayaraq başa düşmürlərmi?
Onlar bir-birinin üzünə gözlərini döyərək və “yaşasın təkarvadlılıq və çoxaravadlılığa ölüm” şüarlarını verməklə bu problemi həll etməyin mümkün olmadığını anlamırlarmı? Həmçinin, çoxarvadlılığın kişilərin deyil, qadınların hüquqları olduğunu və bu məsələnin kişi və qadının qarşılıqlı hüquqları ilə heç bir rabitəsinin olmadığını bilmirlərmi?
Məsxərə ediləsi məsələ belə şəxslərin “Qadınlar üçün çoxarvadlılığı qəbul etmək sanki hansısa bir qadın rəqiblə ərlərini paylaşmaq kimi çətindir” - kimi sözlər deməsidir. Bunun yanlış bir müqayisə olduğunu bir kənara qoyaq. Ola bilsin ki, onlar bugünkü dünyanın - həmin kəslər bu zəminədə meydana çıxan hər bir yeniliyi cəzb edir və onların düz və yalnışlığı barədə heç bir tərəddüdə yol vermirlər - daimi olaraq kişidən öz qadınına qarşı məhəbbət və ehtiram göstərməsini və onların həyatında rəqiblərin olmasına da qadınların səbr və dözüm nişan verməsini tələb etdiyini unudurlar. Hazırkı dünya bu çəkilməz yükləri “həsəd”, “təəssüb” və “fanatizm” və s. kimi adlar ilə məhkum edir. Kaş ki, bizim cavanlarımız azacıq belə olsa, Qərbdə baş verən cərəyan və hadisələrin həqiqətindən agah ola biləydilər!
Çoxarvadlılığın kişinin təbiətindən deyil, ictimai problemlərdən qaynaqlandığı məlum və aydın oldu.
Cəmiyyətdə evliliyə hazır və qabiliyyətli qadınların nisbi sayının kişilərdən üstünlük təşkil etməsi məsələsinin mövcud olmadığı təqdirdə, çoxarvadlılığın aradan qalxacağı və ya həddən artıq az olacağı məlum bir məsələdir. Əgər belə bir şəraitdə (onun mövcud olduğunu fərz edərək) qadınların ərsiz qalmamasını istəsək, zövcələrin sayca çoxluğu məsələsi nə kifayətdir, nə də səhih.
səh:327
Bu baxımdan, digər bir neçə şey də gərəkli və zəruridir: Birincisi, evlənməyə ehtiyaclı olan kişilərin ailə qura bilməsi üçün münasib bir iş və kifayət qədər gəlirin, eyni zamanda, ictimai ədalətin olması. İkincisi, qadının öz atası, qardaşı və ya digər şəxslər tərəfindən evli olan hansısa bir pullu kişi ilə evləndirilməsi və onun nikahına keçirilməsinə məcbur edilməməsi və qadının ixtiyar və iradəyə malik olması. Aydın məsələlədir ki, qadın ixtiyar sahibi və kifayət qədər azadlığa malik olarsa, onun subay bir kişi ilə evlənməsi mümkün olduğu təqdirdə, heç vaxt evli və pullu bir kişi ilə evlənərək günü getməsinə razı olmaz.
Qadınların qəyyumları, ata və qardaşları pul və tamah səbəbi ilə qız və bacılarını varlı və evli kişilərlə evlənməyə məcbur edir və onları pula satırlar. Üçüncüsü, ailələrin dağılmasına səbəb olan təhrik edici və azğınlıq yaradan amillər o qədər də çox olmamalıdır. Azğınlıq və inhiraf yaradan amillər evli qadınları öz ərlərinin evindən kənarlaşdıraraq onların yad kişilərin evinə daxil olmasına səbəb olduğu halda, qaldı ki, dul qadınları yoldan azdırmasın.
Əgər cəmiyyət islahatlar aparmaq və həqiqətən də, təkarvadlılıqdan nicat tapmaq istəyirsə, sadaladığımız üç amili nəzərə almalı və bu sahədə təlaş etməlidir. Yoxsa, çoxarvadlılıq qanununun qadağan edilməsinin fahişəliyin yayılmasından başqa, heç bir təsiri olmayacaqdır.
Dostları ilə paylaş: |