İsmayil əLİyev


Əxlaqi davranış isə bu və ya digər şəraitdə insanın özünü necə aparması ilə əlaqədar anlayışdır



Yüklə 1,12 Mb.
səhifə41/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   110
Əxlaqi davranış isə bu və ya digər şəraitdə insanın özünü necə aparması ilə əlaqədar anlayışdır. Onun formalaş­masında əxlaqi hislər ilə yanaşı, əxlaqi şüur, inam, əqidə və adətlər də mühüm rol oynayır.

Əxlaqi şüurun və əqidənin formalaşmasının vasitələri çox müxtəlifdir və onlar barəsində əsərin sonrakı fəslində müfəssəl danışılacaqdır.

Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullara isə bunları aid etmək olar.


  1. Öyüd-nəsihət

  2. İzahetmə-başasalma

  3. Məsləhət

  4. Tövsiyyə

  5. Vəsiyyət

  6. Göstəriş

  7. Dilə tutma və s.

Həmin üsulların izahına keçməzdən əvvəl bir məsələnin üzərində də dayanmaq lazımdır.

Müasir elmi pedaqogikada əxlaqi şüurun və əqidənin formalaşmasının əhəmiyyətindən nəzəri baxımdan danışılsa da bilavasitə tərbiyə prosesində bu üsullardan istifadə çox zəifdir. Müəllim və tərbiyəçilər, bəzən hətta valideynlər də adətən, tərbiyəvi təsirlər üçün stimullaşdırıcı metodlardan istifadəyə üstünlük verirlər. Yəni tərbiyə işində müvəffəq olmaq üçün daha çox cəzalandırma və rəğbətləndirmə üsullarından istifadə edirlər.

Yadda saxlanılmalıdır ki, rəğbətləndirmə və cəza, əksər hallarda, müəyyən əxlaqi hərəkətin, tərbiyəvi tədbirin konkret bir hal üçün həyata keçirilməsindən ötrü tətbiq edilir. Hər hansı hərəkəti yalnız cəzalandırma, yaxud rəğbətləndirmə tədbirinin bilavasitə təsiri nəticəsində yerinə yetirən uşaq həmin hərəkəti yerinə yetirməyə niyə icazə verilib-verilmədiyinin əsl mahiyyətini dərk etmədiyindən gələcəkdə oxşar situasiyada yenə ona nəzarət zəruri olur. Yəni uşaq hər dəfə rəğbətləndirmə və ya cəza gözləyir.

Eyni davranış hadisəsi barədə uşaqda əxlaqi şüur formalaş­dıqda isə, mahiyyət dərk olunduğundan həmin hərəkətin icrasına artıq tərbiyəçi tərəfindən xüsusi nəzarət tələb olunmur. Uşaq həmin tələbə yerinə yetirməyə borclu olduğu bir şey kimi baxır.

Məhz halı sınaqlardan keçirən müdrik xalq pedaqogikasında tərbiyə üsulları içərisində aparıcı yer əxlaqi şüurun və əqidənin formalaşmasına verilir. Bu üsullardan bəzinə nəzər salaq:

Öyüd-nəsihət. Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar içərisində ən geniş yayılmış üsullardan biridir. Əslində üsulun adı «öyüd vermək» anlayışından götürülüb. Xalq arasında bəzən «öyüd» sözü «tərbiyə» anlayışının sinonimi kimi çıxış edir. «Yaxşı öyüd görüb», «öyüd verəni halal adamdı» ifadələri də buna dəlalət edir. Digər baxımdan, «öyüd» əsl türk sözü olub, ərəbcədən alınmış «nəsihət» sözünə nisbətən aid olduğu məfhumu daha dəqiq ifadə edir.

Alğıl öyüt mindin oğul, ərdəm tilə



Boyda uluq bilge bolup bilging ülə


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin