İsmayil əLİyev


«Ustadnamə» - ustadın, dünyagörmüş, təcrübəli, müdrik adamın öyüd-nəsihətidir



Yüklə 1,12 Mb.
səhifə43/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   110
«Ustadnamə» - ustadın, dünyagörmüş, təcrübəli, müdrik adamın öyüd-nəsihətidir. Onlar sırf pedaqoji xarakter daşıyır və davranış, dostluq, yoldaşlıq, təhsil, tərbiyə, ailə, əmək və s. məsələlər haqqında qiymətli keyfiyyətlər aşılayır:
Salam verib bir məclisə varanda,

Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.

Dindirəndə kəlmə-kəlmə cavab ver,

Görən desin: bərəkallah, yaxşıdır.
Özündən böyüyün saxla yolunu,

Düşən yerdə soruş ərzi-halını.

Amanat-amanat qonşu malını

Qonşu yox, istəyən özü var olmaz.
Yadın oğlu yağlı aşa mehmandı,

Dar günündə baxarsan ki, usandı.

Düşən günü duşman elə düşmandı,

Yüz il keçsə, qohum səndən yad olmaz.
Bu cür öyüdün tərbiyə üsulu kimi üstünlüyü ondadır ki, hadisənin mahiyyətini tərbiyə olunana dərk etdirir. Müəyyən hərəkəti edib-etməməyin niyə zəruri olduğunun səbəbi açıqlanır. Məsələn bizim misalda üçüncü bənddə qohuma niyə isti, səmimi münasibət göstərməyin zəruriliyi açıqlanır. Məlumdur ki, azərbaycanlılarda qohumluq əlaqələri möhkəm qorunub saxlanılır. Burada da yadların, sənnən qohumluq əlaqəsi olmayan adamların ancaq yaxşı gündə ətrafında olacağına, «yağlı aşın qonaqlığına» toplanacağına, sən dar günə düşən kimi isə qoyub qaçacağına işarət olunur.

Bu ustadnamədə verilən digər öyüd isə əslində bütün azərbaycanlıların «qulağında sırğa olub» qalmalı idi: «Düşən günü düşman elə düşmandı». Yəni gənc nəslə öyrədilir ki, düşmən fürsət düşən kimi düşmənliyini edəcək, qohum isə yüz il keçsə də yenə sənə düşmənlik etməz. Düşmənini tanımalı, ona qarşı sər­vaxt olmalısan. («İsti ocağımızın» kənarında soyuqdan donma­maları üçün yer verdiyimiz, halal çörəyimizə qonaq etdiyimiz düşmənlərimizin fürsət düşən kimi «düşmənçilik etdik­lərinin» canlı şahidləriyik). Qohum-əqrabaya isə həmişə diqqətli olmalı, onlarla möhkəm əlaqədə olmalısan.

Bir az əvvəl deyildiyi kimi, ustadnamələr gündəlik həyatda az işlənən öyüd vasitəsidir. Xalq arasında öyüd-nəsihət daha çox fərdi münasibətlərdə, birbaşa, üz-üzə ünsiyyətdə verilirdi:
Ərzurumun bazarına çatanda

Məqamda düşməni atmağın gərək.

Gördün ki, mətləbin başa varmadı,

Ərəb at yalına yatmağın gərək.
Fərdi şəkildə verilən öyüd-nəsihət insanın gündəlik həyatının bütün sahələrini əhatə edir. Əxlaqi, estetik, fiziki, əmək və s. tərbiyəvi keyfiyyətlər ən əvvəl xalq içərisində öyüd-nəsihətlərlə formalaşır. Məsələn,


  • elm və ağıl dövlətdən yüksəkdir; dövləti xərclədikcə azalır, elmi xərclədikcə artır. Ona görə də elmli və ağıllı olmağa çalış;

  • ağlını biliklə zənginləşdir, biliksiz ağıl paltarsız bədən kimidir;

  • öz biliyinə qürrələnmə, həmişə öyrənməyə çalış, nə qədər bilikli olsan da özünü bilməyən hesab et;

  • ağsaqqala, ağbirçəyə, səndən yaşlılara hörmət et, sən də qocalanda əvəzin görəsən;

  • sənə hörmət edənin qədrini bil;

  • iki şey ağıla xilafdır: danışmaq lazım olan yerdə susmaq, susmaq lazım olanda danışmaq; hər sözü lazım gələndə danışsan yaxşıdır;

  • çox bilən az danışar, az bildiyin halda çox danışma;

  • həmişə yaxşılarla yoldaş ol;

  • gizli və tamahkar adamla dostluq etmə;

  • yıxılanın əlindən yapış, qaldır;

  • zarafat dostluğu pozar, şit zarafatdan qaç;

  • əməyi itirmə, əməyi ancaq nadanlar itirər;

  • halal ye, malına haram qatma, haram mal bərəkətsiz olar;

  • nadanla öcəşmə; onu başa sala bilməzsən, ətrafdakılar səni də o səviyyədə hesab edər;

  • sözgəzdirən adamdan uzaq ol; şər onlardan doğur;

  • sağlamlığına fikir ver, bədəni sağlam olmayan heç bir əmələ yaramaz;

  • hər işi vaxtında gör, çünki hər zamanın bir hökmü var... və s.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin