İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə52/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   110
Bəxşiş və mükafat. Xalq arasında xüsusi nəzarət və ehtiyatla istifadə olunan rəğbətləndirmə üsullarıdır. Bəxşiş, rəğbətləndirmənin maddi şeylə ifadə olunmasına əsaslanır. Bəxşiş, adətən, müəyyən əlamətdar hadisə və günlərlə bağlı, yaxud valideynlər səfərdən qayıdan zaman, bir yerə qonaq gedəndə istifadə olunur. Bəxşişin tərbiyə üsulu olması üçün onun təqdim edilməsi düzgün təşkil edilməlidir. Uşaq təkcə uşaq olduğu üçün deyil, məhz «yaxşı uşaq» olduğu üçün düzgün davranışı və rəftarı üçün müəyyən bəxşişə layiq olduğunu anladığında müsbət davranışını davam etdirir.

Mükafat da uşağı nəcib hərəkətə, ləyaqətli davranışa sövq edən stimullaşdırıcı üsullardandır. Bəzən deyirlər ki, mükafatlandırma əxlaqi hərəkətin nəyinsə xatirinə baş verməsinə səbəb olur. Lakin haqq edilmiş, qazanılmış mükafat həmişə qüdrətli tərbiyə üsulu olubdur.

Mükafat maddi və mənəvi ola bilir. Xalq pedaqogikasında mənəvi mükafatın qazanılmasına yönəldilmiş tərbiyəvi səylərə daha çox fikir verilir. Məsələn, el-obanın, xalqın, millətin, vətənin, xüsusilə ata-ananın hüsnü-rəğbətini qazanmaq bu dünyada ən böyük mənəvi mükafat sayılır. İslam dininə görə isə bir insanın ən böyük mükafatı Allah yanındadır. Ona görə də insanın bütün fəaliyyəti Allahın razılığını qazanmaqdır.

Rəğbətləndirmə üsulları içərisində mükafatlandırmaya çox yaxın üsullardan biri də insanın hərəkət və davranışlarını bəyənmə – təqdiretməkdir. Bu üsula örnək olaraq «Kitabi-Dədə Qorqud»dan bir misala diqqət edək:



«Oğuz bəyləri gəlib oğlanın üstünə yığnaq oldular. Dədəm Qorqud gəlsin, bu oğlana ad qoysun, alıb babasına varsın. Babasından oğlana bəylik istəsin, taxt alıb versinlər – dedilər. Dədə Qorqud oğlanı alıb başına vardı. Dədə Qorqud babasına söyləmiş:
- Hey Dirsə Xan,

Oğluna bəylik vergil,

Taxt vergil – ərdəmlidir!

Boynu uzun bədöy at verdil

Minər olsun – hünərlidir!...

Altun başlu ban ev vergil bu oğlana

Kölgə olsun – ərdəmlidir!...
Bayandır xanın ağ meydanında bu oğlan cəng etmişdir. Bir buğa öldürmüş. Sənin oğlun adı Buğac (Xan) olsun. Adını mən verdim, yaşını Allah versin (3, 31).
3.3.2. Cəzalandırma üsulları
Azərbaycan xalq pedaqogikasında cəzalandırma üsulların­dan da geniş istifadə olunmuşdur. Cəzalandırma davranışın, əxlaqi hərəkətin mənfi qiymətləndirilməsi və bu yolla da həmin hərəkətin təkrar olunmasının qarşısını almaq üçün istifadə olunan tərbiyə üsulludur.

Cəzalandırma üsulları müxtəlifdir:



  • xəbərdarlıq;

  • məzəmmət etmə;

  • danlaq;

  • qadağan etmə;

  • hədə-qorxu (hərbə-zorba);

  • irad tutmaq;

  • cırnatmaq;

  • tənə vurmaq;

  • məhrum etmək;

  • küsmək (danışdırmamaq);

  • döymək və s.

Cəzalandırmanın yuxarıda göstərilən üsullarının bir çoxundan xalq arasında, hətta elmi pedaqogikada bu gün də istifadə edilməkdədir. Xalq pedaqogikasında istifadə olunub, elmi pedaqogikada müxtəlif mübahisələr doğuran iki üsul barədə isə ayrıca danışmaq lazımdır.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin