İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə60/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   110
Ac nə yeməz, tox nə deməz.

«Divanü-lüğat-it-türk»ün Türkiyə türkcəsinə tərcüməsində Seçkin Erdi və Sərab Tüğba Yurteser tərəfindən bu atalar sözünün izahı belə verilib: - Bu, ac önünə qoyulan yeməyə «xeyr» deməz, hamısını yeyər, ancaq tox tərəfindən həqir görülür» anlamına gəlir.

Ramiz Əskərin tərcüməsində: «aca nə versən, hamısını yeyib qurtarar, tox aca nələr deməz!» (15, 146).

Ac əlbəttə, əlinə yeyilə bilən nə düşsə yeyər. Bəzən adi halda heç kimin yeməyəcəyi bir şeyi də yeyər, bəzən yeyiləcək olmayan şeyləri də yeməyə çalışar. Ac adam yeməyin növünə, dadına, iyinə, nədən və necə hazırlandığına baxmaz, «önünə qoyulan yeməyə «xeyr» deməz, «nə versən» hamısını yeyər».

Amma bu atalar sözünü təkcə yemək «acı» üçün deyil, istənilən digər bir şeyə tamarzı olan adam üçün də işlətmək olur: məsələn: sevgi «acı», mərhəmət «acı», yaxşılıq «acı», elm «acı», məlumat «acı»... olan şəxs bu sadalananların kiçik bir zərrəsini əldə etmək üçün də çox şeydən keçər.

Ona görə də atalar sözünün bu hissəsi insana başqaları ilə münasibətdə sərvaxt olmağı, tərəfi-müqabilinin nə «acı» olduğunu bilərək müvafiq hərəkət etməyi tövsiyyə edir.

Fikrimizcə, atalar sözünün ikinci hissəsində toxun «aca nələr deməsi, həqarət söyləməsi» əsas məna, əsas izah deyildir, hərçənd ki, bu da ola bilər. «Tox» kəlməsi həm, «gözü, könlü tox», «görmüş», «doymuş», «təmin olunmuş», «ehti-yacı olmayan» kimi, həm də «həddən çox varlanmış», «harın», «toxluğundan gözü yeri-göyü görməyən» adam kimi başa düşülə bilər.

Birinci anlamda «tox» nəinki «ac»a həqarət gözü ilə baxmaz, hətta ona verdiklərini də bildirməz, bu haqda danışmaz, başqaları ilə münasibətdə həmişə xoş davranmağı, ağıllı söz deməyi üstün tutar. İkinci mənada tox isə ağzına gələni danışa bilər, böyük iddialarda olar, özü haqqında «nələr» və digərləri haqda «nələr», xüsusilə «ac»lar haqqında nələr fikirləşməz və deməz.

Atalar sözü «tox» adamla münasibətlərdə bu keyfiyyətləri nəzərə almağı məsləhət bilir.

Bu ata sözünü aşağıdakı atalar sözləri tamamlayır:


  • Ac deyər: «doymaram», tox deyər «acmaram»

  • Toxun acdan xəbəri olmaz

  • Acın imanı olmaz, toxun amanı

  • Ac acı dalayar, tox toxu yalayar

  • Aca nə halal, nə haram?!

  • Acı dindirmə, toxu tərpətmə

  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz

  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər

  • Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər… və s.

Yaxud da belə bir atalar sözünə nəzər salaq:

  • «Yer basruqı tağ, bodun basruqı beg (Yerin tarazlığı dağlarla, insanların sabitliyi bəylərlədir)».

Nə qədər qüdrətli zəkaya, ağıla, təcrübədə sınanmış həqiqətə sahib olmaq lazımdır ki, bu günkü elmin nailiyyətlərini, dəqiqləş­dirdiyi müddəaları min il qabaqdan el arasında yayılmış ifadələrlə söyləyəsən! Görəsən, dağların Yer kürəsinin mövcudluğundakı əsas rolunun məhz «dəngə yaratmaq», tarazlığı qorumaq olduğunu o dövrün adamları haradan bilmişlər?

Sualın cavabını o dövrdə artıq Azərbaycanda da möhkəmlən­miş İslam dini, onun müqəddəs kitabı olan «Quran»dan gələn İlahi biliklərə istinadən vermək olar:

Müqəddəs «Quran»da deyilir: «Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratdı, sizi yırğalamasın (atıb-tutmasın) deyə yerdə möhkəm dağlar bərqərar etdi və orada cürbəcür canlılar yaratdı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik» (Loğman surəsi, 10-cu ayə).

Dağların Yerin mərkəzinə doğru uzanan hissəsinin, Yerin üstündəki hündürlükdən böyük olduğu yalnız müasir elmi nəticələrlə təsdiqlənəndən sonra hətta qatı ateistlər belə ayədəki İlahi təlimi qəbul etmək məcburiyyətində qalmış­lar.

Amma bizim misalda dağların Yerə dəngə məqsədilə, möhkəm­lik vermək yaradılması hər hansı alimin elmi araşdırmaların­dan götürülmüş nəticə deyil, əsasən, sadə xalq tərəfindən yaradılan, xalq içərisində yayılıb, onun həyatını nizamlamaq məqsədi daşıyan paremik vahiddir.

İkinci bir tərəfdən, bu atalar sözündəki əsas ağırlıq ifadənin ikinci tərəfinə düşür. Xalq məhz insanlar arasında sabitliyi bərqərar etməkdə bəylərin – cəmiyyəti idarə edənlərin, rəhbərlərin rolunun əhəmiyyətini, bu işin məsuliy­yəti­nin ağırlığını göstərmək məqsədilə onu Yerin tarazlığını təmin edən dağlarla müqayisə edir. Yəni xalqın əmin-amanlığının, rahat həyatının, rifah içərisində yaşamasının camaata rəhbərlik edən adamın qabiliyyətindən asılı olduğu vurğu­lanır. Şəxsiyyətin tarixdəki rolunu xalq min illər bundan əvvəl düzgün müəyyənləşdirə bilmişdir.

Haqqında danışılan atalar sözünü aşağıdakı atalar sözləri tamamlayır.

1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin