İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə58/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   110
İkinci dərəcəli təkəbbür: Həzrəti Məhəmməd Peyğəmbərə (s.ə.s.) qarşı olan təkəbbürdür. Buna misal olaraq qureyş tayfasından olan kafirlərin təkəbbürünü göstərə bilərik. Onlar Peyğəmbərə inanmayaraq «nə üçün bu «Quran» bu iki şəhərin (Məkkə və Taif) əşrafından birinə endirilmədi, dedilər...» (Zuxruf surəsi, 31-ci ayə).

Üçüncü dərəcə: digər insanlara həqarət gözüylə baxmaq, onların haqlı sözlərini, bəzilərinin müəyyən üstünlüklərini qəbul etməyərək özlərini bəyənmək, başqalarından üstün tutmaqdır. Bu dərəcə digər ikiisinə nisbətən aşağı olsa belə, özünü Allahın yaratdığı digərlərindən üstün tutmağa əsaslandığından ağır günah sayılır.

Beləliklə, «təkəbbürlük eyləyəni Tanı sevməz» atalar sözü «Quran»dan irəli gələn əxlaqa əsaslanır və həyatda da xalqın təkəbbürlü adamları qəbul etmədiyini sübut edir. «Könlünü uca tutan adamda ağıl olmaz» atalar sözü bir anlamda bir az əvvəl deyildiyi kimi, «ağıllı adam öz könlünü başqalarından uca tutub təkəbbürlülük etməməlidir» mənasını verən atalar sözünün sadə xalq dilinə daha yaxın ifadəsidir.

Müqəddimədə verilmiş sonrakı atalar sözlərinin, demək olar ki, hamısı insana, onun bir şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillərin uzun əsr­lərin sınağından keçərək bir həyat ehkamı statusu qazandığına həsr olunmuşdur.


  • Yad oğlunu saxlamaqla oğul olmaz – böyüyəndə atar – gedər, gördüm deməz.

  • Kül təpəcik olmaz (Kürəkən oğul olmaz).

  • Qara eşşək başına yüyən vursan, qatır olmaz.

  • Qaravaşa don geydirsən də qadın olmaz.

  • Lopa-lopa qarlar yağsa, yaza qalmaz.

  • Köhnə pambıq bez olmaz.

  • Qarı düşmən dost olmaz.

Diqqət edilsə, müqəddimədə verilmiş atalar sözləri insanların həyatda rast gəldkləri müəyyən problemlərin düzgün həllinə, insanın həyatda düzgün mövqe tutması, öz övladlarını düzgün tərbiyə etməsi üçün nələri bilməsinin zəruri olduğuna həsr olunub.

«Qorqud ata» oğuz xalqının çətin işlərini həll edərdi: Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul edirdilər, sözünü tutub gedirdilər». Bu mənada 10-16-cı atalar sözlərində xalq Qorqud atanın dili ilə insanda müəyyən keyfiyyət­lərin formalaşmasından ötrü irsi amillərin olmasının zəruriliyini söyləmişdir. Həm də bu deyimlərdə heç bir «bəl­kə»­yə yer qoymadan qəti hökm verilir: «yad oğlunu saxlamaqla oğul olmaz!», «Qara eşşək başına yüyən vursan, qatır olmaz», «Qarı düşmən dost olmaz».

Bu atalar sözləri ilə Qorqud ata (əslində xalq) tərbiyə işini möhkəm olmayan əsaslar üzərində qurmamağı, boşuna əziyyət çəkməməyi tövsiyyə edir. Bu atalar sözlərinin bəzilərindən həmişə ehtiyatla istifadə edilmiş-dir. Ya humanizmi üstün tutaraq, ya ailə münasibətlərində «bir-birinə hörmət pərdəsini» aradan qaldırmamağa çalışaraq onları tez-tez işlənən atalar sözləri içərisində görmək olmur. Bəzən isə, ayrı-ayrı hallarda, «yad oğlunu saxlayıb oğul» eləyiblər, o da «böyüyəndə də atıb-getməyib», adama oğul qədər hörmət edən kürəkənə də rast gəlinib. Amma bunlar çox nadir hallarda olur. Digər tərəfdən bioloji-irsi baxımdan da «yad oğlu», «kürəkən», oğul deyil, nəsli davam etdir-mir.

Dastanda verilmiş sonrakı atalar sözləri insanın formalaşma­sında mühitin və tərbiyənin rolunu göstərmək baxımından daha qiymətlidir.


  • Qaracığa qıymayınca, yol alınmaz.

  • Böyük, iti, polad qılınc çıxmayınca, döyüş bitməz.

  • Kişi malına qıymayınca, adı çıxmaz.

  • Qız anadan görməyincə, öyüd almaz.

  • Oğul atadan görməyincə, süfrə çəkməz.

  • Oğul atanın yetirməsi, iki gözünün biridir.

  • Ağıllı oğul olsa, ocağının közüdür.

Bu atalar sözləri irsiyyətlə gətirilən imkanların düşünülmüş, məqsədyönlü tərbiyə görmədən əxlaqi keyfiyyətə çevrilə bilməyəcəyi işarədir. Ağıllı qız böyütməkdən ötrü anası ona necə hərəkt etməli olduğunu göstərməli, deməli tərbiyə etməli; evin süfrəsini təmin etmək, yaşayış üçün lazım olanı qazanıb gətirməkdən ötrü oğul atasının tərbiyəsini almalı, «atanın yetirməsi» - yetişdirib, tərbiyə edib forma­laşdırdığı, onun üstündə zəhmət çəkdiyi və həm də bu səbəbdən «iki gözü­nün biri» kimi sevdiyi övladı olmalıdır.

Bütün atalar sözləri kimi, bu son iki atalar sözü də qüdrətli tərbiyəvi təcrübəni özündə əks etdirir. Əvvəla, hər hansı bir şeyə malik olmaq üçün münbit şəraitin, uyğun mühitin və vəsaitin olma­sının zəruriliyi təsdiq olunur. Digər tərəfdən, atanın bir vəzifəsi­nin də oğlu üçün müəyyən miras, mal qoyub getmək olduğu söylənilir.

Bu atalar sözündəki fikrin qoyuluşundan da aydın görünür ki, burada hələ həddi-buluğa çatmamış oğuldan bəhs olunur. Atasına daha çox maddi ehtiyacı olan oğuldan danışılır. Ata öldükdən sonra bütövlükdə ailənin qayğısının oğulun üzərinə düşdüyü haqda məlumat var bu atalar sözündə. Amma bu miras həmişə var-dövlət mənasında başa düşülməməlidir. Atanın oğula verdiyi ən böyük «mal» tarix boyu xalq arasında gözəl tərbiyə, ağıl hesab edilibdir. «Ata malından nə fayda, başda ağıl olmasa» atalar sözü də məhz bu fikri təsdiq edir.


1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin