İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə61/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   110
Ağalıq verimlədir, igitlik vurumla!

  • Ağası güclü olan qul asi olar.

  • Bəy dediyin nədir, bəyənmədiyin nədir?!

  • Ağası gülüm olanın başına külüm olar.

  • Bəy mənim arxam, mən kimdən qorxam?!

  • Bəyliyi bacarmadın, canın çıxsın, belə gəz!

    «Divanü-lüğat-it - türk»də toplanmış atalar sözlərindən:

    • Yaqadaqı yalğağalı elidəki ıçınur.

    (Yaxasındakını yalayınca, əlindəki itirir)

    • İriq erini yağlığ, erməğü başı qanlığ

    (Bacarıqlı adamın dodağı yağlı, tənbəlin başı qanlı)

    • Kül ürgincə köz üssə yeg

    (Közə üfürmək, külə üfürməkdən yaxşıdır)

    • Bütün ümlüg qança qolsa oturur

    (Donu sağlam olan necə istəsə oturur)

    • Öz köz ir qışlağ

    (Bir adamın öz gözləri dağın günəş tutan tərəfindəki qışlaq kimidir)

    İndinin özündə də belə bir qənaəti əsas götürürlər ki, Azərbaycan atalar sözlərinin sistemli şəkildə toplanmasına, tərtib və nəşr olunmasına XIX əsrin sonundan başlanmışdır. Halbuki, XVI əsrdə yenidən üzü köçürülmüş, əslində IX-X əsrlərin ab-havasını özündə daşıyan «Oğuznamə»də iki minə yaxın atalar sözü və məsəl (paremi) toplanmışdır. Ona görə də «Azərbaycan atalar sözlərinin toplanmasına, sistemləşdirilməsinə yazılı abidə şəklində qorunma­sına, ən azı, IX-X əsrlərdən başlanılmışdır» qənaəti sübut olunmuş elmi həqiqətdir.

    «Oğuznamə»dən bir neçə seçmə:


    • Atalar ayıtmış: «Həqq-təala müsəlmanları ğürbətdə xəstəlıqdan, yigit-likdə ölümdən və pirlikdə yoxsulluqdan saqlasun.

    • Əyər (yəhər) altında at ölür, qeyrət altında ər ölür.

    • Aq çacığın var ikən «dabra yunaq» dedilər.

    • Oq atmaq, yazu yazmaq, suda üzmək

    Gərəkdir bu işi hər şəxsə düzmək.

    Mindən artıq atalar sözü və məsəlləri özündə birləşdirən XVIII əsr abidəsi «Əmsali-Türkanədən» seçmələr.



    • Ağır əglən ki, batman gələsən.

    • Ayın on beşi qaranqu isə, on beşi aydunluqdur.

    • Bir əldən səda çıxmaz.

    • Dovşanın yügürdüyünü gördüm, ətindən zəhləm getdi.

    • El qarımış, törəsi qarımamış.

    • Ət ilən dırnaq arasına girən çürür, çıxar.

    • Qaravaşdan doğan xatun olmaz.

    Atalar sözlərinin əks olunduğu bu məşhur dörd abidə üzərində bir az geniş dayanmaqda məqsəd həm də onların toplanma və nəşri tarixinə dair elmi fikri dəqiqləşdirməkdir.
    4.1.2. Atalar sözlərinin pedaqoji imkanları
    Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, atalar sözlərində əks olunma­sın. Bəzən uzun-uzadı təsvir edilməli olan bir faktı, hadisəni yığcam, lakonik, aid olduğu mahiyyəti tam əks etdirən bir atalar sözü ilə çatdırmaq mümkündür. Xalq aydın dərk edir ki, şifahi yayılan, yaşadılan hər hansı məlumat ağızdan-ağıza keçdiyindən variantlı ola bilir. Lakin elə həyati həqiqətlər vardır ki, onların mahiyyəti çox gec dəyişir və ya sabit qalır. Həmin həqiqət uzun müddət yoxla­nılır, təfəkkür süzgəcindən keçirilir və atalar sözü şəklində ortaya qoyulur. Qısa olduğundan, inkaredilməz həqiqəti əks etdirdiyindən, xalqın gündəlik həyatı ilə səsləşdiyindən onlar uzun müddət yadda qalır və çox böyük tərbiyəvi imkanlara malik olur.

    Milli mənliyi, xalqın kimliyini, mənəvi qüdrətini, fikir qıvraqlığını, çevik­liyini, bəşəri sambalını özündə əks etdirən bu zəngin mədəni irs müxtəlif elmlər tərəfindən araşdırır. Atalar sözləri fəlsəfə, sosiologiya, dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya, psixologiya kimi elmlərin tədqiqat obyekti ola bilir. Bu elmlər ara-sında pedaqogikanın, xüsusilə etnopedaqogikanın da özünəməxsus yeri vardır.



    Atalar sözlərindən ta qədimdən pedaqoji vasitə kimi istifadə olunmuşdur, onların əsas məqsədi də insanlarda bu və ya digər keyfiyyəti tərbiyə etməkdir. Onlar bir tərəfdən, pedaqoji ideyaların potensial şəkildə mövcud olduğu imkanlardır, digər tərəfdən, tərbiyəvi təsir vasitələridir. Atalar sözləri həm də öyrədici funksiyaları yerinə yetirir: xalq təsəvvürlərinə uyğun olaraq pedaqoji təsir metod və vasitələrini özündə əks etdirir; şəxsiyyətin formalaşması məqsədlərinə müsbət ya mənfi təsirləri xarakterizə edir; tərbiyə, özünütərbiyə və yenidəntərbiyə məqsəd­ləri daşıyır; öz övladının tərbiyəsinə biganə olan valideynləri qınayır və s.

    Y.A.Komenski atalar sözlərindən danışarkən yazırdı: «Atalar sözləri elə qısa və sərrast ifadələrdir ki, onlarda bir şey haqda danışılır, başqa bir şey başa düşünülür; daha doğrusu, insanın yaxşı tanış olduğu xarici, fiziki əşya haqda söz deyilir, ancaq onda yaradılmalı olan nə isə daxili, mənəvi bir şeyə işarə vurulur». Bu ifadə atalar sözlərinin vəzifəsini, onlarda xalq pedaqogikasına məxsus qanuna­uyğunluqların mövcud olduğunu əks etdirir. Atalar sözlərində bir şeyə işarə edilməsi tərbiyə olunanların şüuruna təsir göstərir, öyrətmə işi məlumdan məchula yolu ilə aparılır

    Atalar sözlərində uşaqların doğulması, xalqın həyatında onların yeri, tərbiyə metodları, məqsəd və vasitələri, rəğbətlən­dir­mə və cəzalandırma; təhsilin, əmək və əxlaqi tərbiyənin məz­mu­nu; şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin, tərbi­yə­nin rolu və s. kimi pedaqoji ideyalar əks olunmuşdur. Atalar sözləri tərbiyə haqda ümumxalq rəyidir, cəmiyyətin fikridir.

    Xalq atalar sözlərinin tərbiyəvi təsirinə yüksək qiymət veridiyindən, onlara xüsusi qayğı ilə yanaşmağı, qoruyub saxlamağı lazım bilir.


  • 1   ...   57   58   59   60   61   62   63   64   ...   110




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin