Bu kodeks bütün dünya xalqları tərəfindən ən kiçik detallarına qədər səylə işlənilib hazırlanmışdır. «Uşaqları döyməklə yox, xoş sözlə öyrədərlər», «Uşaq-ları hədə-qorxu və kötəklə deyil, utandırmaqla cəzalandırmaq lazımdır», «Öz yaxınlarına da, özgələrə də ehtiramla yanaş! Özününkü sənə onsuz da dostdur», «Yumşaq muma möhür, gənc adama təlim», «Axmağa öyüd vermək - dibsiz quyuya su tökmək kimidir», «Təkrar biliyin anasıdır», «Bilən adam hər şeyi görür, bilməyənsə onun ardınca gedə bilir», «İnsan çətinliklərə (yıxıla-yıxıla) öyrənir», «Yaxşılarla oturub-durmaq adamı xoş günə, pislərlə oturub-durmaq bədbəxtliyə aparır», «Keçə açılanda geniş, insan böyüyəndə ağıllı olur», «Uşağın ilki daha əziz olur», «Ağıl – dənizdən geniş, bilik – dağlardan ucadır», «Savadlı adam Günəşə, savadsız – qaranlıq gecəyə bənzəyir», «Ağacı yaş olanda əyərlər, adamı uşaq vaxtı tərbiyə edərlər», «Uşağı əmizdirəndə öyrətməmisənsə, o səni yedizdirəndə artıq öyrədə bilməzsən», «Uşağı çarpayının eninə yatırdanda tər-biyə edərlər», «Bilməyən axmaq deyil, öyrənmək istəməyən axmaqdır», «Başında bişirmədiyini, qazanda bişirə bilməzsən», «Yaşlı adama əsa dayaqdır, gəncə – elm», «Cəsurların arasında böyüyən cəsur olar» və s.
Dostları ilə paylaş: |