İsmayil əLİyev


Xalq tərbiyənin nəticələrinə böyük əhəmiyyət verir. Tərbiyənin nəticəsi isə insanların, şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə ölçülür



Yüklə 1,12 Mb.
səhifə64/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   110
Xalq tərbiyənin nəticələrinə böyük əhəmiyyət verir. Tərbiyənin nəticəsi isə insanların, şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə ölçülür. «Qeyzli adam hiyləgər olmaz», «Pis adam kömür kimidir: yandırmasa da qaraldar», «Xeyirxah vicdan ilahi göz kimidir. Xeyirxah vicdan aşkarlığı sevər», «Yeriyəndə yaşıl otu da əzmir» (sakit adam), «Ata minməyi ilə şalvarı yamatmağı bir olur» (səliqəsiz, bivec), «Onun ancaq qar üzərindəki izləri doğrudur» (yalançı), «Oğru – ən çox Allaha yalva­ran; arvadı çox istəyən – ən yaxşı qohum; fırıldaqçı isə – günah haqda hamıdan çox danışan olur», «Yaltağın sözləri gölməçəyə, ciddi adamın sözləri dənizə bənzər», «Ayının özünü görə-görə rəddini axtarmaq istəyir» (əsas məqsəddən yayınan adam haqda), «Yalan danışmaqla müdrik, oğurlamaqla – dövlətli olmaq mümkün deyil», «Səndəl ağacını qırmaq, gəncin dəliqanlılığına üstün gəlməkdən asandır», «Yaxşı bəslənən it sahibinə hürər» (nankorluq), «Köç qurtardı – dəvə lazım deyil, çayı keçdinsə – qayıq», «Fırıldaqçının rahat yaşayışı, tənbəlin arzusu olmaz», «Xeyirxah adam pisliyi, pis adam yaxşılığı yadda saxlamaz» və s.

İnsan xarakterinə aid olan atalar sözləri həm də şəxsiyyəti onun hərəkət­lərinə, davranışına, aldığı tərbiyəyə görə qiymətləndirdiyi üçün maraqlıdır. Səfeh adamların tərbiyəsi və yenidən tərbiyəsi çox çətindir. «İlan öz əyriliyini dərk etmir: onu düzəltmək istəyirsən, səni dişləyir», «Tərbiyə nə qədər qüvvətli olsa da, hər şeyə qadir deyildir», «Batini çirkli olana zarihi təmizliyin xeyri yoxdur», «İlan hər il dərisini dəyişir, amma zəhərli dişləri həmişə yanındadır».

Atalar sözlərinin əsas məqsədlərindən biri adamların davranış və xarakter­lərini hərtərəfli yaxşılaşdırmaqda şəxsiyyətin müsbət və mənfi xüsusiyyətlərinə əsaslanmağın əhəmiyyətini üzə çıxarmaqdır. Qeyd etmək lazımdır ki, insan kamilliyininin sonsuzluğu bütün xalqlar tərəfindən qəbul edilir. Hər bir mükəm­məl keyfiyyətli insan daha yüksək pilləyə qalxa bilər, daha da təkmilləşə, kamil­ləşə bilər. Məhz bu hal ayrılıqda götürülmüş bir insanın deyil, bütövlükdə bəşəriy­yətin inkişafına səbəb olur. Ona görə də insan şəxsiyyətinə, onun xarak­terik xüsusiyyət­lərinə aid olan bir çox atalar sözləri adamları özünütəkmilləş­məyə çağırır.

Atalar sözləri məzmununu görə müdrik, formasına görə çox cəlbedici olduqlarından yerində, ağılla və cəsarətlə istifadə olunur. Onların əsas mahiy­yəti isə əxlaqi tərbiyəyə xidmət etmələridir. Ağıl, elə bil, atalar sözlərindəki cəlb­ediciliklə əxlaqiliyin arasında yerləşir, onlar tərəfindən nəzarətdə olur.

Müdrik xalq aforizmləri həyati tələbatlardan, tarixi şəraitdən, ictimai mühitdən yaranır. İnsan ağıllandıqca şüurlu surətdə keçmişin mənəvi nailiyyət­lərini və kəşflərini qoruyub saxlamağa, daha da mədəniləşdirməyə çalışır. Bu zaman hər bir yeni nəsil hazır forma və janrdan istifadə edərək, həm də onların məzmununu təkmilləşdirir, inkişaf etdirir.







Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin