Əxlaq tərbiyəsi. Atalar sözlərinin çox böyük hissəsi insanın əxlaqına aiddir. Xalq tərbiyəsinin əsas məqsədi gözəl əxlaqa malik kamil insan yetişdirmək olduğundan atalar sözlərinin daha çox əxlaqi tərbiyəyə yönəlməsi də təbiidir.
Məhəmməd Peyğəmbərin (s.ə.s) belə bir duası bu baxımdan böyük məna kəsb edir: «Allahım, vücudumu gözəl yaratdığın kimi, əxlaqımı da gözəl eylə!».
Hədisin incələnməsindən məlum olur ki, buradakı «gözəl» sözü yalnız zahiri gözəllik, görünən gözəllik, vücudun (yəni bioloji baxımdan bədənin) sim-metrik quruluşundan irəli gələn gözəllik (hərçənd ki, bu özü də İlahi qüdrətin hökmü ilədir!) kimi başa düşülməməlidir. Burada insan vücudunun anatomik, fizioloji və psixoloji baxımdan mükəmməlliyindən bəhs olunur. Həzrəti Peyğəmbər (s.ə.s.) Uca Allahdan (c.c.) bədənini mükəmməl yaratdığı kimi, əxlaqını da mükəmməl yaratmağı diləyir. Deməli, gözəl əxlaqa yiyələnmək imkanı da insanlara yaradılışdan, fitrətən verilmişdir. Xalqda da belədir:
Quyuya su tökməklə quyu dolmaz, gərək dibindən gəlsin
Qurd tükünü dəyişər, xasiyyətini yox
Əsli nədirsə, nəsli də odur
Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər?!
Qara eşşək başına yüyən vursan qatır olmaz
Ala qarğa suya düşsə də qaz ola bilməz
Aslan balası aslan olar
Qoç igiddən qoç törər.
Yəni xalqa görə, əxlaq mənəviyyatın əsasını təşkil edən fitri xüsusiyyətlərdəndir. İnsan mənəviyyatının formalaşması, zənginləşməsi və təkmilləşməsi prosesləri olduğu kimi, əxlaqın da formalaşması, təkmilləşməsi, müxtəlif keyfiyyətlər şəklində təzahürü olur. Mənəviyyat insanın sosial mahiyyəti olduğu kimi, əxlaq da insanın özünə, digər insanlara və cəmiyyətə münasibətində müəyyən olunur.
İnsanın hansı vəziyyətdə, hansı şəraitdə necə hərəkət etməsinin vacibliyinə, həmçinin borc, insaf, vicdan, həya, şərəf, namus, ləyaqət, ədalət qəbilli əxlaqi kateqoriyalara dair etnopedaqoji materiallarda bu gün də örnək olası yüzlərlə nəsihətamiz kəlamlar vardır: məsələn, atalar deyiblər: «Özgəyə quyu qazma, özün dəşərsən», «Özünə rəva görmədiyini başqasına məsləhət görmə», «Özünə bir inək istəyəndə qonşuna ikisin istə», «Xeyri yoxdur çaxırın, içmə, açar paxı-rın», «Məndən sənə öyüd: dənini özün üyüd», «Dildə yox, işdə özünü göstər», «Dilə dəm verincə, ələ dəm ver», «Gördüyünü qoyub, eşitdiyinə inanma», «Şələ-ni elə bağla ki, gücün çatsın», «Gücün çatmayan daşa əl vurma, zora düşərsən», «İkiüzlü adamla dost olma», «Mərdlər ilə gəz ki, vəfadar olasan», «İmanlı adam inamlı olar», «Ustadına xor baxan şagirdin gözünə qan damar», «Atasını atan elini də atar, namus – qeyrətini də atar» , «Yedin-dadındır, verdin-adındır, qaldı-yadındır» və s.
Belə atalar sözləri ilə tanışlıq uşaqda başqalarına, qohum-qonşuya diqqətli və qayğıkeş olmaq; sərxoşluğa qurşanmamaq; çərənçi olmamaq; faydalı işlər görmək; icrası imkanına uyğun gəlməyən işə girişməmək; özü görməli olduğu işi başqasına buyurmamaq; ikiüzlü adamlarla yaxınlıq etməmək; ancaq mərdlərə arxalanmaq; onlarla qaynayıb qovuşmaq kimi də əxlaq normalarının aşılanmasına kömək edir.
«Keçmə namərd körpüsündən, qoy aparsın çay səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni», «Rüşvət haramdır», «Rüşvətxorun aqibəti yoxdur», «Savab gör, hər zaman yaxşılıq elə», «Səndən ehtiyacı olanı başqasına möhtac etmə», «Gənc yaşlarından namusunu qoru», «Ləyaqət, əsil-nəsəblə deyil, ağıl və ədəblədir»,
Yaxud
Payızda əzəl alma.
Çirkin al, əsil olsun,
Bədəsil gözəl alma!
Yada-ağa, mərdə qul.
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul və s.
kimi el kəlamları tarix boyu milyonlarla insana mənəvi qüvvvə vermiş, adamları tamhkarlara, namərdlərə nifrət ruhunda, təmizlik, düzlük, paklıq, halallıq ruhunda tərbiyələndirmişdir. Belə kəlamlar indi də öz həyati əhəmiyyətini, həqiqət gücünü saxlayır və aksioloji vəzifəsini yerinə yetirir: adamlara xalq əxlaq normalarını aşılayır.
İnsanların elə əxlaqi keyfiyyəti yoxdur ki, atalar sözlərində öz əksini tapmasın. Nümunə kimi bir neçə əxlaqi keyfiyyətə aid atalar sözlərinə nəzər salaq.
Dostları ilə paylaş: |