İsmayil əLİyev


Tapmacalar bir-biri ilə həmqafiyə olan misralar – beyt şəklində ola bilirlər



Yüklə 1,12 Mb.
səhifə81/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   110
Tapmacalar bir-biri ilə həmqafiyə olan misralar – beyt şəklində ola bilirlər. Məsələn,
Sərinc altda iki toyuq,

Biri isti, biri soyuq

(yay, qış)

Uzun hacı, kök hacı,

Duman başının tacı

( dağ)


Anaxanım atlandı,

Qol-qanadı qatlandı

(kələm)


Üç misradan ibarət tapmacalar vardır:
O yanı taxta

Bu yanı taxta

Şaqqulu bəy otaqda

(tısbağa)

Üstü palım-paltarım,

Altı suyum, bulağım,

İçi yemim-yeməyim

(qoyun)


Dörd misralı tapmacalar:

Çıxdım qız qalasına,

Ox atdım yuvasına.

Quşlardan hansı quşdur

Süd verir balasına

(yarasa)


Bura gələn hacıdı,

Aş bişirən bacıdı.

Zoğ atar, yarpaqlamaz

Tap, gör nə ağacıdır?

(Maral buynuzu)



Bayatı-tapmacalar da vardır:
Əzizim doqquz günə,

Doqquz ay, doqquz günə,

Qaranlıqdan kim çıxar

Doqquz ay, doqquz günə

(Yeni doğulmuş uşaq)

Mən aşiqəm, ay mələr,

Bulud altdan ay mələr.

Dəryada bir gül bitib

Su deyibən hey mələr

(ürək)


Bəzən aşıq şerinin şəkillərindən olan bağlamalar, qıfılbəndlər də tapmaca xüsusiyyəti daşıya bilir. Bağlamalar, qıfılbəndlər, ustad aşıqların deyişməsi zamanı istifadə olunur. Məsələn, bir bağlamaya diqqət verək:
Aşıq-aşıq aşındadır,

Aşıq ocaq başındadır

Söylə görüm, ay aşıq

Bu daş neçə yaşındadır?
Bağlamada bir konkret sual verilmişdir. Əgər aşıq ona münasib cavab tapıb, həm də həmin səkkizlik şer şəklində deyə bilməzsə, bağlanmış olurdu.

Bəzi bağlamaların dörd misrasının dördü də oxşar tapmacalar kimi, sual­dan ibarət olur. Məsələn,



Adi tapmaca:

Dədəsi qocadan qoca

(tənəyin kökü)

Anası yayma xatın

(tənəyin şaxələri)

Bacısı şirin, şəkər

(üzüm)


Qardaşı dəli divanə

(şərab)


Yaxud

Dirək (ayaq)

Dirəyin üstə mərək (qarın)

Mərəyin üstə xərək (mədə)

Xərəyin üstə xış-xış (nəfəs borusu)

Xış-xışın üstə mış-mış (burun)

Mış-mışın üstə şilyan (göz)

Şilyanun üstə meşə (saç)

Meşəni çaqqal eşə (bit)

Nökərləri ağ-appaq (dişlər)

Buyuran xanım qırmızı (dil)



Qıfılbənd:

O nədir ki, otuzunda cavandı?



On beşində qocalanır, uludu?

O nədir ki, dili ayrı, sözü bir?

Hansı dərya hər dəryadan doludu?

Cavabı:

O Aydı ki, otuzunda cavandı,



On beşində qocalanır uludu.

O qələmdir dili ayrı, sözü bir

Elm dəryası hər dəryadan doludur.

Bağlamalar və qıfılbəndlər özünə güvənən, bir çox elmdən hali olan qüdrətli aşıqlar tərəfindən yaradılır. Ona görə də əgər adi tapmacalar hamının gündəlik tanış olduğu əşya, fakt və hadisələrə aid olub, əsasən yaşlı adamlar tərə­findən uşaqlara və cavanlara ünvanlanırdısa, bağlamalar və qıfılbəndlər ancaq xüsusi istedada, biliyə və dərin zəkaya malik iki ustad aşığın bir-birinə verdiyi hikmətamiz tapmacalardır. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, bağlama və qıfılbəndlərin böyük əksəriyyəti dini mövzudadır.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin