İssn 2222-7849 azərbaycan miLLİ elmlər akademiyasi национальная академия наук азербайджана azerbaijan national akademy of sciences



Yüklə 9,78 Mb.
səhifə3/102
tarix10.01.2022
ölçüsü9,78 Mb.
#108169
1   2   3   4   5   6   7   8   9   ...   102
NOVRUZÇİÇƏYİ (PRIMULACEA VENT.) FƏSİLƏSİNDƏN OLAN

BƏZİ NÖVLƏRİN ABŞERON ŞƏRAİTİNƏ İNTRODUKSİYASI
İbadlı O.V., Əsədov K.S., Hüseynova N.B.

AMEA Mərkəzi Nəbatat Bağı


Məqalədə novruzçiçəyi fəsiləsindən olan bəzi növlərin Abşeron şəraitində introduksiyası, becərilməsi, fitosenozun tərkibi və inkişaf fazalarından bəhs edilir.

Açar sözlər: novruzçiçəyi, Abşeron, introduksiya, fitosenoz, inkişaf fazası
Novruzçiçəyi- Primulaceae fəsiləsinə və Primula cinsinə daxildir. Fəsiləyə 29 cins 800-ə yaxın növ [5], başqa məlumatda isə 600 növ daxildir [4]. Bu növlər əsasən dağlıq ölkələrdə bitir. Qafqazda və Azərbaycanda 8 cinsin növlərinə təsadüf olunur. Geniş yayılan Primula cinsinin yer kürəsində 600-ə yaxın növü məlumdur. Qafqazda novruzçiçəyinin 23 növü, Azərbaycanda isə 8 növü məlumdur. Bu növlər aşağıdakılardır:

İriçiçəkli novruzçiçəyi- Primula macrocalyx Bunge.

Soyuq novruzçiçəyi- Primula algida Adams.

Voronov novruzçiçəyi- Primula woronovii Alosinsk.

Yulii novruzçiçəyi-Primula Juliae Kusn.

Rəngbərəng novruzçiçəyi - Primula heterochroma Stapf.

Ruprext novruzçiçəyi- Primula uprechtii Kusn.

Pallas novruzçiçəyi- Primula pallas Lehm.

Qanadcıqlı novruzçiçəyi- Primula auriculata Lam.

Bizim bu mövsümdəki tədqiqatımıza birinci üç (iriçiçəkli, soyuq, Voronov) növlər daxildir. AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində hər üç növ üzərində tədqiqat aparılmışdır.

İriçiçəkli (irikasacıqlı) novruzçiçəyi - Primula macrocalyx. Bu növ SSSR-i florası üçün An.A. Fyodorov [5], Qafqaz florası üçün A.A.Qrossheym [3], Azərbaycan florası üçün L.İ.Prilipko [4] tərəfindən işləmişdir.

Yarpaqları yumurtavarı və ya uzunsov- yumurtavarı, üst səthi qırışıqdır, uc hisssədən dəyirmidir, oturacaq hissədən pazvarıdır.

Kökümsov gövdəli çoxillik bitkidir. Çoxsaylı qaytanvarı kök telləri vardır, müxtəlif uzunluqdadır, bəzən əsas kökü 20-25 sm-ə çatır. Yarpaqları müxtəlif ölçülüdür və uzunluğu 2-20 sm, eni 2-9 sm-ə çatır, rütubətli yerdə yarpaq ölçüləri daha artıq olur.

Təbii ekoloji şəraitdən asılı olaraq aprel- may aylarında çiçəkləyir, yüksək dağlıq şəraitdə çiçəkləməsi iyun ayına kimi uzanır. Toxumu iqlim səraitindən asılı olaraq may- iyun aylarında yetişir və toxumla yaxşı çoxalır. Gövdəsinin (zoğunun) uzunluğu 35 sm- ə kimidir, bir gövdədə (zoğda) 16 ədəd çiçək olur və çiçəklər zoğun ucunda qrup şəkilində aşağıya doğru bir tərəfə əyilmiş olur. Ləçəkləri ağımtıl - sarı və ya açıq- sarı rəngdə olur. Çiçəklər quruduqdan sonra yarpaqlar rozet şəkilində torpağın üzərində uzun müddət qalır. Çiçəklədikdə kasa yarpaqları azacıq köpür, 5 qabırğavarıdır və hər qabırğanın qurtaracağı üçbucaq şəklində sivriləşmişdir [1].

Dünyada Avropa hissəsində Krımda, Qərbi Sibirdə, Şərqi Sibirdə, İranda və s. ölkələrdə meşə və kolluqlarda bitir. Azərbaycanda da Böyük və Kiçik Qafqazda, Talışda (Diabarda), Naxçıvan MR-nın dağlıq hissəsində meşə və kolluqların tərkibində bitir. Çox dekorativ bitkidir. Mərkəzi Nəbatat Bağının kolleksiyasında əkilib artırılır.

Soyuq novruzçiçəyi – Primula algida- A.Qrossheym, An. Fyodorov, L. Prilipko tərəfindən işləmişdir [3-5]. Bir çox alimlər soyuq novruzçiçəyini müxtəlif baxışdan tədqiq etmişlər və çox müxtəlif formasının, variasiyalarının olduğunu göstərirlər.

Əvvəlcə təsvir etdiyimiz irikasacıqlı novruzçiçəyindən boyunun qısa və kök boğazında rozet formalı sıx yarpaqların, yarpaq üstü ağ tozvari örtüyün olması ilə fərqlənir. Kök sistemi qısa və az şaxələnəndir, ağımtıl olub qısadır.

Soyuq novruzçiçəyi çoxillik bitkidir. Yarpaqları saplağı ilə birlikdə 2,5-8 sm uzunluğunda, 0,5- 2,5 sm enindədir. Ortadan enlənmiş uzunsovdur, rozetdə 9-12 yarpaq olur, damarlanması aydın görünür. Yarpağın kənarları xırda mişarvarı dişlidir və ya tamkənarlıdır.

Kök telləri 4- 20 və bəzən də 30 sm- ə catır. Çiçək qrupu başcıq tiplidir, hər başlıqda 25-ə qədər çiçək olur. Çiçək saplağı qısadır və çiçək yanlığından gödəkdir, kasacığı zəngvaridir və beş damarlıdır, tacı ağımtıl və ya sarı rənglidir. Qutucuğu uzunsovdur, kasacığa bərabər və ya azacıq ondan uzundur. Toxumu tünd- bozumtuldur. Təcrübə göstərir ki, Abşeron şəraitində becərilən bitkilər təbii şəraitə nisbətən daha tez çiçəkləyir və tez də toxum verir. Aradaki fərq bəzən 8-10 gün olur. Toxumları xırda, qaramtıl və dairəvidir [1]. Torpağa səpilən toxumları çox az cücərti (12%) vermişdir.

May - iyun aylarında çiçəkləyir, toxumu iyul ayında yetişir. Qafqazda, Dağıstanda, Sibirdə, Orta Asiyada, Monqolustanda, İranda və s. yayılıb. Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvanda, subalp və alp qurşaqlarda, çəmənliklərdə bitir.Kiçik Qafqazdan gətirilmiş 3 nüxsəsi Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində əkilmişdir.

Novruzçiçəyinin soyuq növü (P.algida) iriçiçəkli (P. macrocalyx) növünə nisbətən kiçik və az dekorativdir [2].


Yüklə 9,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin