1 nformasiya sisteml rinin arxitekturas 7 mumi anlay lar T-
Əməliyyatlar menyusunun(actions menu) istifadəsinin üstünlüyü ondadır ki, bu əməliyyatlar əyanidirlər və istifadəçi tərəfindən kursorun qeyd edilməsi, funksional klavişin sıxılması, əmrin daxil edilməsi və ya hər hansı digər sadə bir üsul ilə sorğu edilə bilərlər.
Panelin gövdəsinə aşağıdakı elementlər daxildir: sahə ayırıcıları; panelin identifikatoru və başlığı; təlimat; sütunun, qrupun, sahənin başlığı; məlumatlar və əmrlərin sahəsi; daxil etmə və seçim sahələri. Funksional düymələr sahəsi - düymələrin və onların sıxılması zamanı yerinə yetirilən əməliyyatların uyğunluğunu göstərən, vacib olmayan bir hissədir. Funksional düymələr sahəsində ancaq cari paneldə mümkün olan əməliyyatlar təsvir olunur. Paneldə cari mövqenin qeyd edilməsi üçün seçim kursorundan istifadə olunur. Daha cəld qarşılıqlı əlaqələndirmə üçün funksional düymələri, seçilən obyektin nömrəsini, əmri və ya mnemonikanı nəzərdə tutmaq olar. Panelin sahələrə bölünməsi “obyekt - əməliyyat” prinsipinə əsaslanır. Bu prinsip istifadəçiyə əvvəlcə obyektin seçilməsinə, sonra isə onun üzərində əməliyyatların yerinə yetirilməsinə icazə verir. Nəticədə rejimlərin sayı minimuma endirilir, tətbiq ilə işləmə prinsiplərinin öyrənilməsi sadələşir və sürətlənir, istifadəçilər üçün rahat şərait yaranır. Panel ekranın ayrıca məhdudlaşdırılmış hissəsində yerləşdikdə pəncərə adlanır. Pəncərə birinci dərəcəli və ikinci dərəcəli ola bilər. Birinci dərəcəli pəncərədə dialoq başlayır, və əgər tətbiqdə digər pəncərələrin yaradılması tələb olunmursa, onda pəncərə kimi bütün ekran hesab olunur. Birinci dərəcəli pəncərənin tərkibində dialoqun aparılması üçün tələb olunan sayda panel yerləşə bilər. İkinci dərəcəli pəncərələr birinci dərəcəli pəncərələrdən çağırılır. Burada istifadəçi dialoqu birinci dərəcəli pəncərə ilə paralel aparılır. Bir çox halda ikinci dərəcəli pəncərələr köməklik məqsədi ilə istifadə olunurlar. Birinci və ikinci dərəcəli pəncərələr başlığa malikdirlər. Başlıq pəncərənin yuxarı hissəsində yerləşir. İstifadəçi birinci dərəcəli pəncərədən ikinci dərəcəli pəncərəyə və əksinə keçə bilər.
Həmçinin “üzə çıxan pəncərə” (pop-up) anlayışı da mövcuddur. O, birinci dərəcəli və ya ikinci dərəcəli pəncərədən istifadəçinin tətbiq ilə aparılan dialoqunun yaxşılaşdırılmasına imkan verir.