GİRİŞ
Tətqiqatın aktuallığı. Müasir dünya iqtisadiyyatında qlobal meyillərin dərinləşdiyi bir dövrdə dövlətin milli maraqlarının və möqeyinin möhkəmlənməsinə təsir gostərən əsas faktorlardan biri düzgün dövlət büdcə siyasətidir. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiyi üçün ölkədə aparılan büdcə (o cümlədən, vergi) siyasətini və onun son illərdə aparılan islahatlarda rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir.
Tətqiqat məsələsinin öyrənilmə səviyyəsi.Dövlət büdcəsinin idarə edilməsi məsələsinin öyrənilməsi çox qədim tarixə malikdir. Bu məsələnin tədqiqatı
ilə A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə almaq lazımdır ki, müasir maliyyə bazarları çox mürəkkəb və dəyişkəndirlər,buna görə də sürətlə dəyişən iqtisadi mühitə adekvat olaraq uyğun təhlillərin aparılması elmi nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
Bir sıra ölkələrdə dövlətin siyasi institutları büdcə siyasətinə birbaşa təsir etmək iqtidarına malikdirlər.
Tədqiqatın məqsədi. Tədqiqatın məqsədi hazırki qeyri-stabil qlobal iqtisadi
şəraitdə dövlət büdcəsinin xərclərinin idarə edilməsinin effektiv metodlarının təyin edilməsi və bu metodların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı məsələlər araşdırılmışdır;
Dövlət xarici borcunun idarə edilməsi üzrə mövcud nəzəriyyələrin sistemləşdirilməsi və ümumiləşdirilməsi.
Dövlət büdcə xərclərinin təhlili və onların
effektivliyinin müəyyən edilməsi.
Azərbaycanda DBX-nin idarə edilməsi problemlərinin aşkara çıxarılması onların həlli üzrə tövsiyyələrin hazırlanması.
Tədqiqatın obyekti;Dövlət büdcə xərcləri
Tədqiqatın predmeti; Müasir qeyri-stabil iqtisadi şəraitdə DBX-nin idarə edilməsi metodlarındakı dəyişikliklər.
Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri əsası kimi müxtəlif
Azərbaycan və dünya alimlərinin bu mövzu üzrə elmi araşdırmaları çıxış etmişdir.
Metodoloji informasiya və metodoloji baza qismində isə müxtəlif təşkilatların (Beynəlxalq valyuta fondu, Dünya Bakı və s. ) məlumatları, dövrü
qəzet və jurnal buraxılışlarının materialları, internet şəbəkəsi resursları, eləcə də AR Mərkəzi Bankının, Maliyyə Nazirliyinin və İqtisadi inkişaf Nazirliyinin statistik materialları çıxış etmişdir.
Mövzunun hazırlanması zamanı tədqiqatın ümum elmi metod və üsullarından
istifadə edilmişdir; sistem, struktur-funksional təhlil, eləcə də sosioloji, iqtisadi və
iqtisadi-sosioloji yanaşmalar.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində alınan nəticə və təkliflər DBX
idarə edilməsi təcrübəsinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün
dövlət hakimiyyəti orqanları tərəfindən istifadə edilə bilər.
Dissertasiyanın strukturu. Dissertasiyanın hazırlanması üçün qarşıya qoyulmuş
məqsədlər onun məntiqini və strukturunu müəyyən etmişdir. O girişdən, üç fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir. Tədqiqatın ümumi həcmi 75 səhifədən ibarətdir, bunun 56 səhifəsi əsas mətni təşkil edir. Dissertasiya işində 16 cədvəl, 9 diaqram, 5 sxem işlənmişdir.
Dostları ilə paylaş: |