İstiqamətin şifri və adı: İİM 010000 İqtisadiyyat İxtisaslaşmanın şifri və adı: İİM 010027 İqtisadi kibernetika


FƏSİL I DÖVLƏT BÜDCƏSİNİN NƏZƏRİ VƏ HÜQUQİ ASPEKTLƏRİ



Yüklə 14,39 Mb.
səhifə4/31
tarix10.01.2022
ölçüsü14,39 Mb.
#108091
1   2   3   4   5   6   7   8   9   ...   31
FƏSİL I DÖVLƏT BÜDCƏSİNİN NƏZƏRİ VƏ HÜQUQİ ASPEKTLƏRİ
1.1.Dövlət büdcəsinin nəzəri və metodoloji mahiyyəti,funksiyaları.

Digər subyektlər kimi dövlət də bu və ya digər məqsədləri həyata keçirmək üçün öz büdcəsindən istifadə edir. Dövlət büdcəsini əmələ gətirən amillər çoxşahəli olduğundan büdcə anlayışı da müxtəlif ədəbiyyatlarda fərqli izah olunur. Bir qisim mütəxəssislər tərəfindən dövlət büdcəsinə dövlət gəlirlərinin toplumu forması kimi, yəni dövlətin xəzinəsi baxımından yanaşılır. Digər qisim isə dövlət büdcəsi dedikdə,höküməti müxtəlif ehtiyaclarını ödəmək üçün bir vasitə kimi nəzərdə tuturlar. “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda verilən tərif isə aşağıdakı kimidir:

“Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.”

Yuxarıdakı tərifi əsas götürsək dövlət büdcə anlayışının gəlirlər baxımından

aşağıdakı kimi müəyyən etmək olar.
Db = V + NF +G + D

Burada: Db- dövlət büdcəsi (ümumilikdə);

V-vergilərdən daxilolmalar

NF-neft fondundan transfertlər

G-gömrükdən daxilolmalar

D-digər mənbələrfən daxilolmalar

Dövlət büdcə anlayışının xərc baxımından aşağıdakı kimi müəyyən etmək olar.

Db=Ə + C + Bk

Ə-əsaslı büdcə xərclər

C-cari xərclər

Bk-büdcə kəsiri

Düstürlardan göründüyü kimi büdcə gəlir və xərclərinin hesablanmasında struktur baxımından və büdcə kəsirinin olması üzrə fərqlilik yaranır.

“Dövlət büdcəsi” anlayışının mahiyyətinə gəldikdə isə burada da fərqli yanaşmalar mövcüddur. Bir qrup mənbələrdə dövlət büdcəsi vəsaitlərin vaxtli-vaxtında və tam həcmdə toplanmasl kimi, digərlərində isə

yalnız dövlət büdcə xərclərinin qarşılanması kimi izah olunur. Qədim və müasir iqtisadi ədəbiyyatlarda dövlət büdcəsinin metodları və prinsipləri, eyni zamanda burada səmərililik meyarlarının izahı sübut edir ki, “dövlət büdcəsi”

anlayışı daha geniş mənanı ifadə edir. Yəni, bura dövlət büdcə münasibətlərinin bütün mərhələləri daxildir. Beleliklə, sözügedən anlayışa aşağıdakı kimi tərif verə bilərik:

“Dövlət büdcəsi – uyğun büdcə mənbələrinin tapılması, toplanmış

vəsaitlərin səmərəli istifadə olunması, büdcə kəsirinin ödənilməsi məqsədilə pul fondlarının və ya vəsaitlərinin səfərbər edilməsindən ibarət tədbirlər kompleksidir.”

Dövlət büdcəsinin nəzəri əsaslarının tədqiqində klassik və müasir məktəblərin baxışları kifayət qədər fərqlənir. Bu məktəblərin dövlətin büdcə siyasətinə, o cümlədən ölkə iqtisadiyyatına büdcə xərcləmələrinin səmərəliliyinə münasibəti fərqlidir.

Büdcə haqqında klassik iqtisadi nəzəriyyənin banilərindən biri A.Smitin “Xalqların sərvətlərinin təbiəti və onların səbəbləri haqqında tədqiqat” adlı əsərində yer alır.Bununla müəllif hələ o dövr üçün də aktuallıq daşıyan, hətta, müasir dövrdə hər bir dövlətin maliyyə siyasətinin ayrılmaz hissəsi olan dövlət büdcəsi haqqında klassik baxışın əsasını qoymuşdur.

Dövlət büdcəsinin əsasını vergilərdən daxilolmalar tutur.Bu baxımdam A.Smit vergi tətbiq olunmasının əsası kimi ölkənin müdafiəsinin təmin edilməsi xərclərinin qarşılanmasıdır.Belə ki, O zaman açıq-aydın, müəyyən məhdudiyyət tələb olunur və Smit vergiqoymanın dörd məhşur prinsipini irəli sürür. Birincisi, adamlar dövlətin müdafiə təhlükəsizliyi çərçivəsində faydalandıqları gəlirlərə müəyyən hissə yardım etməlidirlər.kincisi, vergilərin miqdarı vergi məmurlarının sərbəst qərarlarından asılı olmaqdansa, dəqiq və dəyişməz olması məqsədə-uyğundur. Üçüncüsü, vergi ödəniş üçün uyğun olmalıdır. Dördüncüsü, vergilərin təsirli tərəfləri az olmalıdır: onlar toplanmaq üçün az olmalıdır; müəssisə və sənayeyə mane olmamalıdır; elə ağır olmamalıdır ki, hiyləgərliyə (məsələn, qaçaqmalçılıq kimi), imkan yaratsın; və o, “vergi toplayanların vaxtaşırı səfərlərini və eybəcər yoxlamalarını” tələb etməməlidir.

Hər bir dövlətin konkret tarixi şəraitindən asılı olaraq əmələ gələn funksiyalarını yerinə yetirərək, yəni maliyyə vəsaiti ilə təmin etmək üçün dövlət büdcəsi olmalıdır. Dövlət özünün iqtisadi, sosial və siyasi vəzifələrini, funksiyalarını yerinə yetirmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fonduna malik olmalıdır. İctimai – iqtisadi formasiyalar hətta dəyişiləndə belə dövlətin mühüm elementləri olan vergilər, istiqrazlar və dövlətə xas olan xərclər kimi kateqoriyalar obyektiv surətdə zəruri olur. Məhz bu cəhətlər dövlət büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi zəruri olmasını şərtləndirir.

Büdcə ölkənin maliyyə sisteminin mərkəzi həlqəsi olduğuna görə maliyyə kateqoriyasına ail olan bütün keyfiyyət cəhətlərini özündə əks etdirir. Maliyyə ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü nəticəsində dövlətin və ayrı-ayrı təsərrüfat subyektlərinin pul vəsaiti fondlarının yaranması və istifadəsi ilə əlaqədar olan pul münasibətlərini əks etdirir. Deməli, maliyyə daha geniş əhatə dairəsi olan pul münasibətləri sistemini özündə əks etdirir. Dövlət büdcəsi isə dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaranması və istifadəsi ilə əlaqədar olan pul münasibətləri sistemi daxili məhsulun bölgüsü və yenidən bölgüsü prosesində dövlətin mərkəzləşmiş sərəncamına daxil olan pul vəsaiti fondunun yaranması, bölgüsü və istifadəsi ilə əlaqədar olan pul münasibətlərini əks etdirir. Bu prosesdə dövlətlə müəssisələr, təşkilatlar arasında, dövlətlə əhali arasında maliyyə münasibətləri meydana gəlir. Bu prosesdə həmi dövlətin fondu yaranır, həm də həmin pul vəsaiti fondu dövlətin ümumi xərclərinin ödənilməsinə, cəmiyyətin bir çox ehtiyaclarının, müdafiə, sosial, idarəetmə və s. ehtiyaclarının ödənilməsinə istifadə olunur. İqtisadi ədəbiyyatda «Büdcə» terminin tətbiq olunması hamıya məlumdur. Lakin bir sıra hallarda «büdcə» termisni daha məqsədəuyğun şəkildə dövlət hakimiyyəti orqanlarını məxsus funksiyaların yerinə yetirilməsi üçün maliyyə təminatı ökimi formalaşması kimi xarakterizə olunur. Bu cür xarakterizə daha konkret və məqsədəuyğundur. Ona görə ki, həm mərkəzi, həm də yerli hakimyyəti orqanları cəmiyyətin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edirlər. Dövlət hakimiyyəti orqanlarının funksiyalarının həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaiti dövlət büdcəsinin və onun bütün həlqələrinin formalaşmasını və istifadə olunmasını ifadə edir.

Burada elə cəhətləri də aydınlaşdırmaq lazım gəlir ki, «büdcə» həm maliyyə münasibətlərini, həm dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaranması və istifadə olunması formasını, həm də dövlətin əsas maliyyə planı olması anlayışlarını özündə birləşdirir. Hər bir iqtisadi kateqoriyanın mahiyyəti bildiyimiz kimi, onun yerinə yetirdiyi funksiyalarla ifadə olunur. Dövlət büdcəsi də iqtisadi kateqoriya olmaqla müəyyən funksiyaları yerinə yetirir və bu funksiyaların məzmunun açmaqla «büdcənin» dövlət büdcəsinin sosial-iqtisadi məzmununu aydınlaşdırmaq olar. Bir çox iqtisadçı alimlər bu və ya digər iqtisadi kateqoriyanın mahiyyətini açarkən onun yerinə yetirdiyi funksiyaların əsas meyar olduğunu göstərirlər. Büdcə kateqoriyası da geniş ictimai münasçibətlər sistemini əks etdirməyinə görə maliyyəyə aid olan bütün funksiyaları özündə əks etdirir. Lakin büdcənin spesifik cəhətlərini də ümumi maliyyə münasibətlərindən ayırmaq olar. Belə ki, ən əvvəl büdcəyə maliyyə münasibətlərinin tərkib hissəsi kimi baxmalıyıq, ikinci, büdcə maliyyə planı kimi səciyyələnməlidir, üçüncü, büdcə mərkəzləşdirilmiş pul vəsaiti fondudur. Bu cür xarakterik cəhətlərini nəzərə almaqla görürük ki, büdcə kateqoriyası müəyyən konkret istiqamətlər üzrə xarakterizə olunur. Bunlar aşağıdakılardır:

1) büdcə fondunun yaranması (yəni büdcənin gəlirlərinin əmələ cəlməsi)

2) büdcə fondunun istifadə olunması (yəni büdcənin xərclərinin maliyyələşdirilməsi).


  1. büdcənin gəlirləri və xərclərinin formalaşması üzərində nəzarət.

Birinci funksiyanı, gəlirlərin yaranması ilə yerinə yetirir. Təsərrüfat təşkilatlarından (hüquqi şəxslərdən, fiziki şəxslərdən) vergilərin daxil olması, istiqrazların reallaşması, dövlət əmlakına misaldır. Lakin nəzərə almalıyıq ki, büdcə gəlirlərinin əsas mənbəyi ümumi daxili məhsulun ilkin bölgüsü zamanı yaranın təsərrüfat subyektlərinin pul vəsaiti fondlarıdır. Bunlara aiddir:

1) işçilərin əmək haqqı fondu

2) sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən mənfəət

3) qeyri-müzdlü işçilərin əmək haqqı fondu

4) torpaq sahiblərinin renta gəlirləri


  1. suda fondunun faizi (bankların mənfəti)

büdcənin gəlirlərinin bu cür ümumi sxemi, əlbəttə, daimi deyil, konkret iqtisadi-ictimai şəraitdən asılı olaraq dəyişir. Məlumdur ki, dövlət cəmiyyət miqyasında ümumi təsərrüfat subyekti kimi çıxış edir. Bu zaman istehsalçıların ümumi mənafeyi nəzərə alır və buna görə də büdcə ölkənin bütün iqtisadi sisteminin inkişaf mənafeyi nəzərə alınmaqla iqtisadi proseslərin nizamlaşdırılmasına təsir göstərir. Ölkənin bütün xalq təsərrüfatında makroiqtisadi proporsiyaların gözlənilməsi üçün, qeyri-istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi, əhalinin ümumi tələbatının ödənilməsi, müxtəlif mülkiyyət formalarının iqtisadi inkişafı və s. büdcənin ümumi ölkənin mənafeyi üçün istifadə olunmasını zəruri edir.

Büdcənin xərcləri də onun gəlirləri kimi müəyyən şərtlərə əsaslanır. Lakin gəlirlərə nisbətən xərclərin istiqamətinin, quruluşunun dəyişilməsi daha çevikdir. İqtisadi və siyasi vəziyyət dəyişəndə, büdcə xərcləri hərbi, sosial, iqtisadi-siyasi məqsədlərin mənafeyinə uyğun dəyişir. Belə ki, büdcənin xərclərinin hərbi və sosial məqsədlərə bölünməsi nisbətləri ayrı-ayrı hallarda kəskin dəyişə bilər. iqtisadi böhranlar, hərbi münaqişələr zamanı büdcə xərcləri hərbi ehtiyacları ödəmək üçün daha çoz dəyişilir.

Büdcənin nəzarət funksiyası da mövcud vəziyyətdən asılı olaraq müxtəlif istiqamətlərdə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, büdcənin nəzarət funksiyası həm gəlirlərin formalaşması zamanı, həm də onun xərclərinin maliyyələşdirilməsi zamanı həyata keçirilir. Bununla belə, büdcənin nəzarət funksiyası iqtisadi proseslərə təsir etməklə pul vəsaiti fondlarının düzgün formalaşması və məqsədli istifadəsi üçün şərait yaradır. Lakin nəzarət funksiyası həm ümumi maliyyə nəzarəti kimi, həm də maliyyə orqanlarının nəzarət vəzifəsi kimi qarşılıqlı vəhdətdə aparılır. Büdcənin nəzarət funksiyası maliyyənin nəzarət funksiyasının tərkib hissəsidir. Büdcənin iqtisadi-sosial məzmunu həm də onun geniş təkrar istehsaldakı rolu ilə də müəyyən edilir. Dövlət büdcə fondundan ölkənin ümumi mənafeyinə xidmət edən mütərəqqi təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün istifadə edir. Ən mühüm sahələrin inkişaf etdirmək, ölkənin perspektiv iqtisadi inkişafı mənafeyi üçün büdcə vasitəsilə dövlət ümumi daxili məhsulu bölüşdürür və yenidən bölüşdürür. Büdcə vəsaiti hesabına qeyri-istehsal sahələrinin maliyyə vəsaitinə olan tələbatı ödənilir. Büdcə vəsaitilə ümumi daxili məhsul ölkənin iqtisadi rayonları, ayrı-ayrı regionları arasında bölüşdürülür və yenidən bölüşdürülür. Ayrı-ayrı iqtisadi rayonlarda iqtisadi inkişaf etdirmək, məhsuldar qüvvələrin inkişafına nail olmaq və ölkə ərazisində infrastrukturasını inkişaf etdirmək və s. məqsədlər üçün büdcədən iqtisadi bir alət kimi istifadə olunur.

Konkret olaraq isə Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir:

- İctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;

- İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və stabilləşdirilməsi;

- Sosial siyasətin maliyyə təminatı;

- Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə nəzarət.

Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata keçirir.

Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər həlqələrindən heç biri vəsaitlərin yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrarası, ərazilərarası və s.) və çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və xərc təyinatlı göstəricilərlə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin hərəkəti bölgü funksiyasının əsasını təşkil edir.

Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam şəkildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını və səmərəli istifadəsini öyrənməyə imkan verir.

Büdcənin nəzarət funksiyasına hədd qoymaq və ya məhdudlaşdırma prinsipinə əsaslanır ki, bu da iki baxımdan həyata keçirilir:

a) zaman baxımından məhdudlaşdırma;

b) məbləğ və qiymət baxımından məhdudlaşdırma;

Bu o deməkdir ki, dövlət büdcəsi müəyyən bir müddətdə mədudlaşar. Bir qayda olaraq, büdcə müddəti bir il müəyyən edilir. Buna bəzən maliyyə ili də deyilir.



Yüklə 14,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin