Strateji plan - burada təşkilatın uzunmüddətli (5illik) və qarşıdakı il üçün məqsədləri,əldə olunacaq sosial əhəmiyyətli nəticələr,onlara nail olmaq üçün zəruri olan vasitələr əks olunur;
Illik tədbirlər planı – burada agentliyin (nazirliyin ) büdcəsində göstərilən hər bir proqram fəaliyyəti üzrə əldə olunacaq nəticələrin,xidmətlərin təqdim edilməsi səviyyəsinin,həcminin,keyfiyyətinin və effektivliyinin qiymətləndirilməsində istifadə olunacaq nəticəlilik göstəriciləri əks olunur;
Fəaliyyət nəticələri barəsində illikhesabat – burada əldə edilmiş nəticələrin nəzərdə tutulan (planlaşdırılan) göstəricilərin müqayisəsi verilir.Əgər faktiki verilən nəzərdə tutulanlara uyğun deyilsə və bəyan edilmiş məqsədlərə nail olunmayıbsa,onda agentlik kənarlaşmaların səbəblərini göstərməli və nəzarət göstəricilərinə nail olmaq üçün zəruri addımların qrafikini verməlidir.
Beləliklə,bu 2 ölkənin təcrübəsi kifayət qədər əyani şəkildə göstərir ki,həmin ölkələrdə büdcə planlaşdırılması işində tətbiq olunan nəticəyə yönəlik büdcə mexanizmləri dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsində və büdcə vəsaitlərinin cəmiyyət üzvlərinin maraqlarına uyğun istifadəsinin təmin edilməsində nə qədər əhəmiyyətli rol oynayır.
Artıq bir çox keçid ölkələrində, o cümlədən MDB məkanında da sözügedən mexanizmlərin tətbiqi sahəsində bir sıra addımlar atılıb.Hətta qonşu Rusiya və Qazaxıstan 2006-2007-ci illərddən başlayaraq büdcə sərəncamçısı olan hər bir ali dövlət qurumu üçün 3illil strateji inkişaf planların işlənməsinə start verib.Həmin planlarda hər bir nazirliyin (komitə və digər ali dövlət qurumunun) funksional təyinatına (əsasnamədə müəyyənləşdirilən missiyasına)
Uyğun olaraq strateji fəaliyyət istiqamətləri,hədəflər və hər bir hədəfə çatmağı ölçmək üçün məqsəd-nəticə indikatorları müəyyənləşdirilir.Sənəddə həmçinin dövlətin strateji məqsədləri ilə qurumun strateji fəaliyyət istiqamətlərinin uyğunluğu əks olunur.
Bu ölkələrin qanunvericiliyində “büdcə xərclərinin effektivliyi” əsas prinsiplərdən biri kimi əksini tapıb. Qazaxıstan Respublikasının büdcə Məcəlləsinin (24 aprel 2004-cü ildə qəbul olunub)3-cü maddəsinin 6-cı bəndində “effektivlik və nəticəlilik”prinsipi,Rusiya Federasiyasının Büdcə Məcəlləsinin (31 iyul 1998-ci ildə qəbul olunub) 34-cü maddəsində “effektivlik və büdcə xərclərinin qənaətli istifadəsi” prinsipi,Ukrayna Respublikasının Büdcə Məcəlləsinin (21 iyul 2001-ci ildə qəbul olunub) 7-ci maddəsinin 6-cı bəndində “effektivlik” prinsipi təsbit olunub.Ayrı- Ayrılıqda hər üç ölkənin qanunveriliyində büdcə xərclərinin effektivliyi prinsipinə yanaşmalara diqqət yetirək:
Qazaxıstan qanunvericiliyi – effektivlik və nəticəlilik prinsipi – optimal həcmdə büdcə vəsaitlərindən istifadə etməklə büdcə proqramlarının pasportlarında nəzərdə tutulmuş məqsədlər üzrə zəruri nəticələrə nail olmağa imkan verən büdcənin işlənməsi və icrası,yaxud təsdiqlənmiş büdcə vəsaitləri çərçivəsində daha yaxşı nəticələrin alınması;
Rusiya qanunvericiliyi – effektivlik və büdcə xərclərinin qənaətli istifadəsi prinsipi- səlahiyyətli dövlət orqanları və büdcə vəsaitlərinin sərəncamçıları büdcənin tərtibi və icrası zamanı əldə etmək istədikləri nəticələrə daha az xərclə nail olmaq zərurətindən çıxış etməli yaxud ən yaxşı nəticələrə daha az xərclə nail olamlıdırlar;
Ukrayna qanunvericiliyi- effektivlik prinsipi – büdcə prosesinin bütün iştirakçıları büdcəni tərtib və icra edərkən planlaşdırılmış məqsədə yetişmək üçün minimum həcmdə büdcə vəsaitləri cəlb etməyə cəhd göstərməlidir.
Göründüyü kimi ,hər üç izahda fərqli ifadə tərzi seçilsə də,büdcə xərclərinin səmərəliliyinə yanaşmanın mahiyyəti eynidir- daha az xərclə ən yaxşı nəticələrlə qarşıya qoyulmuş məqsədə nail olmaq.
Beynəlxalq təcrübədə dövlət büdcəsinin məqsədli proqramlar səviyyəsində icrasının aşağıdakı xüsusiyyətləri vardır.
Birincisi, bu proqramlar dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olmalıdır. İnkişaf etmiş ölkələrdə, bir qayda olaraq, ortamüddətli indikativ planlar qəbul edilir və bu planlarda nəzərdə tutulmuş hədəflərə çatmaq üçün maliyyə mənbəyi dövlət büdcəsinin xərcləri olan və əsas istiqamətləri ölkənin sosial-iqtisadi hədəfləri ilə üst-üstə düşən məqsədli proqramlar qəbul edilir.
İkincisi, büdcə maliyyələşdirilməsinin nəticələri orta və uzunmüddətli dövr üzrə müəyyənləşdiridiyi üçün məqsədli proqramların prinsiplərinin tam mənada tətbiqi ortamüddətli dövr üçün münasibdir. Buna görə də qeyd olunan büdcə metodunun
tətbiqi paralel olaraq perspektiv büdcə planlaşdırılmasına keçidi şərtləndirir. Belə ki, məqsədli sosial-iqtisadi inkişaf proqramları orta müddətli büdcə proqnozları (bəzi hallarda orta müddətli büdcə planlaşdırılması və ya sadəcə orta müddətli büdcə plan-proqnozu) ilə əlaqəli şəkildə və onlara uyğun hazırlanır.
Üçüncüsü, proqramlar çərçivəsində xərclənən vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə bu xərclər üzərində ciddi maliyyə nəzarəti aparılır və hesabatlar təqdim olunur. Bu hesabatlarda xərclərin səmərəliliyini qiymətləndirmək məqsədilə xüsusi (kəmiyyət və keyfiyyət) göstəricilər sistemi öz əksini tapır.
Hazırda ABŞ, Fransa, Norveç, Kanada, Yeni Zelandiya,Danimarka, İsveç, Finlyandiya, Böyük Britaniya və Rusiya Federasiyası kimi ölkələrdə haqqında danışılan metodun bu və ya digər formaları tətbiq edilir.
Məqsədli proqramlar səviyyəsində dövlət büdcəsinin icrası zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir:
1.Maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və ya
strateji hədəflər üzrə icrasının təmin edilməsi;
2.Dövlət qurumlarının məqsədi və strateji prioritetlərinin
proqramlara uyğunlaşdırılması;
3.Dövlət qurumlarının büdcə vəsaitlərindən istifadəsi üzərində
nəzarət mexanizminin qurulması;
4.Büdcə prosesləri daha çox dövlət sektorunda olan müəssisə
və təşkilatların fəaliyyəti ilə sıx bağlanır;
5.Büdcə layihəsi müvafiq icra hakimiyyəti orqanlarına büdcə
subyektlərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək imkanı
verən göstəricilər sistemi əsasında təqdim edilir.
Dostları ilə paylaş: |