Ix siNİFƏ QƏbul imtahaninin proqrami azərbaycan diLİ “Dinləyib-anlama və danışma”

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 96.3 Kb.
tarix24.05.2018
ölçüsü96.3 Kb.

IX SİNİFƏ QƏBUL İMTAHANININ PROQRAMI

AZƏRBAYCAN DİLİ

Dinləyib-anlama və danışma” məzmun xətti üzrə

1.1.1 (Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyam müəyyən edir)',

1.1.2 (Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir)',

1.2.1 (Fikrini müxtəlif formalarda ifadə edir);

1.2.2 (Fikrini məntiqi ardıcıllıqla ifadə edir);

1.2.3 (Nitqində müxtəlif səs çalarlarından istifadə edir);

1.2.4 (Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir) alt standartları şifahi nitq bacarığı nümayiş etdirməyi və xüsusi audio vasitələrdən istifadəni tələb edir.

Oxu” məzmun xətti üzrə

2.2.1 (Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur) alt standartı şifahi nitq bacarıqları tələb edir.

Yazı” məzmun xətti üzrə

3.1.2 (Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir) alt standartı şagirddən fakt toplamaq, mətn yazmaq, plan tərtib etmək bacarıqlarını tələb etdiyi üçün tədrisdən fərqli olaraq, imtahan zamanı tətbiq edilmir.

Aşağıdakı alt standartların reallaşdırılması səviyyəsini yoxlamaq və qiymətləndirmək mümkündür:


V sinif

2.1.2 Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.

2.2.3 Mətndəki əsas fikri müəyyənləşdirir.

3.1.3Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
VI sinif

2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.

2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.

2.2.3 Mətndəki fikir və mülahizələrə münasibət bildirir.

3.1.2 Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
VII sinif

2.1.1 Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.

2.1.2 Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir.

2.2.2 Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir.

2.2.3 Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır.

3.1.2 Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
VIII sinif

2.1.1 Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir.

2.1.2 Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir.

3.1.2 Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
Digər məzmun xətlərindən fərqli olaraq, “Dil qaydaları” məzmun xəttinin əhatə etdiyi alt standartların hamısının reallaşması səviyyəsini yoxlamaq və qiymətləndirmək mümkündür.

Dil qaydaları” məzmun xətti üzrə, əsasən, aşağıdakılarla bağlı bilik və bacarıqlar nümayiş etdirilməlidir:

Fonetika. Danışıq səsləri. Saitlərin növləri. Samitlərin növləri. Ahəng qanunu. Saitlərin uzun tələffüzü. Bəzi alınma sözlərdə “o” saitinin “a” kimi tələffüzü. Söz sonunda “b”, “c”, “d”, “g” samitlərinin tələffüzü. “K” samitinin yazılışı və tələffüzü. “Q” samitinin yazılışı və tələffüzü. Qoşa samitlə bitən təkhecalı sözlər. Qoşasamitli sözlərin tələffüzü. Sözün hərf və səs tərkibi.

Leksika. Sözün leksik və qrammatik mənası. Sözün məcazi mənası. Frazeoloji birləşmələr. Çoxmənalı sözlər. Omonimlər. Sinonimlər. Antonimlər. Terminlər. Arxaizmlər. Etimologiya.

Sözün tərkibi. Kök və şəkilçi. Leksik və qrammatik şəkilçilər. Sözün başlanğıc forması. Şəkilçilərin variantları. İkivariantlı və dördvariantlı şəkilçilər. Bir cür yazılan şəkilçilər. Sözönü şəkilçilər.

Söz yaradıcılığı. Quruluşuna görə sözlərin bir- birindən fərqləndirilməsi.

Düzəltmə sözlər.

Eyniköklü sözlər.

Mürəkkəb sözlər.

Bitişik və defislə yazılan mürəkkəb sözlər.

Morfologiya. Əsas və köməkçi nitq hissələri.

İsim, onun əşya adı bildirməsi. Konkret və mücərrəd isimlər.

Ümumi və xüsusi isimlər.

Tək və cəm isimlər. Toplu isimlər və onların cəm isimlərdən fərqi.

İsmin quruluşca növləri.

Düzəltmə isimlər.

Mürəkkəb isimlər və onların yazılışı. Bitişik və defislə yazılan mürəkkəb isimlər. Mürəkkəb isimlərin yaranma yolları.

İsmin halları. Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Qeyri-müəyyənlik bildirən təsirlik hal. Yönlük halda olan bəzi sözlərin tələffüzü. Çıxışlıq hal şəkilçisinin bəzən fərqli tələffüz olunması.

İsmin mənsubiyyətə görə dəyişməsi.

Mənbə, mövqe, mənafe, tale, mənşə, su, nə sözlərinin mənsubiyyətə görə dəyişməsi.

Bəzi ikihecalı isimlərin kökündə saitin düşməsi.

Xəbərlik şəkilçiləri.

Sifət, onun əşyaya aid əlamət və keyfiyyət bildirməsi. Sifətin quruluşca növləri.

Düzəltmə sifətlər.

Mürəkkəb sifətlər və onların yazılışı. Bitişik və defislə yazılan mürəkkəb sifətlər. Mürəkkəb sifətlərin yaranma yolları.

Sifətin dərəcələri. Azaltma və çoxaltma dərəcələrinin yaranması üsulları.

Say, onun əşya ilə bağlı miqdar və sıra bildirməsi.

Sayın mənaca növləri: miqdar və sıra sayları.

Miqdar say larinin növləri:

Müəyyən miqdar sayları.

Qeyri-müəyyən miqdar sayları.

Kəsr sayları.

Numerativ sözlər.

Sayın quruluşca növləri.

Sayların yazılışı (sözlərlə, ərəb rəqəmləri ilə, Roma rəqəmləri ilə).

Miqdar saylarında şəkilçilərin yazılışı.

Sıra saylarının yazılışı.

Mürəkkəb sayların yazılışı. Defislə yazılan mürəkkəb saylar.

Saylarla işlənən isimlərin təkdə və cəmdə olması.

Əvəzlik, onun əsas nitq hissələrinin yerində işlənməsi. Əvəzliyin mənaca növləri.

Şəxs əvəzlikləri. Şəxs əvəzliklərinin şəxsə və kəmiyyətə görə dəyişməsi.

İşarə əvəzlikləri.

Qeyri-müəyyən əvəzliklər.

Təyini əvəzliklər.

“O”, “bu” əvəzliklərindən sonra vergülün işlənməsi.

Əvəzliyin quruluşca növləri: sadə əvəzliklər,

düzəltmə əvəzliklər, mürəkkəb əvəzliklər.

Feil, onun əşyanın hərəkətini bildirməsi. Feilin məsdər forması.

Təsdiq və inkar feillər.

Feilin şəxsə görə dəyişməsi.

Feilin quruluşca növləri. Düzəltmə feillər.

Mürəkkəb feillər.

Defislə yazılan mürəkkəb feillər.

Ayrı yazılan mürəkkəb feillər.

Feilin şəkilləri. Xəbər şəkli. Xəbər şəklinin həm zamana, həm də şəxsə görə dəyişməsi.

Feilin indiki zamanı. Feilin keçmiş zamanı. Feilin gələcək zamanı.

Xəbər şəklində olan feillərin yazılışı və tələffüzü.

Əmr şəkli.

Arzu şəkli.

Vacib şəkli.

Lazım şəkli.

Şərt şəkli.

Hərəkətin subyekti və obyekti.

Feilin qrammatik məna növləri: məlum, məchul, şəxssiz, qayıdış, qarşılıq-birgəlik, icbar feillər.

İdi, imiş, isa hissəcikləri.

İdi, imiş hissəcikləri və keçmiş zaman şəkilçiləri.

İsə hissəciyi və feilin şərt şəkli.

Feilin təsriflənməyən formaları.

Məsdər, feili sifət, feili bağlama feilin şəxsə və kəmiyyətə görə dəyişməyən formaları kimi.

Məsdərin ismin bəzi xüsusiyyətlərinə malik olması.

Feili sifətin hərəkət, əlamət, keyfiyyət və zaman anlayışı bildirməsi. Feili sifətin sifətin bəzi xüsusiyyətlərinə malik olması.

Feili sifətin feildən düzələn sifətlərdən fərqləndirilməsi.

Feili bağlamanın həm zərf, həm də feilin xüsusiyyətlərini daşıması.

Zərf onun hərəkətlə bağlı olması.

Zərfin quruluşca növləri: sadə zərflər, düzəltmə zərflər, mürəkkəb zərflər. Mürəkkəb zərflərin yazılışı.

Bitişik yazılan zərflər, defislə yazılan zərflər, ayrı yazılan zərflər.

Zərflərin mənaca növləri: tərzi-hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri, kəmiyyət zərfləri.



Həm zərf həm də digər nitq hissələri kimi işlənə bilən sözlər.

Köməkçi nitq hissələri. Qoşma.

Qoşmanın müxtəlif qrammatik məna çalarları yarada bilməsi.

Qoşmaların deyilişi və yazılışı.

Çoxhecalı qoşmaların ayn, təkhecalı qoşmaların bitişik yazılması.

Bağlayıcı. Bağlayıcı cümlə üzvləri və cümlələrin arasında əlaqə yaradan köməkçi nitq hissəsi kimi.

Bağlayıcılarda vergülün işlənməsi.

Mürəkkəb bağlayıcılar və onların yazılışı.

Ədat. Ədatın cümlədə fikrin təsirli olmasına kömək edən köməkçi nitq hissəsi olması.

Ədatların orfoqrafiyası. Bitişik və ayn yazılan ədatlar. Təsdiq və inkar ədatlarda vergülün işlənməsi. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsi kimi.

Modal sözlərdə vergülün işlənməsi.

Nida hiss-həyəcan bildirən köməkçi nitq hissəsi kimi.

Nidalarda vergül və nida işarəsinin işlənməsi.

Əsas və köməkçi nitq hissələrinin omonimliyi. Köməkçi nitq hissələrinin bir-biri ilə omonimliyi. Köməkçi nitq hissələrinin sinonimliyi.

Bəzi bağlayıcı və ədatların müəyyən şəkilçilərdən fərqləndirilməsi.

Sintaksis. Söz birləşməsi.

Söz birləşmələrinin quruluşu. Sadə və mürəkkəb söz birləşmələri.

Mürəkkəb adlar.

Mürəkkəb adların yazılışı.

Söz birləşmələrinin əsas və asılı tərəfləri.

Əsas tərəfə görə söz birləşmələrinin növləri.

İsmi birləşmələr və onların növləri.

İsmi birləşmələrin yaranmasında yiyəlik hal və mənsubiyyət şəkilçilərinin rolu.

I növ təyini söz birləşməsi.

II növ təyini söz birləşməsi.

III növ təyini söz birləşməsi.

Feili birləşmələr və onların növləri.

Məsdər tərkibləri.

Feili sifət tərkibləri.

Feili bağlama tərkibləri.

Sintaktik əlaqələr və onların növləri.

Tabesizlik əlaqəsi.

Tabelilik əlaqələri.

Uzlaşma əlaqəsi.

İdarə əlaqəsi.

Yanaşma əlaqəsi.

Cümlənin qrammatik əsası.

Mübtəda.

Mübtədanın ifadə vasitələri.

Xəbər.

Xəbərin ifadə vasitələri.

Feili xəbər. Feili xəbərin feilin müxtəlif şəkilləri və frazeoloji birləşmələrlə ifadə olunması.

İsmi xəbər. İsmi xəbərin ifadə vasitələri.

Suala cavab verməyən var, yox, lazım, mümkün və s. sözlərin ismi xəbər kimi işlənə bilməsi.

Deyir sözünün adlara qoşulması ilə yaranan ismi xəbərlər.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması.

Cümlənin II dərəcəli üzvləri.

Tamamlıq.

Vasitəli tamamlıqlar, vasitəsiz tamamlıqlar.

Tamamlıq və idarə əlaqəsi.

Tamamlığın ifadə vasitələri.

Təyin. Təyinin bütün cümlə üzvlərinə aid olması. Təyin və yanaşma əlaqəsi.

Təyinin ifadə vasitələri.

Zərflik. Zərfliyin, əsasən, feili xəbərə aid olması. Zərfliyin mənaca növləri.

Tərzi-hərəkət zərifliyi.

Zaman zərfliyi.

Yer zərfliyi.

Məqsəd zərfliyi.

Səbəb zərfliyi.

Zərfliklə xəbər arasında yanaşma və idarə əlaqəsi. Zərfliyin ifadə vasitələri.

Həmcins üzvlər.

Bütün cümlə üzvlərinin həmcins ola bilməsi. Həmcins və qeyri-həmcins təyinlər.

Həmcins üzvlərdə tabesizlik əlaqəsi.

Həmcins üzvləri bir-birinə bağlayan vasitələr. Həmcins üzvlərdə qrammatik şəkilçilərin ixtisarı. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlərdə durğu işarələrinin işlənməsi.

Cümlədə söz sırası.

Əlavələr.

Əlavələrdə tire və vergül işarəsindən istifadə edilməsi.

Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqəyə girməyən sözlər.

Xitab.

Xitablarda vergülün işlənməsi.

Ara sözlər.

Ara sözlərdə vergülün işlənməsi.

Cümlə. Söz-cümlə.

Söz-cümlələrin ifadə vasitələri.

Əmr cümləsi.

Nida cümləsi.

Müəyyən şəxsli cümlə.

Qeyri-müəyyən şəxsli cümlə.

Ümumi şəxsli cümlə.

Şəxssiz cümlə.

Adlıq cümlə.

Cümlələrin quruluşca növləri.

Sadə cümlənin bir, mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsasının olması.
ƏSAS ƏDƏBİYYAT SİYAHISI

1. R.İsmayılov, D.Cəfərova, G.Xudiyeva, X.Qasımova. Azərbaycan dili. 5-ci sinif üçün dərslik, - Bakı,

  1. 2016.

2. R.İsmayılov, D.Cəfərova, S.Məmmədova. Azərbaycan dili. 6-cı sinif üçün dərslik, - Bakı,

  1. 2017. ƏDƏBİYYAT SİYAHISI

3. R.İsmayılov, A.Rüstəmova, H.Allahverdi, S.Məmmədova. Azərbaycan dili. 7-ci sinif üçün dərslik, -Bakı, 2014, 2016.

4. T.Hacıyev, S.Bektaşi, M. Vəliyeva, Y.Hüseynova. Azərbaycan dili. 8-ci sinif üçün dərslik, - Bakı,

2015, 2017.

ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

1. Orfoqrafıya, orfoepiya lüğəti. DİM“Abituriyent”. - Bakı, 2017.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə