İxtisas: Amerikaşünaslıq Şöbə: Kurs: Qrup


I FƏSİL Con Ficerald Kennedi: XX əsrdə ABŞ-ın ilk və yeganə katolik prezidenti



Yüklə 58,7 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü58,7 Kb.
#110157
1   2   3   4   5
I FƏSİL

Con Ficerald Kennedi: XX əsrdə ABŞ-ın ilk və yeganə katolik prezidenti

XX əsrdə yaşayan heç bir prezident C.F.Kennedi kimi amerikalıların ictimai kollektiv şüuruna bu qədər güclü şəkildə təsir göstərə bilməmişdir.Onun gənc ruhu,fərqli düşüncə tərzi,xəyal gücü,rasionalist baxışı,cazibədarlığı və şarmı “Yeni nəslə” olan keçidi daha da sürətləndirdi,hansı ki, ABŞ-ın yetişməkdə olan bu nəsli Duayt Eyzenhauerin sakit keçən prezidentliyinin son dönəmlərindən demək olar ki,təngə gəlmiş və hələ də məlum olmayan,mübahisə doğuran “Yeni hüdudlara” a can atırdı. Kennedinin prezidentlik dövründə dünya atom müharibəsinin bir addımlığında idi,bütün bunlara baxmıyaraq Kennedi öz soyuqqanlılığı ilə yaranan böhranlardan çıxış yolunu axtarmaqla məşğul idi.Kennedi Ağ evə öz cazibədar ailəsi və intellektual məsləhətçiləri ilə yeni bir nəfəs , yeni bir still gətirdi. Paytaxt Vaşinqton isə onun dövründə artıq yaranmış fövqəl dövlətin mərkəzinə çevrilməklə yanaşı, “Azad dünyanın” və eləcə də qlobal,hələ də formal olmayan “ABŞ imperiyasının” bütün hüquqi məsuliyyətinin daşıyırdı.Yaratdığı “Azad dünyanın” rəhbəri obrazı isə onun 2 il 10 aylıq prezidentlik fəaliyyətinin ona qarşı törədilən sui-qəsd nəticəsində bitməsi ilə darmadağın oldu.Lakin onun vaxtsız ölümü belə,sadə ictimaiyyətdə yaranan “Kennedi mifi”ni aradan qaldıra bilmədi.

Con Ficerald Kennedi 1917-ci il 29 may tarixində Bruklen şəhərində, Massaçusets ştatında 9 uşaqlı bir ailənin 2-ci övladı olaraq dünyaya gəlmişdir. ABŞ tarixində iz buraxan və tez bir zamanda ölkənin elit təbəqəsinin nümayəndəsinə çevrilən Kennedilər nəsli irland mənşəli katolik bir ailə idi. Ailə həm də öz siyasi ənənələri ilə seçilirdi .Conun tərbiyəsi ilə məşğul olan atası Cozef ABŞ-ın ən cavan bank müdirlərindən olmuşdur və məhz bu səbəbdən o, öz övladını “pul hakimiyyətdir,hakimiyyət isə puldur” prinsipi ilə yetişdirirdi.Lakin anası Roza da öz soyuqqanlılığı və ciddi xarakteri ilə heç də atasından geri qalmırdı.Konnektikut ştatındakı internat məktəbində Con orta səviyyəli şagird olsa da, məktəb yoldaşları ondan praktik həyatda daha çox uğur gözləyirdilər. Con uşaqlıqdan xəstəhal, fiziki cəhətdən zəif biri idi, onun qardaşı  Robert  deyirdi ki, Con xəstə olarkən çoxlu kitab oxuyardı.Hətta onun bir məktəb yoldaşı xatırladırdı ki, o məktəbdə “Nyu-York Times”ı başdan-başa oxuyan yeganə şəxs idi. 1935-ci ildə Con orta məktəbi bitirir,və bundan sonra baş verən hadisələr onun sonrakı həyatına ciddi şəkildə təsir göstərir. Atası Cozef Kennedi ABŞ-ın Londona səfiri kimi təyin edilir. Məhz həmin il o,London İqtisadiyyat Məktəbinə daxil olur. Atasının səfir kimi təyin olunması həm də Kennediyə uzun müddət İngiltərədə yaşamağa imkan verdi. Həqiqətən də,burada olarkən o,nəinki bir sıra Avropa dövlətlərinə səyahət etmək,həm də faşizmin Avropada necə sürətli şəkildə inkişaf etdiyini izləmək şansını da əldə etdi. Belə ki, ABŞ-ın II Dünya müharibəsinə qoşulması , İngiltərə siyasətində baş verən münaqişələr onun gənclik illərində silinməz izlər buraxdı.Lakin bütün bu təcrübələrindən Kennedi öz gələcək siyasi karyerasında istifadə etmək niyyətində idi.Kennedinin səhhəti ilə bağlı yaranan problemlər,və eləcə də oynadığı futbol maçı zamanı belinin zədələnməsi Priston,daha sonra Harvard universitetlərindəki təhsilini tamamlıya bilməməsi ilə nəticələnirdi.Lakin,nəhayət 1940-cı ilin iyunun 21-də öz ali təhsilini başa vurur. Harvard universitetini bitirdiyi zaman Kennedi İngiltərənin Münhen sövdələşməsindəki rolundan bəhs edən diplom işini kitab şəklində çap etməyə qərar verir.Belə ki, diplom işində həmçinin Kennedi demokratiyanın totalitar təhlükəyə qarşı açıq mübarizəsində demokratiya tərəfdarı kimi çıxış etmişdi.Paris şəhərinin düşmən əlinə keçdiyi bir dövrdə ,yəni 1940-cı ilin iyulunda Kennedi öz diplom işini “İngiltərə niyə yatmışdı”adı altında kitab şəklində dərc edərək,kitabın 80 minlik tirajla satılmasına da müvəffəq ola bilmişdi.

Kennedinin zəif fiziki quruluşa malik olması və o cümlədən aldığı xəsarət (futbol maçı zamanı) səbəbindən onu hərbi xidmətdən azad etsələr də,atasının nüfuzu sayəsində o, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə (HDQ) qəbul edilmişdi. Sakit okeanda baş verən sualtı müharibədə iştirak edən Kennedi,həm də PT-109 yüksəksürətli torpeda katerində göstərdiyi xidmətə görə “Purpur Ürək” və HDQ-nin mükafatlarını qazanmışdı.2 Belə ki,1943-cü ilin avqust ayının 2-də Kennedinin kapitanı olduğu PT-109 kateri yapon dəniz qüvvələrinin mina gəmisi tərəfindən tarana məruz qaldı.Darmadağın olan gəmidən sağ qalan heyətin üzvləri ilə birgə Kennedi yaxınlarda yerləşən adalardan birinə sığınaraq amerikalılarla əlaqə qurmağa müvəffəq ola bilmişdi.Baş verən hadisə zamanı Kennedi bədəninin müxtəlif hissələrindən xüsusilə də, belindən və kürək nahiyyəsindən çox saylı zədələr almışdı.Bu səbəbdən üst-üstə keçirilən 2 ağır əməliyyatdan sonra 1944-cü ilin son rübündə Kennedi Hərbi Dəniz Qüvvələrindən (HDQ) baş leytinant rütbəsi ilə ayrılacağını bildirdi.Qeyd etmək lazımdır ki, göstərdiyi şücaətə görə HDQ və Dəniz piyadaları medalı ilə təltif olunmuşdur.(ing.Navy and Marine corps Medal ).Həm fiziki cəhətdən zəif olması,həm keçirdiyi əməliyyatlar Kennedinin bundan sonrakı həyatına ciddi şəkildə təsir göstərməyə başlamışdı.Beləki,bir sıra siyasi icmalçılar və tənqidçilər hələ də düşünürlər ki,Con Kennedinin sağlamlığı ilə bağlı problemləri onun həm də prezidentlik fəaliyyətinə də yansımağa başlamışdı.Bunun əsas səbəblərindən biri də,keçirdiyi Adisson xəstəliyi idi.Ağ Ev mətbuat xidmətinin verdiyi məlumata əsasən,bəzən prezidentin planlaşdırılmış səfərlərin çoxu məhz ani baş verən sancı və ağrılar səbəbindən təxirə salınırdı.Həqiqətən də,xəstəliyin müalicəsi zamanı Kennedinin qəbul etdiyi dərman və preparatlar tez bir zamanda öz əks təsirini göstərmiş və prezidentin istər sosial,istərsə də siyasi həyatında böyük çətinliklər yaratmağa başlamışdı.

_____________________

2 Юрген Хайдекинг « 35-й президент США » (2003,Moskva) seh 323.

1944-cü ilin avqust ayının 12-də Kennedinin böyük qardaşı Cozef II Dünya müharibəsində həlak olduğu zaman, o ailənin yeganə ümidinə çevrilir.Beləliklə, atasının təkidi ilə Kennedi ailənin məlum ənənələrini davam etdirmək üçün öz siyasi karyerasına başlamağa qərar verir. Bu sahədə atılan ən uğurlu addımlardan bir də Jaklin Li Buvye ilə 1953-cü ilin sentyabrın 12-də Nyu-Port ( Rod-Aylend ) də keçirilən nigah mərasimi oldu .Tarixçi və eyni zamanda Kennedinin iqtisadi məsələlərin həlli üzrə müşaviri və məsləhətçisi Uolt Rostun yazdığına görə, ABŞ-ın 35-ci prezidenti Ağ Evə öz möhtəşəm xanımı və 2 övladı ilə yeni bir nəfəs gətirmişdi .Baxmayaraq ki, Kennedi məlum səbəblərdən bu evliliyin bitməsi ilə təqsirləndirilirdi,hətta verilən məlumatlara əsasən 1954-cü ildə evlilik boşanma ilə belə nəticələnə bilərdi,lakin xanım Jaklin Kennedi hər zaman öz loyallığı və sadiqliyi ilə yoldaşının həm siyasi,həm də ictimai həyatda yanında olduğunu bildirirdi.

Kennedi öz siyasi karyerasına 1946-ci ildə Boston şəhərindən ABŞ Konqresinin Nümayəndələr palatasına öz namizədliyini irəli sürməklə başladı.Demokratlar partiyasının üzvü kimi Con Kennedi 1947-1953-cü illər ərzində Nümayəndələr palatasında,1953-cü ilin yanvar ayının 3-dən 1960-cı ilin dekabr ayının 22-nə kimi isə Massaçusets ştatından senator kimi 2-ci palatada fəaliyyət göstərməyə başladı.Nümayəndələr palatasında olduğu müddətdə Kennedi bir sıra ölkələrə səfərlər etmiş, Polşa,Türkiyə,Fələstin,SSRİ və Balkanlarda olmuşdur.1951-ci ildə isə o,yenidən İngiltərəyə,daha sonra Fransaya,İtaliyaya,AFR-ə və Yuqoslaviyaya səfər etmişdir.Senatın xarici işlər üzrə komitəsinin üzvü olan Kennedi xarici siyasətdə baş verən uğursuzluqları məhz həmin dönəm prezidentlik kürsüsündə əyləşən Duayt Eyzenhauer ilə əlaqələndirirdi. Xarici siyasətdə ən çox maraqlandığı mövzular üzrə artıq Kennedi kəskin çıxışlar hazırlamağa başlamışdı.Beləki,məhz bu dövr ərzində o, Afrika və Asiyada baş verən dekolonizasiya (müstəmləkələrin ləğvi) və neonasionalizm ( yeni millətçilik ) hərəkatı ilə yaxından maraqlanırdı.Bu səbəbdən də, Pakistan,Hindistan,Malava,Cənubi Koreya kimi ölkələrə səfərlər etmək qərarını almışdı.3Xarici siyasətə daha çox maraq göstərməyə çalışan Kennedi Konqresdə “Sovetlər” təhlükəsindən söz açırdı.O,dəfələrlə “Sovet ateizmi və materializmi” nin nə dərəcədə məhv edici bir qüvvə olduğunu və yaranan bu təhlükəyə qarşı ən yaxşı müdafiə silahının “daimi inkişaf-yəni təhsil” olacağını da bildirirdi. Hətta bu dövürdə bütün ölkəni bürüyən “makkartizim” hərəkatına qarşı da bir mənalı şəkildə yanaşmırdı.Konqres hər zaman Kennedini bu siyasəti dəstəkləməyi ilə təqsirli bilir və daima tənqid edirdi. Lakin atasının yaxın dostu olan Jozef Makkartinin başçılığı ilə aparılan ,bütün amerikalıları qorxu və təlaş içərisində buraxan bu hadisəni Kennedi kənardan,hərəkatın daxili işlərinə qarışmadan, 3-cü bir şəxs kimi izləyirdi.4 Konqresdə etdiyi çıxışlarda o, daha çox Marshall planını və NATO –nu dəstəkləyir,Trümenin isə Çinə qarşı yürütdüyü siyasəti kəskin şəkildə tənqid edirdi.Ölkənin rifahının yüksəldilməsi yolunda isə reform xəttini təklif edir, sosial yönümdə keçiriləcək islahatların işçi təbəqəsinin həm həyat standartlarını,həm də iş şəraitini yaxşılaşdıracağı fikrini irəli sürürdü.

Ümumiyyətlə,Kennedi xarici siyasətlə bağlı bütün fikirlərini çəkinmədən və açıq şəkildə bildirirdi.Beləki,Kennedinin Konqresdə etdiyi ən kəskin çıxış 1957-ci ildə olmuşdur.Bununla da o, artıq özünə daha çox diqqət cəlb etmişdi.Bu çıxışlarının birində Kennedi,fransızların Əlcəzair ilə bağlı yürütdükləri müstəmləkə siyasətini tənqid etmiş və tez bir zamanda Əlcəzairə müstəqillik verilməli olduğunu bəyan etmişdi.Kennedi həm də,yeni yaranan və hələki öz bitərəfliklərini qoruyub-saxlamağa çalışan gənc respublikalara yardım göstərilməsinin zəruri olduğunu vurğuladığı zaman adət halını almış şablon fikirləri və ümumi kollektiv düşüncəni demək olar ki,alt-üst eləmişdi.Kennedinin senator olduğu müddətdə baş verən ən zəruri və aktual məsələlərdən bir də 1957-ci ildə baş verən “peyk şoku” (elmi ədəbiyyatlarda “peyk həyəcanı”) idi.

____________________________

3 Юрген Хайдекинг « 35-й президент США » (2003,Moskva)

4 Wikipediya –Con Ficerald Kennedi (ing/translate) page 3-4.

Kennedi ABŞ Konqresində yaranan məlum hadisəylə bağlı fikirlərini ifadə edərkən yenə çox sadə və kəskin şəkildə çıxış etmişdi.O, bu “həyəcanı” öz müasirləri ilə bölüşdüyü zaman “nə qədər qəribə olsa da,Sovetlər gələcək üçün daha yaxşı silahlanıb və qərb ölkələrinə nisbətən Sovetlərin belə güclü şəkildə silahlanmasının əsas səbəbi onlarda olan təhsil səviyyəsinin çox yüksək olmasıdır” fikri ilə bütün nəzərləri bir daha öz üzərinə yönəltmişdi.Kennedi bununla da,belə bir çıxış yolu təklif edirdi ki, əgər uzun illərdən bəri sürən “müvəqqəti sükunət və daimi sabitlik” pozulsa və bütün diqqət ölkə təhsilinə yönəlsə,yetişdirilən savadlı kadrlar sayəsində ABŞ nəinki silahlanma sahəsində ,hətta kosmik sahədə belə özünə yaraşan hegemonluğu ələ ala bilər.5 Bir sıra siyasi tənqidçilər bunun siyasi bir manevr olduğunu,Kennedinin belə pafoslu çıxışları ilə partiyada ön plana çıxmaq və seçkiqabağı təbliğat işində daha da çox səs toplamaq üçün bir strategiya planı olması fikrində idilərsə də,Kennedinin prezidentliyi dövründə və daha sonralar etdiyi çıxışlar belə qəbildən olan bütün düşüncələri darmadağın etdi.

Baxmıyaraqki,Kennedinin gələcək siyasi karyerası üçün atdığı ən mühüm addımlardan biri uğursuzluqla nəticələnmişdi və bunun nəticəsində o,1956-ci ildə çox az səs faizi ilə öz partiya rəqibi olan Adlay Stevenson ilə birgə vitse-prezidentlik postu uğrunda mübarizədə məğlub olmuşdu,lakin hələ də partiyanın gələcək insanı sayılırdı.Vitse-prezidentlik postuna respublikaçılar partiyasından olan Riçard Niksonun sahib olması,Kennedidə ruh düşkünlüyü yaratmadı.

Konqresdə 1956-1957 ci illər ərzində daxili siyasətdə sol liberal xətt üzrə irəliləyən Kennedi artıq ABŞ-da baş verən rasizim məsələsinə və həmkarlar ittifaqlarının fəaliyyətinə diqqət yönəltməyə başladı.Nəhayət, 1958-ci ildə Kennedi Massaçusets ştatının tarixində ən çox səs toplayan demokrat olaraq tarixə düşdü.

_______________________________

5 Robert Dallak “ Unfinished life”Washington DC (1999)–(Domestic Affairs of Kennedy Administration)

1958-ci ildə əldə etdiyi uğuru Kennedi 60-cı ildə keçiriləcək olan prezident seçkilərində Duayt Eyzenhauerin qarşısında bir sınağa bənzədirdi.Bu qələbə həm də Kennediyə imkan verirdi ki,o, seçkiqabağı kampaniyada da xalqın inamının qazansın.Beləki,qardaşı Robert(bəzi ədəbiyyatlarda Bobbi) –in dəstəyi ilə yaxşı təşkil olunmuş təbliğat, uğurlu seşkiqabağı kampaniya partiya daxilində rəqibləri olan Hubert Hemfri,Adlay Stevenson,Lindon Conson,Stüart Saymenqtona qalib gəlməyə şərait yaratdı.Nəhayət,gözlənilən baş verdi.Demokratlar partiyasının 1960-cı ilin iyul ayının 13-də Los-Angeles şəhərində keçirilən I Qurultayında Con Ficerald Kennedi vahid namizəd kimi prezidentlik postuna mübarizəyə irəli sürüldü.Ona qarşı olan heç bir etiraza məhəl qoymadan hərəkət edən Kennedi,Lindon Consonu da özü ilə birgə vitse-prezidentlik postuna namizəd kimi irəli sürdü.Kennedi bununla,cənub ştatlarında Consonun nüfuzundan yararlanmaq istəyirdi.Kennedi seçkiqabağı kampaniyasına başladığı zaman sözün əsl mənasında “şok” keçirmişdi.O, inana bilmirdi ki,cənub ştatlarında olan bəzi protestantlar hələ də,bir katolikin Roma papasına danışıqsız tabe olacağı barədə bəzi nağıllara inanır.Kennedi irland mənşəli katolik bir namizəd idi və çox yaxşı başa düşürdü ki,onun haqqında yaranan yanlış ictimai fikri aradan qaldırmaq üçün mütləq kəskin və xalqda özünə inamı formalaşdıran bir nitq hazırlamaq lazımdır.O,bu problem barədə 1960-cı ilin sentyabr ayının 12-də Texas ştatının “Hyuston şəhəri Keşişlərinin Böyük Assosiyasiyası” qarşısında güclü bir nitqlə çıxış etmışdi. Artıq Kennedi ona qarşı yaranan yanlış fikirlərin hamısını bu çıxışı ilə alt –üst etmışdi.O, öz nitqində çıxış yolu kimi yeni bir ideyadan özünü müdafiə üçün silah olaraq istifadə etmiş və dinin dövlətdən ayrı olduğunu,katolik namizəd olmasına baxmıyaraq həmçinin özünü müasir dinin dəstəkçisi kimi də təqdim etmişdir. Kennedi çıxışı zamanı demişdi ki : "Mən prezidentliyə katolik namizədi deyiləm. Mən Demokratik Partiyanın, həm də katolik olan namizədiyəm. Mən ictimai məsələlər haqqında kilsə adından danışmıram və kilsə də mənim adımdan danışmır."6

Bununla da,Kennedi seckiqabağı kampaniyada ona əngəl törədə biləcək mənfi hadisələrdən xilas ola bilmişdi. Demokrat partiyasından bir namizəd kimi Kennedi öz “yeni hüdülar” ( New Frontier) programını irəli sürmüşdü.Bu siyasi doktrina amerikalıları təəccüb içərisində buraxmış və uzun illərdir ki, qatlaşmış olan düçüncələrinə zərbə endirmişdi.Kennedinin bundan sonrakı prezidentlik fəaliyyətində də ən səciyyəvi xüsusiyyət kimi dəyərləndiriləcək bu siyasi xətt ABŞ sərhədlərindən kənarda belə özünə tərəfdar toplamağı bacarmışdı.

Seçkilərdə Kennedinin rəqibi respublikaçılar partiyasından olan və eyni zamanda prezident Duayt Eyzenhauerin administrasiyasında vitse-prezidentlik postunda əyləşən Riçard Nikson idi.ABŞ tarixində ilk dəfə olaraq Kennedinin təklifi ilə rəqiblər arasında tele-debat keçirilmişdi.7Riçard Nikson ilə televiziyada apardığı bir sıra mübahisələrdə o,fikrini daha aydın ifadə edə bilən bir adam olduğunu və enerjili olduğunu göstərirdi.Bir vitse-prezident kimi yetərli siyasi təcrübəyə malik olan R.Nikson isə debatlarda daha yorğun görsənirdi.Debatlarda Kennedi,yeni onilliyə cəsarətlə addımlamaq haqda danışır və “Biz axtarsq da,axtarmasaq da,Yeni sərhəd buradadır” deyirdi.8 Kennedi hər şeydən öncə respublikaçıları ABŞ-ın gücünün itirilməsində günahlandırır,prezident Eyzenhauerin şəxsi nüfuzuna toxunmadan,amerikalıların itirilmiş qüdrətini bərpa edəcəyini bildirirdi.Kennedi ABŞ-ın hər bir sahədə uğur əldə etməsi üçün və respublikaçılar dövründən yaranan “müvəqqəti sabitliyin” aradan qaldırılması üçün reform xəttini irəli sürür,sosial islahatların keçirilməsinin zəruriliyini vurğulayırdı .Riçard Niksondan fərqli olaraq Kennedi daha çox intellektual, daha gənc təbəqənin diqqətini çəkmişdi.

________________________

6 Wikipediya –Con Ficerald Kennedi (ing/translate) page 3-4.

7 Robert Dallek “Unfinished life” (Washington Dc) 1999

8 Vaqif Aslanov “Amerika tarixinin əsas cəhətləri” Bakı ( 1999)

Qardaşı Robertin dəstəyi ilə güclü şəkildə təşkil olunmuş seçkiöncəsi kampaniya,Kennedilərin nüfuzu,ailənin yaxşı əlaqə və münasibətləri,həm də özünün insanlarla düzgün münasibət qurmaq bacarığı xalqda ona olan inamı daha da artırmışdı.Tele – debatlara isə Kennedi daha tez qoşulmuşdu.Debatlarda yorğun və passivliyi ilə seçilən Niksonun əsksinə Kennedi daha dinamik və daha enerjili,çevik görsənirdi.Nikson ilə Kennedi arasında baş verən dialoqları 100 milyondan çox amerikalı izləyirdi.Bir sıra tarixçilər hələ də düşünürlər ki,Massaçusetsdən çıxan bu gənc senatorun özünü təqdim etməsində və xalqa birbaşa müraciətində debatların böyük əhəmiyyəti olmuşdur.Bütün bu amillər artıq 60-cı il seçkilərində onun qələbəsini mütləq etmişdi.

1960-cı ilin noyabr ayında keçirilən seçki günü (8 noyabr) Kennedi və onun vitse-prezidentliye namizədi Lindon Conson öz rəqibləri ilə eyni səs faizlərini toplamışdılar.(49,7 % - 49,5 %). Belə bir nəticə 1888-ci ildə keçirilən seçkilərdən sonra namizədlər arasındakı ən yaxın nəticə idi.9 Birinci turda 68,8 milyon seçkiçinin səs faizləri toplandığı zaman,Kennedi çox cüzi fərqlə (120.000 səslə ) rəqibini qabaqlaya bilmişdi.Bununla da,o,R.Niksona qalib gəlmişdi. Kennedi bu uğurunu şəhərlərdə məskunlaşan katoliklərə və cənub ştatlarındakı afroamerikalılara borclu idi.Ən sonuncu səs faizlərinin Kennedinin xeyrinə dəyişməsinin əsas səbəblərindən biri də məhz Lindon Consonun cənub ştatlarındakı nüfuzu idi.Qara dərililərin qeydiyyata düşməsi məsələsi aparılan seçkiqabağı kampaniyada mühüm rol oynayırdı.Bu işdə də onlara qaradərililərin vətəndaş hüquqları uğrunda mübarizə aparan və həmin dönəm həbs edilən Martin Lüter Kingin xanımı Karetta King köməklik etmişdir.Karetta King ilə telefon danışıqları Kennediyə imkan vermişdi ki,o seçki gününə 1-2 həftə qalmış özünə cənub ştatlarından tərəfdar toplaya bilsin.10 Beləliklə,Demokratlar partiyasının 43 yaşlı namizədi,XX əsrdə ABŞ-ın ən cavan və ilk katolik prezidenti qələbə çalmışdı.

__________________



9 , 10 Юрген Хайдекинг « 35-й президент США » (2003,Moskva)


Yüklə 58,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin