İxtisas: Amerikaşünaslıq Şöbə: Kurs: Qrup


III Fəsil Con Ficerald Kennedinin daxili siyasətinin əvvəlki prezidentlərin yürütdüyü siyasətlərdən fərqi



Yüklə 58,7 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü58,7 Kb.
#110157
1   2   3   4   5
III Fəsil

Con Ficerald Kennedinin daxili siyasətinin əvvəlki prezidentlərin yürütdüyü siyasətlərdən fərqi

Kennedinin prezidentliyi elə ilk dövürdən qəribəliklər və fərqlilikləri ilə seçilirdi.Con Ficerald Kennedi-ABŞ-ın 35-ci prezidenti,XX əsrdə dünyaya gələn ilk prezident və Ağ Evin ilk katolik sakini idi.1960-cı il seçkilərində qələbə qazanan 43 yaşlı Kennedi ona qədər olan namizədlərin ən cavanı,ABŞ prezidentləri sırasında isə Teodor Ruzveltdən sonra 2-ci ən gənc prezident idi.Retrospektiv baxımından,Kennedi liberal şöhrətinin kökü onun siyasətinin həyata keçirilməsindən daha çox onun ədası və idealları ilə bağlı idi.

Kennedi 1961-ci ilin yanvar ayının 20-də inaqurasiya nitqi ilə amerikalıların qarşısında çıxış edərkən,xarici siyasətlə bağlı məsələlərə çox həssaslıqla yanaşmış,bütün bəşəriyyəti gözləyən nüvə təhlükəsindən söz açaraq,xalqın öz gücünün dərkinə çağırmışdı.Qeyd etmək lazımdır ki,Kennedin inaqurasiya nitqi onun ən güvənilən və peşəkarlığı müzakirə olunmuyacaq dərəcədə yüksək məsləhətçisi Teodor Sorenson tərəfindən hazırlanmışdı.İnaqurasiya nitqində prezidentin gələcəkdə həyata keçirəcəyi “Yeni hüdudlar” programı,ABŞ təhsilinin gücləndirilməsi,sosial islahatlar və bəzi iqtisadi məsələlər öz əksinin tapmışdı.Nitq çox təsirli alınmışdı və sadə xalq kütləsi tərəfindən çox gözəl qaşılanmışdı.Çıxışı zamanı Kennedi “Hər kəs bilməlidir ki,amerika xalqı çox güclüdür,azadlığın müdafiəsi üçün bu xalqın eliyə bilməyəcəyi şey yoxdur və hər kəs dərk etməlidir ki,amerikalılar nəyin bahasına olursa olsun hər cür yaranan çətinliyə dözən,məlum şəraitə qatlaşa bilən,hər cür qiyməti ödəməyə hazır olan,dostuna dostyana,düşməninə isə layiq olduğu nifrət və mübarizəni sərgiləməyi bacaran nəhəng bir millətdir” sözləri ilə adi xalq kütlələrinin böyük rəğbət və inamını qazanmışdı.Nitqini daha sonra bütün tarix səhifilərinə mövzu olan “Ölkənizin sizin üçün nə edə biləcəyini soruşmayın,soruşun ki,siz ölkə üçün nə edə bilərsiniz” frazaları ilə tamamlamışdı.Lakin tarixçi Uolt Rostoyun müşahidələrinə əsasən inaqurasiya nitqində diqqət çəkən məsələlərdən biri «dost və düşmən » münasibətinin bəsləndiyi ölkələr ilə bundan sonrakı əməkdaşlıq idi. Hətta bu məqam belə bəzi “diqqətli” dinləyicilərin nəzərindən qaçmamışdı.11

Kennedi öz administrasiyasında vəzifələri bölüşdürərkən çox diqqətli və uzaqgörən davrandı.Beləki, Kennedi artıq onunla birgə “Yeni Dövrün” başlandığını dərk edirdi və düşünürdü ki,daha prespektivli işlərə imza atmaq üçün məhz bu qəbildən olan insanlarla birgə çalışmaq lazımdır.Kennedi komandasının orta yaş həddi «45» idi və bu isə yaş həddi «56» olan Duayt Eyzenhauer komandasının tam əksinə nisbətən daha gənc və dinamik şəkildə qurulmuş böyük bir heyətdi.Administrasiyanın üzvləri sırasında Maliyyə naziri–respublikaçılar partiyasından olan və öz praqmatik şəxsiyyətiylə seçilən Duqlas Dillon ; Müdafiə Naziri – Harvard və Berklidəki təhsil aldığı iqtisadi ixtisas üzrə daha sonra Ford konserninin (ittifaqın) prezidenti vəzifəsinə qədər yüksələn Robert Maknamara;Ədliyyə naziri- Kennidəyə təsir göstərən və ən güvəndiyi məsləhətçilərindən olan,Harvard təhsilli,qardaşı Robert Kennedi ( həmçinin vətəndaş hüquqlarının müdafiəsi vəzifəsi də ona tapşırılmışdı) ;Dövlət katibi – 1909-cu il təvəllüdlü ,öz loyallığı və bitərəfliyi ilə seçilən,Corciya ştatını administrasiyada təmsil edən və ən nəhayət göstərdiyi uğurları sayəsində Rokfeller fondunun idarə heyətinə keçən Dina Rosk; Vitse-prezident – Kennedinin cənub ştatlarındakı nüfuzundan həmişə yararlandığı,Kennedidən sonra prezidentlik kürsüsünə əyləşən və hətta Kennedinin ölümü ilə belə təqsirləndirilən Lindon Conson və başqalarıyer alırdı.Ümumiyyətlə Kennedi hökümətinin üzvləri aşağıdakılardır :



  • Vitse-prezident – Lindon Conson

  • Dövlət katibi – Din Rask

  • Maliyyə naziri – Duqlas Dillon

  • Müdafiə naziri – Robert Maknamara

  • Ədliyyə naziri – Robert Kennedi

  • Daxili İşlər naziri – Stüart Adall

  • Kənd Təsərrüfatı naziri – Orvill Friman

  • Ticarət naziri – Lüter Hodces

  • Əmək nazirləri – Artur Qoldberq, Uillard Virts

  • Səhiyyə, Təhsil və Rifah nazirləri – Abraham Ribikoff, Entoni Selebriz

  • Poçt nazirləri – Ceyms Dey, Con Qronuski.

Kennedi həmçinin möhtəşəm məsləhətçilərdən ibarət komandası ilə də ABŞ tarixində iz buraxmışdır.Kennedi xarici işlər üzrə məsləhətçi kimi Dina Eksonu seçmişdi.Beləki,Trümen dövründə də dövlət katibi vəzifəsini daşıyan Dina öz mühafizəkarlığı ilə seçilirdi.Amerikalılar ilə ünsiyyətdə televiziyadan istifadə edən ilk prezident olması üstünlüyünü istifadə edən Kennedi bu məsul vəzifəni öz mətbuat katibi Piyer Selincere tapşırmışdı.1952-ci ildə Kennedinin Konqresdə assistenti (köməkçisi) olmuş və inaqurasiya nitqinin hazırlanmasında böyük rolu olan hüquqşünas Teodor Sorensen də komandaya daxil idi.Kennedi həmçinin D.Eyzenhauerin dönəmində Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi olan Allen Dallası da öz vəzifəsində saxlamışdı,lakin bütün gözlənilən nailiyyətlərin əksinə Allen komandası Kennedini Kuba probleminin həllli zamanı uğursuzluğa düçar etmişdi.Harvard universitetinin dekanı Milli Təhlükəsizlik məsələləri üzrə mütəxəsis,Massaçusets texnologiya universitetinin professoru dekolonizasiya( qeyri-müstəmləkə) işləri üzrə məslətçi də Kennedinin “Yeni Dünya” yaratmaq niyyətində olan məsləhətçilər heyətinə daxil idi.12

Kennedi hakimiyyətə gəldiyi andan etibarən xarici siyasətə daha çox diqqət yetirməyə çalışırdı.Çünki daxili məsələlərin həllinə Konqres hər zaman konservativ bir prinsiplə yanaşır ,Kennedi hökümətinin qəbul etdiyi bir sıra qərarlara və programlara veto qoyurdu.Lakin bununla belə,o ,özünün “Yeni hüdudlar” programını həyata keçirməkdən çəkinmirdi.U.Rostun «Gəlin bu ölkəni yenidən hərəkət etməyə və canlandırmağa təkan verək» sözləri,əslində Kennedi administrasiyasının gələcək planlarının bir başlanğıc şüarı idi.Administrasiya hələ indiyə qədər heç bir prezidentin səsləndirməyə belə cəsarət etmədiyi “qlobal inkişaf” modelini yaratmağa müvəffəq olmuşdu.Onun bu modelinə ABŞ təhsil sisteminə maksimum dərəcədə vəsaitin ayrılması və gücləndirilməsi, “Yeni hüdudların” həyata keçirilməsi, sosial islahatlar daxil idi.



Daxili siyasətlə bağlı məsələlərə Kennedi öz praqmatik baxışı ilə fərqlənirdi.Beləki,o dünyagörüşünə və siyasi istiqamətinə görə F.Ruzveltə daha yaxın idi.Ümumiyyətlə Kennedi hökümətinin sosial-iqtisadi siyasətinin əsasını onun irəli sürdüyü « Yeni hüdudlar » programına uyğun olaraq Keynsçi ideya təşkil edirdi.Bu ideyə büdcə kəsrindən iqtisadi artım sürətini sabit saxlamaq üçün bir vasitə kimi istifadə etməyi nəzərdə tuturdu.1961-1962-ci illərdə Kennedi höküməti bu məqsədə nail olmaq,dövlət xərclərini artırmaq və əhalinin alıcılıq qabiliyyətini yüksəltmək məqsədiylə sosial sahədə bir sıra tədbirlər həyata keçirməyə başladı.Belə ki,1961-ci ilin mart ayında işsizliyə görə verilən müavinətin müddəti daha 3 ay uzadıldı.1saatlıq iş günü minmum əmək haqqı 1 dollardan 1,25 dollara çatdırıldı.Ucuz mənzil tikintisi üçün program qəbul edildi,əhalinin az gəlirli olan təbəqələrinə yardım üçün təxsisat ayrıldı.1962-ci ildə ölkə tarixində ilk dəfə Konqres dövlət qarşısında işçi qüvvəsinin hazırlanması və yenidən ixtisaslaşmasını bir vəzifə kimi qoyan qanun qəbul etdi.Lakin bununla belə,hökümətin iqtisadi siyasətinə qarşı mühafizəkar qüvvələrin müqaviməti gücləndi.Kennedi höküməti maliyyə məsuliyyətsizliyinə və ciddi büdcə kəsirinə görə tənqid edildi13.Buna səbəb isə 1962-ci ildə Kennedinin biznes liderlərinin etimadını itirməsi oldu,çünki o,qiymətləri əvvəlki səviyyəyə qədər aşağı salmağa çalışdı.Poladəritmə kompaniyaları hökümətin qiymətləri stabilləşdirmək tədbirlərini qəbul etmir və buna ciddi müqavimət göstəridi.Kennedi qəti tədbirlərə əl ataraq poladəritmə kompaniyalarınını qiymətləri artırmaqdan imtina etməyə məcbur etdi.Bununla o,öz təcili məqsədinə nail olsa da,vacib müdafiə mənbəyini özündən uzaqlaşdırdı.Bir qədər sonra ,fedral xərcləri artırmaq xəttindən uzaqlaşan Kennedi kapital ehtiyatı görmək və iqtisadiyyatda stimul yaratmaq üçün vergiləri bir qədər də azaltmağı təklif edəndə,Konqresdəki mühafizəkar müxalifət defisit tədbirinin keçirilməsi üçün hər cür ümidi puç etdi14.Konqresə təqdim edilən vergi islahatı haqda qanun layihəsində gəlir vergisinin və kooperasiyaların gəlirlərinə qoyulan vergilərin bir qədər azaldılması nəzərdə tutulurdusa da,həmişəki kimi bu müxalif qüvvələrin etirazlarına səbəb oldu.Kennedi ciddi rəhbərlik yolu ilə əlindən gələni etməyə çalışırdı ki,bütün vətəndaşlar üçün maddi mənfəətləri genişləndirsin,lakin qələbənin cüzi olması onun mandatını məhdudlaşdırırdı.Hətta Konqresin hər 2 palatasına Demokrat partiyasının nəzarət etməsinə baxmıyaraq,bəzi mühafizəkar cənublular təhsilə federal yardımın artırılması,yaşlılar üçün səhiyyə sığortası təmin etmək və yeni Şəhər İşləri Departamentinin yaradılması planlarına müqavimət göstərirdilər.Və,beləliklə natiqlik məharətinə baxmıyaraq,Kennedi siyasəti daim məhdudlaşdırılırdı.Baxmıyaraq ki,Kennedi administrasiyasının qanunvericilik sənədi məhdud idi, lakin o,sosial məqsədlər üçün dövlət büdcəsindən təxsisatların ayrılmanın davam etdirilməsi siyasətindən də üz döndərmirdi.1963-cü ildə konqres ali və peşə-texniki təhsil sahələrinə federaı təxsisatlarının artırılması haqda qanun qəbul etdi.Hökümət nəhayətki,əmək haqqının 3,2% həddə müəyyənləşdirilməsinə nail oldu.Bu tədbirlə sayəsində Kennedi,ABŞ iqtisadiyyatının dünyada tutduğu mövqeyi daha da gücləndirdi.Kennedi dövründə başlayan elmi-texniki inqilab sənaye istehsalının 52 % artması ilə nəticələndi.Bu isə,əvvəlki 10 illiklərdən daha çox idi.Artıq öklə iqtisadiyyatında 550-dən çox nəhəng koopeerasiya mühüm rol oynamağa başlamışdı.Köhnə sahələr modernləşdirilmiş və istehsal kütləvi şəkildə artırılmışdı.Bununla da Kennedi məşhur “Yeni hüdülar” programına daxil olan bir sıra məsələlərin həllinə nail olmağı bacarmışdı:vergilərin azaldılması,əmək haqqının artırılması ,sosial sığortanın yaxşılaşdırılması və s. Lakin bunula belə Kennedi əhalinin yaşlılar qrupuna olan tibbi qayğının artırılması,Şəhər İşləri Departamentinin ( Department of Urban Affairs) yaradılması yolu ilə şəhər və qəsəbələrdə yenidənqurma məsələrində Konqreslə uzlaşa bilmədi.Eyni zamanda Kennedi həm də,kosmos programını həyata keçirmək üçün pul fondu əldə edə bildi.Bu program Apollon adını almışdı.(Apollon Proqramı və ya Layihəsi – NASA tərəfindən reallaşdırılmış Aya uçuş layihəsi idi. Gemini Layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdu. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Aya ayaq basan ilk insan Nil Armstronq da məhz bu gəmiyə komandanlıq etmişdir .Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdı) .Kennedi həmçinin okeanın o tayında inkişaf etməkdə olan dövlətlərin öz ehtiyaclarını ödəməsi naminə,həmin dövlətlərə kişi və qadınlardan ibarət dəstələr göndərmək üçün Sülh korpusu (Peace Corps) təsis etmişdi.

“Yeni hüdudlar” programında yer alan əsas məslələrdən biri də məhz rassizim və qara dərili amerikalıların dünyaya inteqrasiyası idi.Bu məsələdə Kennedi bir qədər ehtiyatlı davranmağı üstün tuturdu.Çünki o,cənub ştatlarında yaşayan bəzi ağ dərili amerikalıların tənqid hədəfinə tuş gəlməkdən çəkinirdi.Bir tərəfdən beynəlxalq vəziyyəti nəzərə alan Kennedi xarici siyasətdə ilərləməyi planlaşdırdığı halda,digər tərəfdən isə ölkə daxilində yaranan rassizmin qarşısın alınmasını,faciəvi diskriminasiyanın,tapdalanan vətəndaş hüquqlarının durdurulması zəruriliyini vurğulayırdı.Kennedi başa düşürdü ki,illər boyu davam edən rassizm problemi beynəlxalq aləmdə formalaşan “Demokratik Amerika” imicinə xələl gətirir və eləcə də məhz ən kritik məqamda (əlbəttə ki,bu soyuq müharibə dövrü idi) kommunist fikirli insanların ölkə daxili anti-təbliğat işini gücləndirir.Hətta bu məsələ ilə bağlı təlaş və həyəcanını bir neçə dəfə televiziya vasitəsilə amerikalılara bildirməyə çalışmışdı.Beləki,keçirdiyi mətbuat konfransı zamanı Kennedi “ Ölkənin həqiqətən azad şəkildə mövcudluğu üçün,onun bütün vətəndaşlarının azad olması zəruridir” sözləri ilə bir sıra amerikalıların və hakim dairələrin etirazlarına səbəb olmuşdu.Lakin Kennedi bütün bu etirazlara məhəl qoymadan 1963-cü ildə Konqresə mülki hüquqlar haqda təklifi təqdim etməyə müvəffəq olmuşdur.

Hətta bu qanunun qəbul edilməsi üçün paytaxt Vaşinqtonun özündə 200.000 dən çox ağ-qara dərili tərəfdar Martin Lüter Kinqin başçılığı ilə nümayiş belə keşirmiş,amma Konqres yalnız Kennedinin ölümündən sonra ,1965-ci ildə mülki hüquqların həyata keçirilməsi haqda akt qəbul etmişdir.Kennedinin prezidentliyi həm də ağ - qara dərili vətəndaşların qarşıdurmaları ilə də yadda qalmışdı.Bu hadisələrə müdaxilə üçün isə ölkə başçısı Federal Polis və Milli qvardiyanın fəal dəstələrinin köməkliyindən istifadə edirdi. Bu qarşıdurmaların ən bariz nümunəsi 1962-1963- cü il hadisələri idi 1962-cı ildə tələbələr zənci Ceyms Mereditə Mississippi Universitetinə girməyə mane olduğu üçün Kennedi Mereditin kursa daxil edilməsi üçün təxminən 400 federal marşal və 3000 əsgər göndərmişdir. 1963-cü ilin iyulun 11-də isə Alabama qubernatoru Corc Uolles Alabama Universitetinə daxil olan iki zənci tələbəni dayandırdığı zaman Kennedi yenidən müdaxilə etmək məcburiyyətində qalmışdır.

Ümumiyyətlə,Kennedi öz prezidentliyin axrıncı ili üçün çox ciddi bir qanunvericilik proqramı planlaşdırılmışdı,lakin 1963-cü ildə onun Dallas şəhərindəki qətli , ABŞ xalqı üçün sözün əsl mənasında şok və travmaya çevrilmişdi.Eyni həyəcan,10 il əvvəl F.Ruzveltin ölümü zamanı da yaşanmışdı.

Lakin onun prezidentliyinin son ili üçün nəzərdə tutduğu planlar 1964-1966-cı illərdən sonra, ABŞ-da yaranan dəyişiklik üçün bir liberal qüvvə kimi qiymətləndirilir.

___________________________________



11,12 Юрген Хайдекинг « 35-й президент США » (2003,Moskva)

13 Musa Qasımlı ,Məmməd Fətəliyev “ABŞ və Avropa ölkələri müasir tarixi” II cild (Bakı 2008)

14 Vaqif Aslanov “Amerika tarixinin əsas cəhətləri” Bakı ( 1999)


Yüklə 58,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin