III Fəsil
Con Ficerald Kennedinin daxili siyasətinin əvvəlki prezidentlərin yürütdüyü siyasətlərdən fərq
Hələ seçki qabağı kampaniyada xarici siyasətlə bağlı çıxışlarında diqqət cəlb edən Kennedi, ABŞ-ın beynəlxaq vəziyyətinə həssaslıqla yanaşırdı.Lakin tənqidçilər,özləri də etiraf edirdiki,ABŞ tarixində hələ heç bir prezidentin dövründə bu qədər böhran və münaqişə baş verməmişdir.1960-cı ildə aparılmış seçkilər bir daha Eyzenhauer-Dalles hökümətinin yürütdüyü xarici siyasətin iflasa uğradığını sübut etdi.Nəhayət seçkilərdə qələbə qazanan Kennedi bunu nəzərə alaraq,Sovet-Amerika münasibətlərində geniş hərbi üsullardan ehtiyatla istifadə etmək və davam etməkdə olan gərginlik şəraitində,diplomatik və iqtisadi vasitələrə əl atmağı planlaşdırmışdı.16
Beləki,dünyada baş verən qlobal dəyişikliklər,Asiya ,Afrika və Latın Amerikası ölkələrindı güclənən mill-azadlıq hərəkatı ABŞ-ın xarici siyasətinə də ciddi təsir etdi.Buna görə də Kennedi höküməti xarici siyasət sahəsində ciddi problemlərlə üzləşmişdi.ABŞ-ın xarici ölkələrdə iqtisadi maraqlarının etibarlı mühafizə edilməsi məsələsi aktuallaşmışdı.Çünki ,İkinci Dünya müharibəsindən sonra ABŞ-ın xarici ölkələrə birbaşa kapital qoyuluşu 4 dəfədən çox artaraq 1946-cı ildəki7,2 milyard dollardan 1960-cı ildə 31,9 milyard dollara çatmışdı.Belə vəziyyət ABŞ-dan fəal xarici siyasət aparmağı tələb edirdi.Dünyada baş verən hadisələr xarici siyasətin qloballaşmasını irəli sürürdü.Bütün amilləri nəzərə alan Kennedi, “yeni hüdudlar ”doktrinasının müddəalarını əsas götürdü.O,1960-cı ildə general M.Teylor tərəfindən irəli sürülmüş “çevik münasibət” və ya “məhvedici təsiretmə” doktrinasını qəbul etdi.Bu doktrinaya əsasən ABŞ dünyanın istənilən nötəsində baş verən lokal və beynəlxalq münaqişələrə müdaxilə edə bilərdi. Kennedinin “yeni hüdüdlar” doktrinasında SSRİ ilə yeni münasibətlər qurmaq və sazişlər bağlamaqdan ,dünyada qüvvələr nisbətini öz xeyrinə dəyişməkdən ötrü dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi irəli sürülürdü.Bu dövrdə ABŞ-ın xarici siyasətini Kennedi komandasından məslətçilər –Harvard universitetinin tarixçisi olan “balaca” Artur Şlizinger; Ç.Bouls və Edlay Stevenson müəyyənləşdirirdi.Qey etmək lazımdır ki,beynəlxalq vəziyyəti nəzərə alan Kennedi Edlay Stevensonu BMT-yə ABŞ nümayəndəsi kimi təyin etmişdi.Kennedi hökümətinin xarici siyasətində Ltın Amerikası ölkələrinə xüsusi diqqət yetirilirdi.1961-cı ilin mart ayının 13-də ABŞ Latın Amerikası ölkələrinə münasibətdə yeni doktrina irəli sürdü.Bu, “Tərəqqi naminə ittifaq” adlandırıldı.Doktrinanın məqsədi ABŞ-ın fəal maliyyə yardımı ilə Latın Amerikası ölkələrinin iqtisadiyyatını dirşəltmək idi.Plana uyğun olaraq,1961-1968 ci illərdə Latın Amerikası ölkələrinə 4,5 milyard dollar yardım edildi.Bu yardımların köməyi ilə Latın Amerikası ölkələrində iqtisadi islahatlar aparıldı.Amerikan yardımları Latın Amerikası ölkələrində sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı,onları ABŞ-la daha da yaxınlaşdırdı.Bundan sonra Latın Amerikası ölkələriylə Avropa dövlətinin ticarət-iqtisadi əlaqələri xeyli zəiflədi.Kennedi hökümətinin xarici siyasətində Qərbi Avropa ölkələri əsas yer tuturdu.1962-ci ilin yanvarın 26-da Kennedi konqresə yeni xarici ticarət programının qəbulu haqda müraciət etdi.Bu program “Kennedi raundu” adı altında həyata keçirilməli,əsas diqqət Avropa İqtisadi Birliyi ölkələriylə əlaqələrin yaxşılaşdırılmasına və NATO ilə əlaqələrin genişləndirilməsinə yönəlmişdi.Kennedi Hökümətinin xarici siyasətində həm də ,SSRİ ilə münasibətlər büyük rol oynayırdı.Prezident seçkiqabağı etdiyi çıxışlardakı kimi Sovet kommunizminə real yanaşmaq yolunu həyata keçirmək istəyirdi.Bu məqsədlə,60-cı ilin əvvəllərində ABŞ ilə SSRİ arasında bir sıra görüşlər keçirildi.1961-ci ilin may 19-da ilkin danışıqlar nəticəsində SSRİ Nazirlər Sovetinin sədro N.S.Xruşovla ABŞ prezidentinin görüşünün bitərəf ölkə olan Avstriyanın paytaxtı olan Viyanada keçiriləcəyi elan edildi.Görüşdə məqsəd danışıqlar aparmaq,başqa ölkələrin maraqlarına toxunan beynəlxalq problemlərin həlli üzrə ilkin razılığa nail olmaqdı. Həmçinin Kennedi Sovet rəhbəri ilə öz arasında ilk şəxsi əlaqənin də yaradılmaını dəstəkləyirdi.İyun ayının 3-4 də Viyanada keçirilən görüşdə əsas məsələlərdən olan Qərbi Berlin məsələsi qızğın mübahisələrə səbəb olmuşdu.Özünəəminliyi ilə seçilən Xruşov hələ də,beynəlxalq arena da özünə inam qazanmıyan Kennedini silahlı əməliyyatlar ilə hədələyirdi.Xruşov Qərbi Berlin məsələsinin həlli üçün gizli “sepearat” sazişin bağlanmasını istəyirdi,hətta bunun üçün Kennediyə yaddaş qeydi də təqdim edilmişdi.Açıq xarakter daşıyan bu söhbət çox müddət aparsada,qərar avqust ayına saxlanılmış,lakin yenə də ortaq fikrə gəlmək mümkün olmamışdı.Mərkəzi Kəşfiyyat İdarəsinin verdiyi məlumata əsasən,Kennedi hökümətinə qərarını açıqlamaq üçün yalnızca 24 saat müddət gərəkli idi ki,beynəlxalq vəziyyəti nəzərə alaraq Kennedi bu məsələdə öz bitərəfliyini açıqlasın.ABŞ hökümətinin qərarı həqiqətən də,bəzi almanları “şok” vəziyyətinə salmışdı,çünki onlar düşünmək belə istəmirdilər ki, beynəlxalq arenada “Demokratik fövqəl dövlət” statusunu daşıyan bu ölkə belə bir faciəvi hadisəyə göz yumacaq.Lakin bir neçə gün sonra kansler Adenaur öz rəsmi çıxışında Kennedi hökümətinin bitərəf qalacağı qərarını bildiyini və daha öncədən məlumatlı olduğunu açıqlamışdı.Nəhayət 1961-ci ildə 12-13 avqust tarixində ADR Qərbi Berlində açıq olan dövlət sərhədinə ciddi nəzarət rejimi təşkil etdi. 1961-ci ildə Qərbi Berlin böhranı baş verən zaman Sovetlər Birliyi bir gecənin içində 165 km uzunluğunda “II Çin səddi” adlanan “Berlin divarı”nı çəkdi.Qərbdə hələ də «Utanc divarı» (Schandmauer) olaraq bilinən bu məsələnin yumşaldılmasında Kennedi daha sonra başqa siyasi manevr sərgiləmişdi.O,1963- cü ildə iyununda bölünmüş Berlində çıxış edərkən demişdi: "İki min il bundan əvvəl deyirdilər: "Civis Romanus sum" (mən Roma vətəndaşıyam). İndi azad dünyada iftixarla deyirlər: "Ich bin ein Berliner" (mən berlinliyəm)... Elə bir gün gələcək ki, bu şəhər, bu ölkə və bütün Avropa qitəsini birləşdirəcək..." Bu barədə Kennedi həmçinin bildirmişdir: "İndi bütün dünyada azad insanlar Berlin vətəndaşlarıdırlar və buna görə, azad insan kimi, iftixarla deyirəm: "Ich bin ein Berliner".
Xruşov ilə keçirilən görüşdə bitərəf Laosun müstəqilliyinin dəstəklənməsi və tərkisilah probleminin həlli məsələsi də,gündəmdə idi.Lakin Kennedi yalnızca Laosun müstəqilliyi haqda Xruşovla ortaq fikrə gələ bildi.Bütün gözlənilən nəticilərin tam əksinə keçirilən görüş lazımi qərarların qəbuluna nail ola bilmədi.Qitədə gərginlik davam etdi.
XX əsrin 50-80 ci illərində ABŞ ən məşhur nəzəriyyələrdən biri də “Domino Nəzəriyyəsi” idi.Bu nəzəriyyənin mahiyyəti ABŞ dövlət administrasiyası tərəfindən “soyuq müharibə” zamanı dünyada amerikan müdaxiləsinin əsas istiqamətlərini müəyyən edib bu istiqamətdə lazimı,istərsə də adekvat siyasi,iqtisadi,maddi,hətta hərbi tədbirlər planı hazırlayıb onu reallığa çevirmək idi.Bu nəzəriyyə Koreya müharibəsi başlandığı zaman daha geniş yayılmşdı. «Domino nəzəriyyəsinin» əsas prinsipi “hərgah domino daşları cərgə boyu düzülərsə və daşlardan biri düşərsə,bütün cərgə dağılar” idi.Məhz bəlkə də bu səbəbdən Kennedi administrasiyası 1960-cı ilin əvvəllərində Vyetnama açıq müdaxilədən imtina etdi.Burada əsas məsələ Vyetnamın “dominodan” götürülməsi riski idi.Beləki,administrasiya Vyetnama hərbi müdaxilən əl çəkdiyini elan etmişdi.17Həmin il Sayqona Ağ Ev müşavirləri Uolt Rostoy və general Maksvell Teylor gəlmişdi.1963-cü ildə Kennedi vyetnamlılar haqda fikrini belə ifadə etmişdi: "Bu onların müharibəsidir. Məhz onlar onda qələbə çalmalı və ya məğlub olmalıdırlar". Növbəti çıxışı zamanı Kennedi bildirdi ki, hökumət Amerika qüvvələrini Cənubi Vyetnamdan 1965-ci ildə çıxarmağı planlaşdırır.1960-cı ilin əvvəllərində Latın Amerikasındakı beynəlxalq münasıbətlərə təsir göstərən əsas hadisə Karib böhrünı oldu.Böhran 1962-ci ildə ABŞla SSRİ arasında münasibətlərin kəskinləşməsi nəticəsində yarandı.Kubaya Latın Amerikasında öz strateji müttəfiqi kimi baxan SSRİ 1962-ci ilin yayında orada gizli şəraitdə 62 ədəd orta mənzilli raket yerləşdirərək onlardan ABŞ-a qarşı istifadə etmək niyyətində idi.Raketlərin radiusu ABŞ-ın bir sıra şəhərlərini əhatə edirdi.Bununla belə ölkənin milli mənafeinə zidd bir hərəkət idi.ABŞ 1962-ci ilin oktyabrın 16-da bu haqda məlumat aldı. 1962-ci ilin oktyabrında Amerika hərbi təyyarələri Kuba üzərində kəşfiyyat uçuşları keçirərkən adada müəmmalı obyektləri qeydə alır. Maksimum aşağı səviyyədə uçuşlar vasitəsilə raket bazalarının şəklini çəkmək mümkün olur və oktyabrın 16-da həmin şəkillər prezident Con Kennedinin stolunun üstünə qoyulur. Mütəxəssislər prezidentə izah edirlər ki, həmin raketlərin Kubadan Vaşinqtona çatması üçün cəmi 10 dəqiqə kifayətdir.Prezident Kennedi Amerikanın məşhur siyasi və hərbi xadimlərindən ibarət "böhran qrupu" yaradır və Ağ evdə qapalı müzakirələr keçirib problemin həlli yolları axtarır. BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-a gələn SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu oktyabrın 18-də C.Kennedi qəbul edir. Kuba ilə bağlı məsələlər müzakirə olunsa da, tərəflər raketlər barədə söhbət açmırlar. Ona görə də Moskva hesab edir ki, Ağ Ev raketlərdən xəbərsizdir (doğrudur, Qromıkonun həmin görüşdə raketlərin üstünü vurmaması uzun illər Qərb mətbuatında ciddi tənqidlə xatırlanıb. 1988-ci ildə çapdan çıxan ikicildlik xatirələr kitabında A.Qromıko həmin tarixi görüşü ötəri yada salıb. O, raketlərlə bağlı sual verilmədiyi üçün bu mövzuya toxunmadığını söyləməklə özünə haqq qazandırıb). Qromıkonun raketlər barədə susduğu həmin günlərdə Pentaqon generalları, dövlət katibi və MKİ-nin direktoru dərhal Kubanı bombalamaq barədə Kennedinin əmr verməsini tələb edirdilər. Müharibə təhlükəsi o qədər yaxın idi ki, hətta hökumət üzvləri üçün nəzərdə tutulan bomba sığınacaqlarına buraxılacaq adamların siyahısı Ağ evdə müzakirə edilirdi. Bir neçə günlük müzakirə və məşvərətdən sonra oktyabrın 22-də Kennedi televiziya ilə Amerika ictimaiyyətinə müraciət edərək ölkəsinin təhlükə ilə üzləşdiyini bildirir.18 Prezident Kubanın ABŞ hərbi-dəniz gəmiləri ilə blokadaya alındığını elan edir. Kuba havadan və dənizdən təcrid edilərək ,buraya 183 hərbi gəmi göndərilir.SSRİ və Kuba rəhbərlərinə müraciətlə qoşunların və raketlərin adadan dərhal çıxarılması tələbini qoyur. Bu bəyanat SSRİ rəhbərliyini çıxılmaz vəziyyətdə qoyur. Xruşşov Kennediyə göndərdiyi məktubda Kubanın blokadasını "görünməmiş təcavüz hərəkəti" kimi dəyərləndirir.Oktyabrın 23-də sovet hökuməti ABŞ-ın Kubanı blokadaya almasını təcavüz kimi pisləyən bəyanat verir.Kuba ordusu,ABŞ ordusu döyüşə hazır vəziyyətə gətirildiyi bir məqamda sovetlər geri çəkilir.Oktaybrın 24-də vəziyyət BMT-də yenidən müzakirə olunur,ayın 28-də yenidən tərəflər arasında məktub danışıqları olur.Noyabrın 21-də əldə olunan razılığa əsasən ABŞ Kubanın təcridini ləğv edir və Sovetlər burdan öz raketlərini çıxarır.Beləliklə dünyanı qorxuya salan 13 günlük nüvə təhlükəsi həll edilir.Bununlada,Kennedi heç bir dövlətin edə bilmədiyi Sovet kommunizmi üzərində qələbənin əsas ideoloji prinsiplərinin əsasını qoyur.
Nəticə
ABŞ tarixində mühüm ,həll edilməsi çətin problemlərin çözümü ilə xatırlanan Kennedi öz prezidentliyi dönəmində həm məhdudlaşan daxili siyasəti,həm səs-küylü “Yeni programı”,həm də uğurlu xarici siyasəti ilə iz buraxdı.Kennedi nəticə etibarı ilə,ABŞ-ın beynəlxalq arenada itirlən nüfuzunu bərpa etməklə yanaşı,ABŞ-ın Sovetlər üzərində qələbəsinin də rəsmi başlanğıcını qoydu.Kennedi həmçinin müasir dövrümüzdə ön sıralarda olan ABŞ milli təhsilinin də banilərindən oldu.Hər nəqədər Konqres təhsilə qoyulan vəsaitə maneə törətməyə çalışsa da,prezident uğurlu siyasi manevrlə elmin tərəqqisinə nail ola bilmişdi.Elmi-texniki inqilabın Kennedi dövründə baş verməsi də təsadüfi hadisə deyildi.ABŞ iqtisadiyyatı dünya bazarında öz aparıcı rolunu möhkəmləndirməklə yanaşı,dünyanın ən fövqəl dövləti statusuna da malim oldu.Lakin bütün bunlara baxmıyaraq Kennedi öz prezindetnliyin son dövrü üçün planlaşdırdığı “Yeni hüdudlar”ın son programını həyata keçirə bilmədi.Səbəb Kennedinin səbəbsiz və müəmmalı ölümü oldu. Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırmışdır. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi, hətta 1960-cı ildə əslən texaslı olan Lindon Conson və onun arvadı, sonra isə ABŞ-ın BMT -dəki səfiri Adlay Stevenson burada açıq şəkildə təhqirlərə məruz qalmışdılar. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü. Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?"1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi.Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı.Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Lİ Harvi Osvald tək hərəkət etmişdir. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır.Noyabrın 25-də Kennedi qəbiristanlığında torpağa tapşırıldı. Qəbirin üzərində Jaklin Kennedinin təklifi ilə daimi od yandırılmışdır19
________________________
16 M.Ə.Sadıqzadə “Sovet sülh programı həyata keçirilir” (1974) səh.34-36
17 Səmayə Mustafayeva ABŞ ın xarici siyasəti (2011) səh.56-59
18 “Dünyanı titrədən 13 gün ” məqaləsi AĞ Ev rəsmi –web saytı.
19 Wikipediya –Con Ficerald Kennedi (ing/translate) page .3-4
Ədəbiyyat
1. Vaqif Aslanov “Amerika tarixinin əsas cəhətləri” Bakı ( 1999) səh.304-306
Dostları ilə paylaş: |