İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə23/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
1. Dil üçün tamam köhnəlmiş sözlər. Bu sözlər vaxtilə dildə olmuş, indi isə tamam işləkdən düşmüşdür. Bunlardan nə ədəbi dildə, nə də xalq danışıq dilində istifadə olunur, törəmə sözlərin belə tərkibində izləri qalmamışdır. Əslində dildə “ölü söz yox­dur, ancaq yüzlərlə, hətta minlərlə istirahət edən sözlər vardır”. Bunlara ancaq qə­dim abidələrin dilində təsadüf olunur. Məsələn, əsən –salamat, yaşnax- el aşığı, əs­rük-­ sərxoş və s.

2. Müasir Azərbaycan ədəbi dili üçün köhnəlmiş sözlər. Məsələn, xan, bəy, baqqal divanxana, yüzbaşı və s. Bunlar bu və ya digər münasibətlə əlaqədar olaraq işlədilir.

Köhnəlmiş sözlər müasir dildə müxtəlif şəkildə qalmışdır:

a) Müasir dilimizdə ayrılıqda müstəqil mənada işlədilməyən, lakin törəmə sözlərin köklərində təsadüf olunan sözlər: tox(vurmaq)- toxmaq, toxum, qar(bərkimək) vəs.

b) Dildə ayrı-ayrı mənalı vahid kimi yox olmuş, lakin ifadələrin, frazeoloji birləş­mə­lə­rin, atalar sözlərinin tərkibində qalmış sözlər: dini dinara (pula) satan dindən də olar. Həmişə şaban, bir dəfə ramazan.

c) vaxtilə ədəbi dilimizdə işlədilmiş, indi istifadə olunmayan ərəb- fars sözləri: mü­səl­ləs- üçbucaq, zaviyə- bucaq vəs.

Müasir Azərbaycan dilinin leksikasında işlədilməyən, onun leksik sistemi ilə heç bir əlaqəsi olmayan, hətta passiv söz ehtiyatına da daxil olmayan sözləri müasir Azər­bay­can ədəbi dili üçün köhnəlmiş sözlərdən ayırmaq lazımdır. Bunların hər iki qrupu Azərbaycan dilinin ayrı- ayrı inkişaf dövrlərinin məhsuludur.

Birinci qrupa aid olan sözləri( ümumdil üçün köhnəlmiş sözləri) köhnə yox, qədim sözlər adı altında izah etmək daha qanunauyğundur. Köhnəlmiş sözlər- ikinci qrupa aid olanlar ondan fərqli olaraq müasir Azərbaycan dilində danışanlara məlumdur, onun passiv lüğət tərkibinə daxildir, müəyyən üslub məqsədi ilə istifadə olunur. Bu sözlər gündəlik aktiv işləkdən düşsə düşsə də hələlik məlum nitq situasiyalarında işlədilir. Bu baxımdan köhnəlmiş sözlər terminini hərfi yox, şərti mənada başa düş­mək lazımdır. Bu termin adı altında aktiv lüğət ehtiyatından passiv lüğət ehtiyatına keçən, ümumən dildən çıxmayan sözlər dərk olunmalıdır. Ümumi dil üçün köhnəlmiş sözlər buraya aid olmur.

Bu və ya digər sözün köhnəlməsi o deməkdir ki, onun adlandırdığı əşya artıq yoxdur, aradan çıxmışdır, onun məfhumu da get- gedə şüurdan silinir. Müəyyən müddət söz az işlədilir, istifadə olunma sahəsi məhdudlaşır, getdikcə unudulur, nəticədə aktiv işləkdən düşür. Köhnəlmiş sözlərə birtərəfli , ancaq köhnə sözlər kimi baxmaq olmaz. Çünki bəzən köhnəlmiş bir söz yenidən aktiv leksikaya keçir. Yeni yaranmış məf­hum­ların bir qismi köhnəlmiş sözlərlə ifadə olunur. Xalq yaddan çıxmış, fəaliyyətdən düşmüş, unudulmuş sözləri yenidən dilə gətirir, onu yeni mənada işlədir. Söz əvvəlki mənasında yox, yeni mənada çıxış edir. Məsələn, indi bəy, xanım və xan sözləri öz əvvəlki məzmunlarından uzaqlaşdırılaraq yeni mənalarda işlədilir.

Hər köhnə sözü xalqın istifadəsində yenidən canlandırmaq olarmı? Əlbəttə, bu suala yox cavabını vermək olar, çünki dildə elə ümidsiz ölü sözlər var ki, onları yenidən canlandırmaq olmur. Əgər sözlərin bir qismi ölür, istifadədən çıxırsa, digəri isə öz tarixi inkişafı prosesində öz ilkin canlılığını itirsə də, onları vaxtından əvvəl unutmaq, yox etmək olmaz. Çünki onlar hələ öz xidmətini xalqdan əsirgəmir.

Köhnəlmiş sözlərin köhnəlmə dərəcələri müxtəlif olduğu kimi, onların hamısı eyni əlamətli, eyni xüsusiyyətli deyildir. Sözlərin köhnəlməsinin, gündəlik işlədilməkdən çıxaraq passiv leksikaya keçməsinin müəyyən səbəbləri vardır. Bu cəhətdən köh­nəl­miş sözləri iki qrupa ayırmaq olar: Tarixizmlər, arxaizimlər.


Yüklə 366 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin