İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə20/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
İxtisas: İSM

  • Kurs: I

  • Fənn: Ana dili

  • Mövzu 7: Antonimlər və onların təsnifi


    Ədəbiyyat

    1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003

    2. Müasir Azərbaycan dili 1.hissə B.2007

    3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)

    4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988

    5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982

    6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.



    • Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com

    • Plan:

    1.Antonim sözlər və onların məna növləri

    2. Tam və nisbi antonimlər

    3.Antonimlərin əmələgəlmə yolları

    4.Antonimlərin üslubi rolu

    Formaca müxtəlif, mənaca bir-birinin əksini təşkil edən sözlərə antonim sözlər deyilir. Yunanca anti “əks”, onoma isə “ad” deməkdir. Məs; gec-tez, baharlı-qışlı, yer-göy.

    Fikirlər yığılır beynimdə qat-qat,

    Cavablar qorxulu, suallar yasaq(B.Vahabzadə).

    Ədəbi dilimizdəki antonimlər aşağıdakı məna növlərinə ayrılır:

    1.Əlamət, keyfiyyət və xüsusiyyət anlayışı bildirən antonimlər; ağ-qara, təmiz-çirkli, təzə-köhnə, mərd=xəsis, zalım-ədalətli.

    2.Vaxt anlayışı bildirən antonimlər: səhər-axşam, dünən –sabah, yay-qış.

    3.Məkan anlayışı bildirən antonimlər: yaxın-uzaq, şimal-cənub, irəli-geri, xarici-daxili.

    4.Ölçü və miqdar anlayışı bildirən antonimlər: böyük-kiçik, qısa-uzun, yüngül-ağır.

    5. təbiət hadisələri anlayışları bildirən antonimlər: isti-soyuq, donmaq -ərimək, işıq-qaranlıq.

    6. Hal, hərəkət, vəziyyət anlayışı bildirən antonimlər: açmaq-bağlamaq, ölü-diri, toplamaq-dağıtmaq.

    2. Ziddiyyətin dərəcəsinə görə antonimlər tam və nisbi olmaqla iki yerə bölünür. Mənaca bir-birinin tam və mütləq ziddini təşkil edən antonim sözlərə tam antonimlər deyilir. Məs: ağ-qara, az-çox, yer-göy.

    Fırlandıqca bu dönya yox da dönüb var olur,

    Quruyan çeşmələrdən sular yenə car olur.

    Bu dünyanın xeyri də, şəri də təkrar olur,

    Niyə təkrar olmasın, axı dünya fərlanır (B.Vahabzadə).

    Tam antonimlərin dildə mövcudıuğu qədim olduğundan onlar şifahi xalq ədəbiyyatı nümunələrində də gen-bol işlənmişdir. Məs: ilanın ağına da lənət, qarasına da; Biri var idi, biri yox idi.

    Onu da qeyd edək ki, tam antonimlər bədii ədəbiyyatda təzad yaratmaqla bir vasitə kimi istifadə edilir.

    Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən antonim sözlərə nisbi antonimlər deyilir. Məs; ağ-boz, qış-payız.

    3.Ədəbi dilimizdə antonimlər iki mənbə əsasında əmələ gəlmişdir:

    1.Dilin daxili imkanları hesabına

    2.Başqa dillərdən söz almaqla

    Dilimizin daxili imkanları hesabına yaranmış antonimlər aşağıdakı yollarla əmələ gəlir:

    a)antonimlərin bir qismi təbii halda əkslikləri bildirmək üçün yaranmışdır. Məs; yer-göy, quru-yaş, yuxarı-aşagı, isti-soyuq.

    b)müəyyən anlayışlara uygun yeni söz yaradılması əsasında əmələ gəlir. Bu da öz növbəsində iki yerə bölünür:

    1)Bir əsli sözlə düzəltmə sözlərdən əmələ gələn antonimlər: piyada-atlı, boş-dolu, təmiz-çirkli.

    2)Ancaq dözəltmə sözlərdən əmələ gələn antonimlər. Məs; əkin-biçin, keçmiş-gələcək, gəliş-gediş.

    Başqa dillərdən söz almaqla yaranan antonimlər aşağıdakı yollarla əmələ gəlir:

    a)Öz sözümüzlə alınma sözlərdən əmələ gələn antonimlər. sağlam(azərb)-naxoş(farsca), ağa(azərb)-nökər(ərəbcə), sonra(azərb)-əvvəl(ərəbcə).

    b)yalnız başqa dillərdən alınma sözlərdən ibarət antonimlər. sual-cavab(ərəbcə), avam-mədəni(ərəbcə), xoşbəxt-bədbəxt(farsca), halal-haram(ərəbcə).

    Dilimizin lüğət tərkibinin zənginləşməsində və inkişafında antonimlərin xüsusi rolu vardır. Antonimlər fikrin daha dəqiq və emosional ifadəsinə xidmət edir. Ona görə də ərb məsəllərdə, hikmətli ifadələrdə antonimlərin rolu böyükdür. Əyri otur, düz danış, Yol böyüyün, su kiçiyin, dadlı söz can arzusu, dadsız söz baş ağrısı.

    Antonimlərin bir qismi mürəkkəb sözlərin əmələ gəlməsində də mühüm rol oynayır. Az-çox, gec-tez, düzlük-əyrilik.

    Antonimlər dilimizdə həm də təzad yaradır. Dost-düşmən, durmaq-oturmaq, yaxşılıq-pislik.

    Əsas nitq hissələrinin hamısında antonim sözlər vardır.

    1. İsmi antonimlər. Mücərrəd isimlərdə antonimlik konkret isimlərə nisbətən çoxdur. Xüsusi isimlər isə antonimlik təşkil etmir. Işıq-zülmət, nəşə-qüssə, mərhəmət-qəzəb.

    2. Sifət olan antonimlər. Keyfiyyət və əlamət bildirən sifətlərdə antonimliyə daha çox təsadüf olunur. Qısa-uzun, tox-ac, düz-əyri, kal-yetişmiş, balaca-böyük.

    3. Feli antonimlər. Antonimliyə daha çox hal-vəziyyət və hərəkət bildirən fellərdə təsadüf etmək olar. Sökmək-tikmək, gəlmək-getmək, yanmaq-sönmək, tutmaq-buraxmaq.

    4. Zaman , yer və tərzi- hərəkət zərfləri daha çox antonim olur. Irəli-geri, axşam-səhər, əvvəl-axır, birdən-tədricən.

    5. say olan antonimlər: az-çox, xeyli-biraz.




    Yüklə 366 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   16   17   18   19   20   21   22   23   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin