Elə qurban verilən ömür
Elə vurun yer titrəsin.
3) omoformların həm kökü, həm də qramatik əlamətləri müxtəlif olur.
Can evinə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular.
(S. Vurğun)
Arzular –isim olub cəm şəkilçisi qəbul edib
Arzula fel olub- III şəxs təkdə qeyri-qəti gələcək zaman şəkilçisi əlavə edilib
4) Omoformlar səslənmələrinə görə bir-birindən fərqlənir, tam eyniyyət təşkil etmir.
Ovçu gedib gördü, yox ovdan əsər
Yamyaşıl çöllərdə küləklər əsər.
Müxtəlif nitq hissələrinə aid olub, müəyyən qrammatik formanın təsiri ilə eyniləşən, yazılışına və səslənməsinə görə oxşayan lakin qrammatik formaları və leksik mənaları müxtəlif olan sözlərə Omofor deyilir.
Omofonlar (Fonetik omonimlər) Müxtəlif morfoloji tərkibli olub, səslənmə cəhətdən bir-birinə uyğun gələn, lakin müxtəlif şəkildə yazılan , müxtəlif mənalı sözlərdir. Omofonlar cinas kimi işlənir.
Halallaşıb ayrıldığım o dağlar
Mənsiz yanan ocaqlarda od ağlar.
Omofonlar omonim sözlərin və ya müxtəlif morfoloji tərkibli sözlərin müxtəlif şəkildə deyilib yazılmasından yaranır.
Omoqraflar (qrafik omonimlər)
Bunlar fonetik tərkibcə və qrafik cəhətdən omonimlərdən fərqlənmir. Omoqraflar yazılışca tam eyni olsa da, tələffüz və mənaca müxtəlifdir.
Omoqrafları bir-biri ilə qarşılaşdıranda ilk baxışdan fonetik cəhətdən eyni olduğu düşünülür. Lakin bunlar müxtəlif vurğulu sözlər olub tələffüzcə fərqlənir: çalma- çalma; alın- alın; şaxta-şaxta.
Paronimlər.
Komponentləri eyni bir nitq hissəsinə aid olan, fonetik tərkib, tələffüz və yazılışca bir-birinə yaxın, eyni vurğulu, eyni köklü, müxtəlif mənalı sözlərə paronim deyilir. Kəsr- kəsir; əsil- əsl.
Dilimizdə işlənən paronimlərin hər iki komponenti əsasən alınma sözlərdən ibarətdir. Nitq hissələrinə görə daha çox isimlə bağlıdır.
Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir. Omonimlər dildə ahəngdarlıq, musiqilik yaradır, dili daha da bədii şəklə salır. Omonimlərdən xalq yaradıcılığında –folklorda da geniş istifadə edilir.
|