F. B. Köçərli (1863-1920). 1900-1920-ci illər Azərbaycanda ədəbiyyatşünaslıq, ədəbi tənqid, maarifçilik, eimi-siyasi publisistikanın inkişafında ən çox xidmətləri olanlardan biri F. B. Köçərlidir.
Firidun bəy Əhməd ağa oğlu Köçərli 1863-cü ildə köhnə stillə yanvarın 26-da Şuşada anadan olmuşdur. 1879-cu ildə o, Qori müəllimlər seminariyasına daxil olmuş, 1885-ci ildə oranı bitirmişdir. Sonra İrəvan gimnaziyasında 10 il çalışmış, pedaqoji fəaliyyətlə bacarıqlı bir maarifçi kimi tanınmışdır. 1895-ci ildən Firidun bəy 1918-ci ilə qədər 23 il Qori müəllimlər seminariyasında Azərbaycan dili və şəriət müəllimi işləmişdir. 1918-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsini Qazağa köçürən Firidun bəy burada seminariyanın müdiri olmuşdur.
Köçərli 1920-ci ildə vəfat etmişdir. O. antiazərbaycan qüvvələri tərəfindən güllələnmişdir.
Ədəbiyyatşünas 1902-ci ildə ilk emi tədqiqat əsəri olan „Azərbaycan tatarlarının ədəbiyyatı“ adlı monoqrafiyasını yazmışdır. Bəzi məhdud cəhətlərinə baxmayaraq bu əsər ziyalılar tərəfindən rəğbətlə qarşılanmışdır. Tədqiqatları davam etdirən Köçərli „Azərbaycan türklərinin ədəbiyyatı“ əsərini yazmağa başladı. Bu əsər müəllifin planına görə 3 cilddən və 6 hissədən ibarət olmalı idi. Əsərin birinci və ikinci cildi yazılmışdır. Əsəri Firidun bəy sağlığında çap etdirə bilməmişdir. Bu əsər sovet dövründə 1925-ci ildə nəşr edilmişdir. Ədəbiyyatşünas alim tədqiqatlarında Axundzadənin öyrənilməsinə xüsusi diqqət vermişdir. Ədəbiyyatda milliliyə, realizmə, müasirliyə də istedadlı alim böyük əhəmiyyət vermişdir.
Dostları ilə paylaş: |