ÖMƏR FAİQ NEMANZADƏ (1872-1941). Əslən Gürcüstanın Axalkalaki qəzasından olan Ömər Faiq Türkiyənin Darüşşəfəq məktəbində dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənmişdir. Tələbə hərəkatında iştirakına görə həbs cəzası almışdır. Bir müddət Şəkidə, şamaxıda, doğulduğu Azgur kəndində müəllim işləmişdir. O, „Şərqi Pus“ qəzetində çalışmışdır. O, Mirzə Cəlillə birlikdə „Şərqi-Rus“ qəzetinin mətbəəsini alıb, „Qeyrət“ mətbəəsi ilə çalışdırmışlar. „Molla Nəsrəddin“ jurnalı fəaliyyətə başladıqdan sonra Öməq Faiq əsas işləri yerinə yetirmiş, jurnalda məqalə və felyotonlarla çıxış etmişdir. Yüksək jurnalistik baçarığına malik olmuşdur. Qmumiyyətlə, ayrı-ayrı mətbuat orqanlarında işıq üzü görmüş „Dərdimiz və dərmanımız“, „Dilimiz və imanımız“, „Müəllimlərimiz nə üçün Bakıya qaçırlar“, „Mən kiməm“ və s. məqalələri onu dövrünün qabaqçıl ziyalısı kimi tanıtmışdır. XX əsrin əvvəllərində „Bizə hansı elmlər lazımdır“, „Yazımız, dilimiz“ „İkinci il“imiz mövzuları ətrafında gedən müzakirələrdə Ö. Faiq mollanəsrəddinçi mövqedən çıxış etmişdir.
MİRZƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ (1873-1934) Cənubi Azərbaycanda ən fəal mollanəsrəddinçi kimi tanınmışdır. „Molla Nəsrəddin“ jurnalında satirik şeirlər nəşr etdirmi, jurnalın Cənubi Azərbaycanda yayılmasına yaxından köməklik etmidir. Jurnalın Təbriz dövründə Mirzəli Möcüzün „Hamamlarımız“, „Olsun gərək“ adlı satirik şeirləri dərc olunmuşdur. ONUN „Bikarlara nəsihət“ Mirzə Cəlilin „Bikarlar məhəlləsi“ felyetonunun təsirilə qələmə alınmışdır. Bəzi şeirlərində („Nikolay“, „Şah Firəngistandadır“ və s.) şair beynəlxalq imperializmi tənqid etmişdir.
Mirzəli Möcüz Cənubi Azərbaycanda klassik lirika janrını məzmunca dəyişdirərək satirik şeir yazmaq ənənəsini formalaşdırmışdır.
Dostları ilə paylaş: |