İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


MÖVZU. XX ƏSRİN 40-CI İLLƏRİNDƏN ÇAĞDAŞ



Yüklə 0,66 Mb.
səhifə45/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   41   42   43   44   45   46   47   48   ...   53
18. MÖVZU.

XX ƏSRİN 40-CI İLLƏRİNDƏN ÇAĞDAŞ

DÖVRÜMÜZÜN 2010-CU İLİNƏDƏK AZƏRBAYCAN

ƏDƏBİYYATI

1930-90-cı illərdə Azərbaycan ədəbiyyatının əsasında kommunust ideologiyası dayansa da, Azərbaucan şairləri milli mövzulara müraciət etməkdən o qədər də çəkinmirdilər. Süleyman Rüstəm, Məmməd Rahim, Mikayıl Müşfiq, Osman Sarıvəlli, Əliağa vahid, S. Vurğun, Mirvarid Dilbazi, M. S. Ordubadi, S. Rəhimov,Əli Vəliyev, Mehdi Hüseyn və digərləri ədəbiyyatı daha zənginləşdirirdilər.

Poeziya 40-çı illərdə öz inkişafında böyük uğurlar əldə etmişdi. Xüsusilə 50-ci illərdə sovet poeziyası ənənəvi mövzuları ilə yanaşı, xalqlar dostluğundan, sosialist beynəlmiləlçiliyindən, beynəlxalq məsələlərdən də bəhs edirdi.

Xalq şeiri, heca vəzni yazılı poeziyanın əsasında durmaqda, əruzun fəaliyyəti isə məhdudlaşmaqda idi. Pus şeirinin təsirilə sərbəst şeir vəznindən də istifadə olunurdu.

1940-50 illərdə nəsrin aparıcı mövzuları müharibə, ondan sonrakı bərpa, dinc quruculuq problemləri idi. Azərbaycan sovet nəsrində müəyyən sxematiklik, həyat hadisələrinin yazıçı tərəfindən məqsədli şəkildə qurulması müşahidə olunurdu.

Dramaturgiyaya peşəkarlarla yanaşı, şairlər. nasirlər də müraciət edirdilər. S. VurğuN, M. İbrahimov, M. Hüseyn, S. Rəhman, İ. Əfəndiyev bunlara gözəl nümunə idi. Dramaturgiyanın inkişafı Azərbaycan teatrının tarixində yeni mərhələnin başlanmasına təkan vermişdir.

Ədəbiyatın tarixi və folkloru sahəsində V. Xuluflu, Hümmət Əlizadə, Əmin Abid, 40-cı 50-ci ilərdə M. Təhmasib, H. Araslı, F. Qasımzadə, Mir Cəlal , F. Hüseynov və böyük səmərəli işlər görmüşlər. Ədəbi tənqiddə S. Hüseyn, M. Hüseyn, sonra Məmməd Arif, Məmməd Cəfər və b. peşəkar fəaliyyət göstərirdilər.

HÜSEYN CAVİD (1882-1941) Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan H. Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olub. İlk təhsili Naxçıvanda alan Cavid sonra İranın Təbriz, Urmu şəhərlərində təhsil almışdır. Sonra 1906- 1909-cu illərdə İstanbul Universitetində təhsil almışdır. Sonra Naxçıvanda müəllimlik etmiş şair

Bir sıra şeirlər və „Ana“ pyesini yazmışdır. 1911-ci ildə Tiflisə gedən şair 1917-ci ilə qədər burada yaşamışdır. Bu müddət ərzində „Maral“, „Şeyx Sənan“(1914), „Şeyda“ (1916) pyeslərini yazmışdır. Azərbaycan Cümhuriyyəti dövründə „Yaşıl qələm“ dərnəyinin üzvü kimi fəaliyyət göstərmişdir. 1920-ci ilə qədər „İbliS2,“Uçurum“dramlarını yazmışdır.

Sovet hakimiyyəti illərində(1928-1936) „Azər“ poeması, „Afət“, „Peyğəmbər“, „Topal Teymur“, „Səyavuş“, „Xəyyam“, „İblisin intiqamı“ pyesləri müvəffəiyyətlə tamaşalara qoyulmuşdur.

Cavid günahsız yerə 1937-ci ioldə həbs edilmişdir. O, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə cavidin canəzası 1982-ci ildə sibirdə vətəni Naxçıvana gətirilmişdir.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin