CƏFƏR CABBARLI (1899-1934). 1899-cu il martın 20-də bakının yaxınlığındakı Xızıda anadan olub. Sonra bakıya köçüb. Əvvəl dini təhsil alıb. Sonra rus-tatar məktəbini bitirən Cəfər Ali ibtidai məktəbdə təhsilini başa vurub. İlk şeirləri 1915-ci illərdə işıq üzü görüb. Gənc yaşlarında şeirlərlə yanaşı hekayələr, pyeslər də yazıb. Bu illərdə „Açıq söz“ qəzetində türkçlük ideyası ilə toplaşan yazarlardan biri də Cəfər idi. Onun Türkiyə və türkçülük ideyalarına böyük rəğbəti var idi. Milli hökumət (ADR) qurulduqda Cəfərin yaradıcılığında yüksəliş hiss edilirdi. „Aydın“, „Oktay Eloğlu“ kimi əsərlərdəki milli kədər motivi bu tarixi şəraitin əks-sədası idi. 1920-26-cı illər cabbarlının ağır mənəvi böhran keçirdiyi dövr idi. O bolşevik ideyalarını qəbul etməmişdir. Amma o, mədəni inqilab dövrü kimi təqdim edilən illərdə „Sevil“, „AlmaZ“, „1905-ci ildə“, „Yaşar“ və sə əsərləri yazmışdır.
C. Cabbarlı 1934-cü ildə ağır sarsıtılarla yaşadığı bir vəziyyətdə ürək tutmasından vəfat etdi.
Yazıçının satirik şeirlərində Sabir ənənələrinin davamını görürük. Onun „Aslan və Fərha“, „Mənsur və Sitarə“, „Əhməd və Qumru“ adlı ilk hekayələrində maarifçilik dünyagörüşünün ifadəsi var.
S. VURĞUN(1906-1956).Səməd 1906-cı il mart ayının 21-də Qazax r-nun Yaxarı Salahlı kəndində anadan olub. 1918-ci ildə Qazax Müəllimlər seminariyasına daxil olub. Bir müddət Qazaxda və Azərbaycanın digər rayonlarında ibtidai sinif müəllimi işləyib. 1929-cu ildə İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1931-ci ildə Bakıda Azərbaycan Dövlət Elmi Tədqiqat İns-nun ədəbiyyat üzrə aspiranturasına daxil olur. Bədii yaradıcılığa üstünlük verir. „Şairin andı“, „Fanar“ (1932) „Könül dəftəri“ (1934) kitabları ona şöhrət gətirir.
S. Vurğun 1956-cı ildə vəfat edir.
Yardıcılığa şeirlə başlayıb. „Komsomol poeması“nı yazıb. „Qəhrəmanın hünəri“, „Partizan Babaş“, „Gözaydınlığı“ kimi şeirlərində faşizmə nifrətini, müharibənin qələbə ilə bitəcəı ideyasını təbliğ edib. Şairin „Muğan“. „Aygün“ poemaları Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. „Vaqif“ presi ona şöhrət gətirib. Şairin bundan başqa da pres və dram əsərləri var, Ədəbiyyatda tərçüməçilik fəaliyyəti də çoxdur.
Dostları ilə paylaş: |