Ədəbi tənqid sahəsində B. Nəbiyev, Yş Qarayev, T. Hacıyev, Elçin, A. Məmmədov, Nizami Cəfərov, K. Talıbzadə və b. səmərəli xidmətləri olub.
R. Rza. Sərbəst vəznili Azərb. şeirinin görkəmli nümayəndəsi Rəsul Rza 1910-cu il mayın 19-da Göyçayda anadan olub. 1927-28-ci illərdə Rəsul Tiflisdə təhsil alıb, şeir və hekayələr yazıb. İlk mətbu əsəri də Tiflisdə çıxıb. Bakıda təhsil alıb, sonra 1934-cü ildə Moskvaya gedir, 1937-cvi ilə qədər Kinomatoqrafiya İnstitutunda oxuyur., rus ədəbiyyatını, xüsusən V. Mayakovski yaradıcılığını dərindən öyrənir.
Bakıya qayıdıb Yazıçılar İttifaqının sədri( 1938-39), Kinematoqrafiya naziri (1946-49) kimi vəzifələrdə calışır. Sonralar ASE-yə rəhbərlik edir.
Şair 1981-ci ildə vəfat edir, qəbri Fəxri Xiyabandadır.
„Qanaqlar“, „Çinar“ şeir topluları, müharibə illərində „Vətən“, „Bəxtiyar“, „İntiqam…İntiqam“, „Qəzəb və məhəbbət“ adlı kitabları çıxmışdır. Leninə poema yazmışdır. Rus ədəbiyyatından tərçümələr etmişdir. Faşizm üzərində qələbənin 30 illiyinə „Mindörd yüz on səkkiz“ adlı poema yazmışdır. „Nə deyim sənə“, „Alicanabov dedi“, „Mığmığalar“, „Yaman qonşu“ və b. stirik şeirləri ğz hədəflərinin konkretliyilə seçilir. „Rüxvətxorlar mərsiyəsi“ satirasında şair Sabirin davamçısı kimi çıxış edir.
„Qızılgül olmayaydı“ poeması şairin daha çox seçilir. Əsər böyük şairimiz M. Müşfiqə həsr edilmişdir.
Dostları ilə paylaş: |