QÖVSİ TƏBRİZİ həm Azərbaycan, həm də farsca şeirlər yazmışdır. Həyatı haqqında məlumat çox azdır. Qövsi təxəllüsü ilə üç şair məlumdur. Hər üş Qövsi bir nəsildəndir. Onlar baba, ata və nəvədirlər. Divanı bizə gəlib çatan isə Əlican Qövsi Təbrizidir. Qövsi də səyahətlərdə olmuş, bir müddət Hindistanda yaşamışdır. „Qövs“ sözü bir bürcün adıdır. Şairin irsi Azərbaycan alimlərindən İ. Hikmət, S. Mümtaz, F. Köçərli, H. Araslı, M. Təhmasib, M. Seyidov tərəfindən araşdırılıb.
Şair klassik şeirin müxtəlif formalarında şeirlər yazmışdır. Lirikasında məhəbbət mövzusu əsas yer tutur. Lirikasında Nizaminin təsiri özünü aydın göstərir. Eləcə də qəzəllərində xalq şeirnə məxsus bir ahəngdarlıq var. Aşıq şeirndən, Nəsimi, Füzuli poeziyasından bəhrələnmələr çoxdur. Qəzəlləri sənətkarlıq baxımından çox yaxşıdır. Şair canlı danışıq dilindən Azərbaycan dilinin imkanlarından poeziyasında ustalıqla istifadə etmişdir.
Dostları ilə paylaş: |