İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə36/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   32   33   34   35   36   37   38   39   ...   53
(1812-1878)

Azərb. ədəbiyyatı tarixində tənqidi realizmin, dramaturgiyanın və realist nəsrin banisi, görkəmli maarifçi, materialist filosof, ədəbiyatşünas və ictimai xadim.

Fətəli ŞÇəkidə anadan olmuş, əmisi axund Haçı ələsgərin himayəsində təhsil almışdır. Gəncədə ruhani təhsili alarkən M. Ş. Vazehlə rastlaşdıqdan sonra ruhani təhsili buraxıb dünyəvi elmləri öyrənməyə başlamışdır. Tiflisdə Qafqaz idarəsində tərçməcilik, sonra müəllimli fəaliyyətilə məğul olmuşdur. Tiflisdə rus dilini öyrənmiş, bəzi dekabristlərlə görüşmüş, Avropa ədəbiyyatını öyrənmişdir. Rus mətbuatında fəal iştirak etmiş, maarifçiliyin inkişafina böyük töhfələr vermişdir. Tiflis Qəza məktəbində müəllimlik edərkən yerini M. Ş Vazehə vermişdir.

Axundzadə 1850-55 –ci illərdə yazdığı 6 komediya ilə yeni Azərbaycan dramaturgiyasının əsasını qoymuşdur. 1857-ci ildə „Aldanmış kəvakib“ povesti ilə birlikdə Tiflisdə nəşr etdirmişdir.Əlifbanı yenisi ilə əvvəz etməyə çalışmış, bu arzusna nail ola bilməmişdir. 1860-70-ci illərdə ədəbi-tənqidi, publisist və fəlsəfi əsərlərini yazmışdır. „Kəmalüddövlə məktubları“ fəlsəfi əsərinin nərinə çalışsa da, buna nail ola bilməmişdir.

Mirzə Fətəli yaradıcılığa əvvəl şeirlə başlamış və „Səbuhi“ təxəllüsünü işlətmişdir. „A. S. Puşkinin ölümü haqqında Şərq poeması“ adlı əsər yazmışdır. Dramaturq „Hekayəti-Molla İbrahimxəlil kimyagər“ (1850), „Müsyö Jordan və dərviş Məstəli şah“(1850), „Sərgüzəşti-vəziri-xani- Lənkaran“(1850), „Hekayəti-xırsi quldurbasan“(1851), „Sərgüzəşti-mərdi-xəsis“-Haçı Qara“, „Mürafiə vəkillərini hekayəti“(1855) komediyalarını yazmışdır.
S. Ə. Şirvani

(1835-1888).
Seyid Əzim 1835-ci il, iyulun 10-da Şamaxıda anadan olub. O. fars və ərəb dillərini öyrənib. İraqın Nəcəf, Bağdad şəhərlərində ruhani təhsil alır. Sonra Şamda təhsilini davam etdirir. Şair dini işlərlə məşğul olmur, dünyəvi elmləri yaxşı öyrənir. Yaxın Şərq ölkələrinə, Məkkə, Mədinə, Şam, Qahirə şəhərlərinə səyahət edib. Şamaxıda yeni tipli məktəb açılır, şair orada fars və türk dillərindən dərs verib. Haqsız olaraq müəllimlikdən çıxarılır. Seyid Əzim Tiflisə şikayətə gedib oz işini bərpa etdirir, yolüstü gedəndə Gəncədə Nizaminin qəbrini ziyarət edib.

Şair pedaqoji fəaliyyətlə məşğul olarkəm məktəb dərslikləri və proqramalrı hazırlayıb. Şair Şamaxıda „Beytüs-Səfa“ adlı şairlər məclisi təşkil edib. Zərdabi ilə sıx əlaqələr saxlayıb. „Əkinci“ qəzetində maarifçi şeirlərini çap etdirib. „Ziya „ və „Kəşkül“ qəzetlərində də şeirləri nəşr edilib.

Şair 1888-ci ildə vəfat edib, Şamaxıdakı „Şaxandan“ qəbiristanında dəfn edilib.

Şairin lirik şeirləri içərisində əsas yeri qəzəlləri tutur. Şairin „Guş qıl..“ müxəmməsi musiqinin tərifinə həsr edilib. O da Nizami, Füzuli və Axundzadə kimi musiqiyə böyük əhəmiyyət verib. Şairin məhəbbət mövzusuna həsr etdiyi qəzəlləri də gözəl sənət nümunələridir. Sənətkarlıq baxımından mükəmməl şeir nümunələri olan bu qəzəllərdə canlı danışıq dilindən, atalar sözü, zərb məsəllərdəndən ustalıqla bəhrələnilmişdir.

Şairin maarifçi şeirləri daha çox „Əkinçi“ qəzetinin nəşri ilə əlaqədar 70-ci illərə təsadüf edir. Böyük maarifçi rus ədəbiyyatına mühüç əhəmiyyət vermi, bir sıra tərçümələr etmişdir.

Şairin yaradıcılığında öyüd və təmsillər, mənzum hekayələr də əsas yer tutmuşdur. Şairin 125-ə qədər mənzum hekayələri vardır. Seyid Əzimin satiraları da yüksək sənətkarlıqla yazılmış şeirlərdir. Satiralarda realizmi daha yüksəkdir. „Allaha rüşvət“, „Yerdəkilərin göyə şikayəti“, „Köpəyə ehsan“, „Dəli şeytan“, „Qazı saqqalını yandırır“, „Xan və dehqan“ və s. əsərləri XIX əsr satirik şeirimizin mükəmməl örnəkləridir. Bu əsrin 70-80-ci illərində Azərbaycan poeziyasında tənqidi realizmin banisi olmaq Seyid Əzimə nəsib olmuşdur.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin