17 MÖVZU
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏN 30-CU İLLƏRƏDƏK
AZƏRBAYCAN ƏDƏBİYYATI
1906-cı ildə C. Məmmədquluzadə Tiflisdə „Molla Nəsrəddin“ jurnalını şnəşrə başladı. Sabir, Əli Nəzmi, Ə. Haqverdiyev, M. S. Ordubadi, Ə. Qəmqüsar, Ö. F. Nemənzadə və digər mütərəqqi fikirli yazıçılar, çair və publisistlər müntəzəm surətdə jurnalın fəaliyyətində iştirak edirdilər. Mirzə Cəlil demişdir: „Molla Nəsrəddin“ tək bir nəfər müəllifin əsəri deyil. „Molla Nəsrəddin“ bir neçə mənim əziz yoldaşlarımın əsərinin məcmuəsidir ki, mən də onların ağsaqqal yoldaşıyam“. Jurnal həftədə bir dəfə nəşr edilirdi. Rəngli və şəkilli satira jurnalınən əsas mübarizə silahı tənqid. Gülüş, satira və yumir idi. Hər nömrəsi səkkiz səhifədən ibarət olan jurnalın təxminən yarısı karikaturadan ibarət olurdu. Bu karikaturaların müəllifi Oskar Şmerlinq, Əzim Əzimzədə və digərləri idi.
Mollanəsrəddinci müəlliflər jurnalda gizli imzalarla çıxış edurdilər. Mirzə Cəlil, „Molla Nəsrəddin“, Sabir „Hophop“, Əli Nəzmi „Məşədi sijimqulu“ , Ordubadi „Hərdəmxəyal“, Ə. Qəmküsar „Cüvəllağı bəy“, Haqverdiyev „Mozalan bəy“ kimi imzalarla yazırdılar.
MİRZƏ CƏLİL (1869-1932). Mirzə Cəlil Naxçıvanda anadan olub. 1882-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub, oranı 1887-ci ildə bitirib. İrəvanyaxınlığındakı Uluxanlı kəndində 10 şagirdi olan ikisinifli məktəbə müəllim təyin olunur. Sonra indiki Cəlilkənd məktəbinə göndərilir. Burada „Çay dəstgahı“ adlı bir pərdəli alleqorik pyesini yazır.
1890-cı ildə Mirzə Cəlili Hehrəm məktəbinə müəllim və müdir təyin edirlər. 7 il o kənddə müəllimlik edir.. „Danabaş kəndinin əhvalatları“ povestini Hehrəm kəndində yazır. 10 illik kənd müəllimliyindən sonra Mirzə Cəlil hüquqşünas olmaq fikrinə düşür. Amma bu arzusu baş tutmur. Bir neçə il Naxmıvanda dövlət qulluqçusu işləyir. Sonra mətbuat fəaliyyətinə keçir. „Şərqi-Rus“ qəzetinin nəşrinə kömək edir, müxtəlif qəzetlərdə tənqidi və inqilabi yazılarla çıxışlar edir. Sonra Qeyrət mətbəsini satın alıb „Molla Nəsrəddin“ yuranalının nəşrinə başlayır. 1906-cı il aprelin 7-də jurnalın birinci nömrəsi çap edilir. Jurnal qısa fasilələrlə 25 il nəşr edilir.
Sovet döründə Bakıda jurnalın nəşri dayandırılır. Bu vaxt Mirzə Cəlil xəstə idi. 1932-ci ildə yanvarın 4-də yazıçı-demokrat vəfat etdi.
Mirzə Cəlilin bədii yaradıcılığı çoxlu hekayələr, pyeslər, o sıradan „Ölülər“ əsərindən ibarətdir.
M. Ə. Sabir( 1862-1911). Sabir 1862-ci ilin may ayının 30-da (iyunun 12-də) Şamaxıda anadan olub. Əvvəl mollaxanada dini təhsil almış, sonra yeni üsullu „Məclis məktəbi“ məktəbin də iki il təhsil almışdır. Burada Seyid Əzimin şagirdi olmuşdur. 21-22 yaşlarında Şərqin bir sıra ölkələrinə səyahət etmişdir. Sabirin yaradıcılığında „Molla Nəsrəddin“ jurnalı böyük rol oynamışdır. Jurnal onu bütün Yaxın Şərqdə tanıtmışdır. 1905-1906-çı illərdfə Sabir „Həyat“, „İrşad“, „Səda“ qəzetlərinə və „Füyuzat“ „Dəbistan“ „Rəhbər“ jurnallarına da ara-sıra şeirlər göndərmişdir.
Sabir Şamaxıda „Ümid“ məktəbi açlıb, müəllimlik edir. Sonra Bakıya köçüb fəaliyyətini genişləndirir. Jurnallarda. Xüsusən „molla Nəsrəddin“də şeir və satiraları ilə çıxışlar edir.
Şair 1911-ci il iyul ayının 25-də vəfat edir.
Şairin yaradıcılığı çox zəngindir. Şair ictimai satiranın görkəmli nümayəndə kimi, inqilabi-demokratik ruhlu şeirlərilə ədəbiyyatda xüsusi yer tutmuşdur. „Bakı fəhlələrinə“, „Fəhlə, özünü sən də insanmı sanırsan“ (1906-07), „Səbr eylə“, „Neylərdin ilahi“, „Qəm yemə“, „Əkinçi“, „Beynəlmiləl“ şeirləri satiranın gözəl nümunələridir. Bu şeirlərində azadlıq, demokratiya, xalq idarəçiliyi və c. kimi mütərəqqi fikirlərin ifadəsi əsas yer tutur.
Sabir İran inqivabına da biganə qalmayıb. Birinci rus –inqilabıbı təsirilə 1905-ci ioldən başlanan İran demokratik inqilabına-Səttar xan hərəkatına xüsusi önəm verirdi. Sabir həm də yeni məktəb, maarifçilik, təlim-tərbiyə uğrunda fəal mübarizə aparmışdır. Ədəbiyyatımızda Sabirin təsirilə şeir yazanlar çox olub. Ə Qəmküsar, M. S. Ordubadi, C. Cabbarlı sabir satiraları ruhunda şeirlər yazıblar.
Dostları ilə paylaş: |