N. B. VƏZİROV (1854-1926), Axunzadədən sonra Azərb. realist daramaturgiyasının inkişafında böyük rol oynamışdır.
N. B. Vəzirov 1854-cü ildə Şuşada anadan olmuşdur. İlkin təhsilini Şuşada alan Nəcəf bəy Bakıda „Realnaya gimnaziya“ adlanan məktəbdə orta təhsil almışdır. Sonra Peterburqa, ordan isə Moskvaya qayıdıb ali təhsilini tamamlayır. Moskvada oxuyarkən „Əkinci“ qəzetində məqalələr nəşr etdiir. Rus klassiklərini dərindən öyrənir. 1878-ci ildə təhsilini bitirən Nəcəf bəy Gəncə vilayətinin Dilican əsəbəsində meşəbəyi iələyir. Burada təbiətlə. Müşə həyatı ilə bağlı tədqiqt aparıb elmi əsərlər yazır. Sonrakı illər yazıçı Bakıya köçür, yaradıcılığının məhsuldar dövrünə daxil olur.
Nəcəf bəy 1926-cı ildə vəfat edir və Bakıda dəfn olunur.
Yazıçı-dramaturq bir maarifçi kimi demokratik ideyaları gücləndirir. İlk əsəri „Əti sənin, sümüyü mənim“ komediyası və „Qara günlü“ faciəsidir. Sonralar „Daldan atılan daş topuğa dəyər“, „Sonrakı peşimançılıq fayda verməz“, „Adı var, özü yox“, „Yağışdan çıxdıq, yağmura düşdük“, yxud „Hacı Qənbər“ komediyasını, məşhur „Müsibəti-Fəxrəddin“ faciəsini yazır. Son əsəri ilə Azərb. ədəbiyyatında faciə növünün əsasını qoyan yazıçı-daramaturqun ədəbiyyatda xidmətləri olduqca çoxdur.
Dostları ilə paylaş: |