AŞIQ ƏLƏSGƏR(1821-1926) Aşıq ədəbiyyatının ən böyük nümayəndələrindən biridir.
Sənətkar 1821-ci ldə indiki Ermənistan ərazisindəki Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəlib. Uşaqlıq illərində bir neçə il nökərçilik edib. Aşıq Alınan yanında şəyidlik edib saz və söz sənətini dərindən mənimsəyib. Ustadı Aşıq Alı Göyçənin Qızılvəng kəndindəndir. Ələsgər müstəqi aşıqlıq etdikdə çoxlu aşıq-sənətkarlar yetirib.
Aşıq Ələsgər Azərbaycan, Gürçüstan, indiki Ermənistanın o dövrdəki azərbaycanlı kəndlərində məşhurlaşmışdır. İlk seğgisi uğursuz olduğundan 40 yaxına qədər ailə qurmayıb. 40 yxında olarkən Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla ailə qurub.
Sənətkar zəngin bir irs qoyub getmişdir. Onun aşiqanə-lirik şeirləri mükəmməl sənət örnəkləridir. Gözəlliyin vəsfi də aşığın yaradıcılığında əsas yer tutur. „Güləndam“, „Güllü“, „Telli“, „Müşkünaz“, „Ceyran“, „Düşdü“ və s. onlarla şeirləri bu na gözəl misal ola bilər. „Düşdü“ qoşması aşığın gözəlləmələri içərisində daha məşhurdur.
Aşıq Ələsgərin təcnisləri lirik şeirləri icəsisində xüsusi yer tutur. Sənətkarın şeirlərində təbiətin təsviri, vətənpərvərlik, mərdlik, düzlük, ədəb-ərkan məsələrinin təsviri əsas yer tutur. Aşığın „Gərəkdir“ ustadnaməsi isə aşıqların ədəb-ərkan yolunu gözləməkdə ən gözəl sənət nümunəsidir.
Müxtəsər də olsa qeyd edək ki, sənətkarın xalq ruhlu zəngin yaradıcılığı şifahi xalq yaradıcılığımızın parlaq səhifəsidir.
Dostları ilə paylaş: |