N. Nərimanov (1870-1925) məşhur yazıçı, ədəbiyyatşanas, ictimai-siyasi xadim, realist ədəbiyyatın ən yaxşı davamçılarındandır. Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflisdə anadan olub. Qori müəllimlər seminariyasında oxuyub „Nadanlıq“ dramının da iki səhnəsini tələbəlik illərində yazmışdır. 1891-ci ildə Nərimanov Bakıya gəlmiş, burada müəllimlik etmişdir. O. ədfəbi-bədii yaradıcılıqla yanaşı, istimai-siyasi fəaliyyətlə də məşğul olurdu. Odessa şəhərində tibbi təhsil alır, bu illər birinci rus inqilabı dövrlərinə təsadüf edir. 19-5-ci ildə Nərimanov Bakıya gəlib inqilabi fəaliyyətlə məşğul olur, İran inqilabını izləyir, oradakı inqilabçılarla əlaqəyə girir., mətbuatda siyasi məqalələrlə çıxışlar edir. 1906-cı ildə Nərimanov yenidən Odessaya gedib təhsilini əinqilabi fəaliyyətini davam etdirir. Sonra Tiflisdə həbs edilib iki il müddətinə Həştərxana sürgün edilir. Sürgündən sonra Bakıya gəlir. Bədii yaradışılıqla məşğul olur. Hekayə, povest, dram əsərləri yazır. 1915-ci ildə „Bahadır və Sona“ əsərini səhnələşdirir.“Nadir şah“ faciəsini yazır. Oktyabr inqilabında iştirak edir, Bakı bolşeviklərindən biri kimi fəlaiyyət göstərir.
1920-ci illərdə bir çox siyasi-publisist məqalələr yazır. Nərimanov bolşevik olsa da, Azərbaycan xalqının həyatında böyük xidmətlər etmiş, o dövrün siyasi rejimini bir mənalı şəkildə qəbul etməmişdir. Nərimanov 1925-ci ildə martın 19-da Moskvada qəflətən vəfat etmiş, onun ölümü bu gün də müəmmalı olaraq qalır.
Dostları ilə paylaş: |