İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə31/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   27   28   29   30   31   32   33   34   ...   53
MOLLA PƏNAH VAQİF (1717-1797). XVIII əsr Azərbaycan ədəbiyyatının ən məşhur sənətkarı Vaqifdir. Şair təxminən 1717-ci ildə Qazax mahalının Qıraqsalahlı kəndində dünyaya gəlmişdir. Vaqif mükəmməl təhsil almışdır. Vaqif Qazaxdan köçür. O, bir müddət Tərtərbasarda, sonra isə Şuşada məktəbdarlıqla məşğul olub. Savad və qabiliyyətinə görə Vaqifi İbrahim xan sarayına dəvət edib. Vəzir olduğu müddətdə Vaqif Qarabağ xanlının bütün işlərinə istiqamət verirdi. Rusiya və Gürcüstanla əlaqələrin yaranmasında Vaqifin xidmətləri çox olmuşdu. Qacar Şuşanı tutur, amma gecə keşişcisi tərəfindən öldürülür. Bu hadisədən sonra Vaqif zindandan xilas olur. Lakin Qarabağ xanlığını müvəqqəti ələ alan Məhəmməd bəy Cavanşir Vaqifi 1797-ci ildə oğlu Əliağa ilə birlikdə edam etdirir.

Vaqifin ədəbi irsini toplamaq, nəşr və təbliğ etmək sahəsində çox iş görülmüşdür. Şairin irsi ilə M. F. Axundzadə maraqlanıb çap etdirmək fikrində olub, yaradıçılığını yüksək dəyərləndirib. A. Berje, H. Qayıbov onun şeirlərinin bir qismini toplayıb. F. Köçərli əsərində şairlə bağlı çox şeirini vermişdir. Sonralar S. Mümtaz, H. Araslı, M. Quluzadə və bir çox tədqiqatçı və tarixçilər şair haqqında məlumatlar vermişlər.

Şairin əldə olan ədəbi irsi qoşma və təcnislərdən, əruz vəznində müxəmməs, qəzəl, müstəzad və s. ibarətdir. Məhəbbət mövzusunda şairin şeirləri çoxdur. Bu şeirlərdə gözəllik ideyaları yüksək sənətkarlıqla ifadə edilir.
Hər yetən gözələ gözəl demərəm,

Gözəldə bir qeyri əlamət olur.

Yaxud:

Həqdir, gözəl çoxdur çahan içində



Gözəldə bir nazü qəmzə gərəkdir.
Burada insan hissləri olduqca təbii verilmişdir. Şairin şeirlərindəki sənətkarlıqdan kifayət qədər danışmaq olar.

„Görmədim“ müxəmməsi şairin yaradıcılığının ən yaxşı ədəbi abidəsidir.

Müxtəsər şəkildə deyək ki, Vaqif şeiri ilə ədəbiyyatımızda yeni mərhələ başlayır. Onu ustad hesab edən şairlər çoxdur. Aşıq Pəri, Zakir, Nəbi, Aşıq Məhəmməd, Molla cümə, və b. göstərmək olar. S. Vurğun „Vaqif“ dramını şairə həsr etmişdir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin