Eksplisit təlim – Ümumi tədris proqramında verilən informasiyanın həcmi təlim prosesində şagirdlərdən böyük gərginlik tələb edir. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir çoxu isə əsas informasiyanı çox da əhəmiyyətli olmayan faktlardan seçə bilmirlər. Bundan başqa, onlar anlayış və proseslər arasında qarşılıqlı əlaqəni görməkdə çətinlik çəkirlər və informasiyanın verilməsi zamanı ardıcıllıq pozulduqda özlərini itirirlər.
Tədqiqatlar göstərir ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir çoxu üçün “eksplisit” təlim metodları olduqca əhəmiyyətlidir. Eksplisit təlim üçün müxtəlif təriflərin mövcudluğuna baxmayaraq, onların əksəriyyətinə təlimin aşağıdakı mərhələləri daxildir:
Dərsin mövzusunun təqdim edilməsi:
Şagirdlərin diqqətini cəlb etmək.
Məqsəd, vəzifə və şagirdlərdən gözlənilən nəticələri dəqiq müəyyən etmək.
Əvvəl öyrənilmiş materialı təkrar etmək.
Şagirdlərə yeni materialı nə üçün öyrənməli olduqlarını izah etmək.
Şagirdlərdə artıq mövcud olan bilikləri fəallaşdırmaq.
Dərsdə və fəaliyyət zamanı əməl etməli olduqları davranış qaydalarını şagirdlərə xatırlatmaq.
Materialı birbaşa öyrətməli və dərsin məzmununu modelləşdirməli:
Şagirdlərə təcrübə toplamaq imkanı yaratmaq (istiqamətləndirilmiş praktik iş):
Praktik işdə bütün şagirdlərin sizin köməyinizlə iştirakına imkan yaratmaq.
Əks əlaqədən istifadə etməklə - şagirdləri və situasiyanıp qiymətləndir-mək.
Şagirdləri özünüqiymətləndirməyə həvəsləndirmək.
Şagirdlərin dərsin məqsədinə doğru irəliləyişlərini qiymətləndirmək.
Şagirdlərin müstəqil təcrübə toplamalarına imkan yaradılması.
Dərsi yekunlaşdırmaq.
Nə öyrəndiklərini bir daha şagirdlərin yadına salmaq.
Əvvəlki dərslərin məzmununu və “böyük ideyalarla” qarşılıqlı əlaqəsini göstərmək.
Dostları ilə paylaş: |